Ceyhun Məmmədov: «İlk gündən etibarən, İnstitutun fəaliyyətinin qurulması istiqamətində tədbirlərin həyata keçirilməsinə başladıq»

Müsahibələr 09:18 03.06.2019
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutuna ölkə Prezidentinin növbəti Sərəncamı ilə 31 may 2018-ci il tarixdə ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov rektor təyin edilib.
 
Hörmətli Ceyhun müəllim, xahiş edirik, Aİİ-də bir il ərzində görülən işlər barədə məlumat verəsiniz…
 
İlk gündən etibarən, İnstitutun fəaliyyətinin qurulması istiqamətində tədbirlərin həyata keçirilməsinə başladıq. Vaxtımızın məhdudluğuna baxmayaraq, sentyabra – tədris ilinin başlanmasına qədər, demək olar, tədrisə aid bir çox məsələləri həll etdik. Cari il iyun ayından etibarən, İnstitutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, institutun tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü işlər gördük.
 
Üç ay ərzində Azərbaycan İlahiyyat İnstitutunun mövcud ali təhsil müəssisələri arasında çox fərqli, şəffaf, modern, aydın və sağlam təməli quruldu. İnsitut kollektivinin hər bir üzvünü şəffaf şəkildə müsabiqə yolu ilə seçdik. Bütün əməkdaşlar tutduqları vəzifələri öz qabiliyyətləri, istedadları və peşəkarlıqları ilə qazandılar.
 
Belə ki, ali təhsil müəssisəsi olaraq pedaqoji heyətin seçiminə xüsusi diqqətlə yanaşdıq, yeni kadrların işə qəbulunu komissiyaya həvalə etdik. Üç mərhələdə reallaşan seçimin ilkin etapında komissiyaya təqdim edilən CV-lər nəzərdən keçirildi. Bu mərhələdən keçənlər müsahibəyə çağırılıb, müvəffəq olanlar sınaq (demo) dərslərinə cəlb edildilər. Komissiya üzvləri və müəllimlərin iştirakı ilə yekun olaraq işə qəbulla bağlı həlledici qərarlar verildi.
 
Qeyd edim ki, tədrisin daha da təkmilləşdirilməsi məqsədilə rəhbər şəxslərin də iştirak etdikləri müəllimlərin “Açıq dərs”lərində oturur, tədrisin daha mükəmməl səviyyədə keçirilməsi üçün məsləhətlər veririk.
 
Azərbaycan İlahiyyat İnstitutu 2018/2019-cu tədris ilində ilk dəfə tələbə qəbulu həyata keçirdi. Qəbul Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III qrup üzrə iki istiqamətdə — İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirildi. Ötən tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerləri 100% doldu, İslamşünaslıq ixtisası üzrə 35, Dinşünaslığa isə 25 nəfər olmaqla, ümumilikdə, 60 abituriyent tələbə sıralarına qəbul edildi. Hazırda İnstitutda ümumilikdə 109 tələbə təhsil alır.
 
Eyni zamanda, İnstitutda magistratura və doktorantura pillələrinə qəbul təşkil olunur. Qeyd edim ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli 6 nömrəli Qərarına əsasən, İnstitutda fəlsəfə doktoru üzrə doktorantura təhsili həyata keçirilməsi qərara alınıb.
 
Nəhayət, İnstitutun açılış günü 17 sentyabr 2018-ci il tarixdə baş tutdu. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Millətlərarası multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Siyavuş Novruzov, Türkiyə Dəyanət Vəqfi “29 Mayıs” Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev, Azərbaycanda fəaliyyət göstərən dini icma rəhbərləri və digər məsul şəxslər iştirak etdilər.
 
Elə həmin gündən başlayan dərs prosesindən tələbələrimizə övladlarımız kimi yanaşırıq. Hər biri ilə fərdi surətdə çalışdıq, problemlərini dinlədik. Çox şadam ki, bu gün tələbələrimizlə Aİİ kollektivinin hər bir üzvü arasında çox isti münasibət var, onlar problemlərini çəkinmədən bizə danışa bilirlər. Tələbələrimizə dövlət tərəfindən xüsusi qayğı göstərilir. İnstitutda təhsil tam ödənişsizdir. Onlar təhsil aldıqları müddətdə dərslik, qidalanma və geyimlə təmin olunurlar. Eyni zamanda, sosial qayğıya ehtiyacı olan tələbələrə Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis etdiyi təqaüd verilir. Hazırda 30 tələbəmiz bu təqaüddən alır. Qeyd edim ki, təhsil müəssisəsində, həmçinin ulu öndər Heydər Əliyev adına və Şeyxülislam adına təqaüdlər təsis edilib.
 
Aİİ-də bir fakültə — İlahiyyat, 3 kafedra — İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər mövcuddur. Təhsil iki istiqamətdə – İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilir.
 
İslamşünaslıq ixtisası üzrə standartlara İslam dininin teoloji, tarixi, sosioloji, psixoloji və fəlsəfi aspektlərdən öyrənilməsini təmin edən fənlər daxil olunub. Bu ixtisasın standartlarında ənənəvi İslam elmləri ilə yanaşı, dinləri müxtəlif yönlərdən tədqiq edən Din sosiologiyası, Din psixologiyası, Din fəlsəfəsi,
 
Məzhəblər tarixi, Dinlər tarixi və digər fənlər öz əksini tapıb. İslamşünaslıq ixtisasına yiyələnənlərin həm din xadimi, həm də İslam dini üzrə mütəxəssis kimi fəaliyyət göstərmələri nəzərdə tutulub.
 
İslamşünaslıq kafedrası 13 sentyabr 2018-ci ildə yaradılıb. Kafedra İslamşünaslıq istiqaməti üzrə dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin edir. Həmçinin İnstitutda təhsil alan tələbələrə aşağıdakı fənləri təklif edir: “Qurani-Kərim”, “Qurani-Kərim”in təcvidi və qiraəti, Kəlam, Əqaid, Təsəvvüf, Hədis, Hədis məsələləri, İslam hüququ, Fiqh üsulu, Təfsir, Elmihal, İslam əxlaqı.
 
İslamşünaslıq kafedrası ali təhsilin bakalavriat pilləsində İslamşünaslıq istiqaməti üzrə dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin edən əsas aparıcı ixtisas kafedralarından biridir. Kafedranın işi Azərbaycan Respublikasının qanunvericiliyi, Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnamə və Azərbaycan İlahiyyat İnstitutunun Nizamnaməsi əsasında qurulub. Kafedranın məqsədi milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan, sosial məsuliyyət anlayışı ilə dini doğru şəkildə insanlara çatdıran, cəmiyyətdə dini terminlərin doğru anlaşılmasını təmin edən, həmçinin fərdlərin mədəniyyətimizə yadlaşmasının qarşısını alan, digər din və inanc sistemlərinə hörmətlə yanaşan, maarifləndirici elmi tədqiqat fəaliyyətində aktiv çalışan, mövhumat və xurafata qarşı dinin prinsiplərini cəmiyyətə düzgün təqdim edən mütəxəssislər yetişdirməkdir.
 
Dinşünaslıq ixtisası üzrə standartların hazırlanmasında Azərbaycan reallıqları nəzərə alınmaqla, Kaliforniya Dövlət Universiteti, Oksford, Kembric, Standford və dünyanın digər aparıcı universitetlərində mövcud olan “Dini tədqiqatlar” (Religious Studies) bölmələrinin standartlarından istifadə edilmişdir. Bu standartlara islam, yəhudilik, xristianlıq, hind və Çin dinləri kimi dünyada mövcud olan böyük dinlərin öyrənilməsini nəzərdə tutan fənlər daxil edilib. İstər İslamşünaslıq, istərsə də Dinşünaslıq ixtisaslarının standartlarında Multikulturalizm, Azərbaycan tarixi, Fəlsəfə, Məntiq, eləcə də Ərəb və İngilis dilləri fənlərinin öyrədilməsi nəzərdə tutulub. İnstitutda gələcəkdə qeyd olunan iki ixtisasdan əlavə, dinşünas-pedaqoqların hazırlanmasını nəzərdə tutan ixtisasın yaradılması da planlaşdırılır.
 
Dinşünaslıq kafedrası İnstitutda fəaliyyət göstərən əsas tədris-elmi struktur bölmələrindən biridir. Kafedra Azərbaycan İlahiyyat İnstitutu Nizamnaməsinin 5.11.6-cı bəndinə əsasən, İnstitut Elmi Şurasının 13.09.2018-ci il tarixli iclasının qərarı ilə yaradılmışdır. Dinşünaslıq kafedrası ali təhsilin bakalavr və magistratura təhsili pillələrində Dinşünaslıq üzrə əsas aparıcı ixtisas kafedralarından biridir. Gələcək mütəxəssislərin hazırlığında kafedra müxtəlif fənlər üzrə tədris həyata keçirir: Dinlər tarixi; İslam mədəniyyəti tarixi; Müqayisəli dinlər tarixi; İslam
 
tarixi; Din psixologiyası; İslam məzhəbləri tarixi; Müqəddəs mətnlərin hermenevtikası; Elm və din; Müqayisəli teologiya; Mistisizm; Multikulturalizmə giriş, Din fəlsəfəsi, Din sosiologiyası; Əxlaq fəlsəfəsi; Müqəddəs kitabların müqayisəsi; Yeni dini hərəkatlar; Qərbdə İslam tədqiqatları; Sosial elmlərin metodologiyası; Yəhudilik və xristianlıq; Hind-Çin dinləri.
 
Tədris olunan fənlər yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. Keyfiyyəti artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitə və metodlarından istifadə olunur, prosesin təkmilləşdirilməsi istiqamətləri təhsil strategiyasının tələblərinə uyğun seçilir. Kafedra elmi-pedaqoji və elmi kadrların hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsil alanların elmi-tədqiqat işlərinin təşkili istiqamətlərində fəaliyyət göstərir. Dinşünaslıq kafedrası “Dini mətnlər və tarixi perspektiv çərçivəsində dinlər tarixində radikallıq təzahürləri”; “Dini radikalizmin fəlsəfi və teoloji aspektləri”; “Dini radikalizm sosioloji müstəvidə” adlı tədqiqat işləri üzərində çalışır.
 
Dillər və ictimai fənlər kafedrası Azərbaycan İlahiyyat İnstitutunun əsas tədris, elmi struktur bölmələrindən biridir. Kafedrada Azərbaycan dili və Nitq mədəniyyəti, Ərəb, Fars və İngilis dilləri, Azərbaycan tarixi, İnformatika və kompüter texnologiyası, Mülki müdafiə, Multikulturalizmə giriş, İslam ölkələri tarixi və coğrafiyası, həmçinin digər fənlər üzrə tədris həyata keçirilir. Kafedranın məqsədi İnstitutun dillər və ictimai fənlər üzrə müvafiq tələblərini yerinə yetirməklə, yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsidir.
 
İnstitutun xarici əlaqələri maraq doğurur, bu barədə məlumat verməyinzi xahiş edirəm…
 
İnstitut fəaliyyətə başladığı ilk gündən xarici əlaqələrin qurulmasına xüsusi önəm verir.
 
Hədəfimiz tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetlərinin təcrübəsindən yararlanaraq, İnstitutu beynəlxalq aləmdə nüfuzlu ali təhsil müəssisələri sırasına daxil etməkdir.
 
Bu məqsədlə ilk səfərimiz 21-23 noyabr 2018-ci il tarixdə Rusiya Federasiyası Perm vilayətinin İncəsənət Universitetində keçirilən “Miqrantların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə” mövzusuna həsr olunan konfrans çərçivəsində Moskva İslam İnstitutu və Permdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş oldu.
 
Azərbaycan İlahiyyat İnstitutu olaraq, Türkiyə Respublikasına 16-22 dekabr 2018-ci il tarixdə səfər etdik. Səfər çərçivəsində İstanbul və Ankara şəhərlərində
 
bir sıra universitetlərlə görüşlər keçirdik. Səfərimiz çox səmərəli oldu. Burada həm tədrislə, həm də universitetlərin maddi-texniki bazası ilə tanış olduq.
 
Növbəti səfərimiz yenidən Rusiya Federasiyasına oldu. Tatarıstan Respublikası Bolqar İslam Akademiyasının 19-20 fevral 2019-cu il tarixdə “Müasir tədris sistemində islamşünaslıq və islam teologiyası: problemlər və perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq elmi-praktik konfrans çərçivəsində keçmiş sovet respublikalarının, o cümlədən Rusiya, Qazaxıstan və Özbəkistanın ali dini təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi barədə müzakirələr apardıq.
 
Uğurlu səfərlərimizdən biri də Malayziyaya oldu. Malayziya Beynəlxalq İslam Universiteti və Beynəlxalq İslam Təfəkkürü və Sivilizasiyası İnstitutunu ziyarət etdik. Görüşlər zamanı ali təhsil müəssisələri arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi istiqamətində geniş fikir mübadiləsi apardıq.
 
Sonuncu səfərimiz 20-23 may 2019-cu il tarixdə yenidən Rusiya Federasiyasına gerçəkləşdi. Səfər çərçivəsində Rusiya Milli Kitabxanasını, Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunu ziyarət etdik. İnstitutun direktoru İrina Popova, Rusiya Müsəlmanları Ruhani İdarəsinin, Rusiya Müftilər Şurasının sədri Şeyx Ravil Qaynutdin, Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdraxmanovla görüşlər keçirdik.
 
Səfərlərin nəticəsi olaraq Aİİ bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzaladı. Bura Türkiyənin Ankara, İstanbul, Marmara, “29 Mayıs”, Kırıkkale universitetləri, Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu, Omsk Dövlət Universiteti, Moskva İslam İnsitutu ilə imzaladığı protokollar daxildir.
 
Bir il müddətində müxtəlif ölkə səfirliklərinin nümayəndələri ilə görüşlərimiz baş tutdu. Sudanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Abbas Mustafa Əhməd Abdallay; Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim; İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan bəy Fanani; Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Auqusto Massari; Misir Ərəb Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Adel İbrahim Ahmed İbrahim; Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi; İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, Türkiyənin Yunus Emre İnstitutunun rəhbəri dos. Cihan Özdemir; Amerika
 
Sefard Federasiyasının nümayəndə heyəti; Misirin Nahda Universitetinin rektoru Muhəmməd Husam əd-Din, Perm Vilayəti Müsəlman Ruhani İdarəsinin nümayəndəsi, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü; “İskrennost” jurnalının Baş redaktoru Səfa Kərimov; İsveçrənin “Friburg” Universitetinin dosenti, İctimai elmlər və dinlərin tədqiqi şöbəsinin Baş müəllimi Ansgar Jödik ilə görüşlərimiz təşkil olundu. Görüşlərdə qarşılıqlı əməkdaşlığın yaradılması, elmi-təcrübi mübadilənin aparılması, birgə beynəlxalq elmi konfransların keçirilməsi və digər məsələlər müzakirə olundu, bir sıra qərarlar qəbul edildi.
 
Tələbələrinizin inkişafı istiqamətində hansı sosial layihələr həyata keçirirsiniz?
 
İlk gündən etibarən tələbələrimizin təhsillə bərabər, sosialyönümlü layihələrə, maaarifləndirmə tədbirlərinə cəlb olunmasına başladıq, həmçinin bölgələrimizə səfərlər etdik. Bunların hər biri tələbələrimizin daha dərin dini və dünyəvi biliklərə malik olmaları, mənəvi dünyalarının, dünyagörüşlərinin zənginləşdirilmələri, natiq kimi yetişmələri üçün edilirdi.
 
Bölgələrimizə səfərlərdə tələbələrimizdə baş verən dəyişikliyin şahidi olduq. Onlar ölkəmizdə fəaliyyət göstərən tarixi-dini abidələr haqqında məlumat əldə edir, bu barədə müzakirələr aparırdılar.
 
Səfərlərimizə 9 Noyabr – Bayraq Günü Cocuq Mərcanlıya səfərlə başladıq. Yolboyu tələbələrin həyəcanını duyduq. Aİİ işğaldan azad edilmiş Cocuq Mərcanlıya ilk səfər edən ali təhsil müəssisəsi oldu. Düşmən tapdağından qurtulmuş ərazimizdə vətəndaşlarla görüşmək qürurverici idi. Balaca şagirdlərin bizi isti münasibətlə, böyük sevgi ilə qarşılamaları nə tələbələrin, nə də mənim yadımdan çıxır. İnşallah, tezliklə belə səfərlərimizi Qarabağın bütün bölgələrinə edərik. İnanırıq, bu çox yaxın gələcəkdə baş verəcək.
 
Cocuq Mərcanlıda Şuşanın Gövhər Ağa məscidinin bənzəri olan ibadət ocağını ziyarət etdik. Mədəniyyət evində əhali ilə görüşdük. Onların sevinclərini duyduq. İllərsonra doğma yurd-yuvalarına qayıtmışdılar. Bu səfər böyük ruh yüksəkliyi və tələbələrimizdə olan Vətən sevgisini daha da alovlandırdı.
 
Daha sonra 29 dekabr 2018-ci il tarixdə Qəbələ rayonuna səfər etdik. Qəbələ şəhər məscidi və Qəbələnin Nic qəsəbəsini ziyarət etdik. Qəsəbədə udinlərin yaşayış tərzi ilə tanış olduq. Azsaylı xalq olan udinlərlə tanışlıq tələbələrimizdə ölkəmizdə mövcud olan multikultural mühit barədə geniş fikir formalaşdırdı.
 
Tələbələrimizin qış imtahan sessiyasından sonra 31 yanvar – 2 fevral 2019-cu il tarixdə Şamaxıdakı “Din, mədəniyyət və cəmiyyət” mövzusunda təşkil etdiyimiz “Qış məktəbi” layihəsi gənclərin elmi-dini savadlarının daha da zənginləşdirilməsinə kömək etdi. Layihə çərçivəsində müxtəlif seminarlar, tarixi-
 
dini abidələrimizə ziyarətlər təşkil etdik. Fikrimcə, belə tədbirlər tələbələrin gələcək həyatında çox kömək edəcək.
 
Tələbələrimizin bölgələrə növbəti səfəri Qubaya oldu. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə Quba Memorial Kompleksini ziyarət etdik. Gənclərimizin vətənpərvər ruhda yetişmələri üçün səylərimizi əsirgəmirik.
 
Gənclərin Bakıda da tarixi-dini abidələrlə tanışlığına şərait yaratdıq. Heydər Məscidini, Avropa, Gürcü və Dağ yəhudilərinin sinaqoqunu ziyarət etdik.
 
Birillik dövrə baxdıqda, İnstitutun fəaliyyətinin çoxşaxəli olduğunu görürük. Bəs maarifləndirmə istiqamətində hansı işlər aparıldı?
 
Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görülüb. İyun ayından etibarən, İnstitutda ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə müxtəlif mövzularda elmi seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil olunub. Cəmiyyətin məlumatlandırılmasına xidmət edən bu tədbirlərdə dinə, dövlət-din münasibətlərinə, Azərbaycanda mövcud olan dini-mənəvi mühitə müxtəlif aspektlərdən yanaşan fərqli mövzular gündəmə gətirilib. Belə ki, bu müddət ərzində Aİİ-də “İslamda qadın”; “Müasir insan və ekzistensial təbəddülatlar”; “Azərbaycanda yəhudilərin həyat tərzi”; “Çoxmilli və çoxkonfessional Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların rolu”; “Dindarlıq və vətənpərvərlik”; “Radikalizmlə mübarizənin metodoloji əsasları”; “İslam və incəsənət”; “Mediada dini mövzuların işıqlandırılması”; “Bəhailiyin teoloji əsasları”; “Bədəviliyin sosio-psixoloji analizi”; “Səmavi dinlərdə qurban ibadəti”; “Vicdan məfhumunun islam fəlsəfəsindəki yeri”; “Multikulturalizmin Azərbaycan modeli”; “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din”; “Kərbəla hadisəsinə sosio-psixoloji, ədəbi və tarixi baxış”; “Gəncliyn fəlsəfəsi”; «Qafqaz Alban Kilsəsi irsi: tarix və reallıqlar»; “Rusiyada İslam: tarix və reallıqlar”; “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik”; “Azərbaycan dövlətçilik tarixində din”; “Din, hüquq və əxlaq: müqayisəli təhlil”; “Birinci Dünya müharibədsində Qafqaz müsəlmanlarının müqəddəratı məsələsi”; “Bəşəri inkişafda elmin və təhsilin rolu”; “İslamda yuxu və nəzər anlayışlarına Kvant fizikası perspektivindən baxış”; “Qəzalinin elm və irfan dünyası”; “Multikulturalizm və onun fəlsəfi əsasları”; “Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi»; “İslam ənənəsində mötədillik”; “Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu”; “İslam mədəniyyətində toxuculuq sənəti”; “Azərbaycanda sufilik”; “Müasir dünyada kamil insan nümunəsi”; “İslam və incəsənət”; “Nitq – fikir və duyğuların təzahürü”; “Ərəb dilini birlikdə öyrənək”; “Hədisləri anlamaq metodları”; “Dini etiqad azadlığı: hüquqi aspektlər”; “İslam arxeologiyası”; “İslamda ebru sənəti”;
 
“Beynəlxalq Regional təhlükəsizlik”; “Din və Elm”; “BMT-nin könüllülər proqramı”; “İlahiyyat elmlərinin tədqiqi: Reallıqlar və prespektivlər”; “İslam Dininə üçlü yanaşma –mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış”; “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları”; “İslam əxlaqı və müasir gənclik”; “Etik davranış qaydaları”; “İslamda mənəviyyat”; “Quran mətni islahatçılıq qaynağı kimi”; “Avropada Antisemitizm tarixi: antik dövrdən bugünədək” mövzularında onlarca tədbir həyata keçirilib. Aİİ geniş ictimaiyyət üçün nəzərdə tutulmuş bu tədbirlər silsiləsini davam etdirir. Həmçinin, elm və ictimai xadimlərin iştirakı ilə ölkəmizin əlamətdar hadisələrinə, beynəlxalq tarixlərə – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə; Müəllimlər Gününə; Azərbaycanın Dövlət Müstəqilliyi Gününə; Bayraq Gününə; Milli Dirçəliş Gününə; ümummilli lider Heydər Əliyevi anım gününə; Beynəlxalq Tərcüməçilər Gününə; Beynəlxalq Psixi Sağlamlıq Gününə; Ümumdünya Müharibə və Münaqişələrdə Ətraf Mühitin İstismarının Qarşısının Alınması Gününə; Dünya Elm; Sülh və İnkişaf Gününə; Beynəlxalq Tolerantlıq Gününə; Ümumdünya Uşaqlar Gününə; Ümumdünya Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Gününə; Gənclər Gününə, Beynəlxalq Qadınlar gününə; 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirlər, “Zamanın idarə olunması”; “Mən və aynamdakı əksim”; “Uğurlu karyeraya gedən yol”; “İnsan niyə tükənir”; “1-0 öndə başlamaq”; “Bozdan-rəngarəngə”; “Sən uğura layiqsən uğur sənsən” və “Uğura gedən qısa yol” mövzularında təlimlər təşkil olunub.
 
İnstitut birillik fəaliyyəti dövründə müxtəlif mövzulara həsr olunan konfranslar təşkil edib. “Beynəlxalq Ərəb Dili Günü”; “Dilimiz milli-mənəvi sərvətimizdir”; “Heydər Əliyev siyasəti və din təhsili”, həmçinin birgə təşkilatçılıqla “Azərbaycan və Türkiyədə din təhsili”; “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” ; “İslam sivilizasiyası və elm: tarix və müasirlik”; mövzusunda konfranslar yüksək səviyyədə təşkil olunub. Bu konfransların əksəriyyətinə aid məqalələr toplusu çapa hazırlanır.
 
Bizim üçün ən vacib tədbirlərdən biri də mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “İslamafobiyanı dayandırın, dinlərarası maariflənmə ilə stereotipləri aradan qaldırın və kompleks müxtəliflikləri idarə edin” mövzusuna həsr olunan paneldə Azərbaycan İlahiyyat İnstitutunun da iştirak etməsi idi. Paneldə Aİİ-ni Elm və innovasiyalar üzrə prorektor Aqil Şirinov təmsil edib.
 
İnstitut, həmçinin Sosial Müdafiə Nazirliyinin təşkil etdiyi aksiyalara qoşularaq, “Dost xonçası” və “Dost süfrəsi” layihələrində iştirak edib.
 
Bundan əlavə, İnstitutda müəllim heyəti və əməkdaşların iştirakı ilə Azərbaycanın dini-mənəvi dəyərlərinin qorunmasına və inkişafına töhfə olaraq Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib.
 
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə layihə çərçivəsində ümummili lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş diskussiyalar silsiləsi həyata keçirib. Diskussiyalar silsiləsi çərçivəsində “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər”; “Heydər Əliyev və multikultural dəyərlər”; “Heydər Əliyev və dövlət-din münasibətləri”; “Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması”; “Azərbaycanın İslam həmrəyliyindəki rolu”; “Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr”; “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”; “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”; “Müasir cəmiyyətdə din”; “Məzhəbçilik İslam dünyasını parçalayan tendensiya kimi”; “İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin rolu” mövzusunda “dəyirmi masa”lar təşkil edilib.
 
Bütün bunlarla bərabər, Aİİ tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi üçün ölkənin tanınmış simaları – elm xadimləri, ziyalılar ilə görüşlərin təşkil edilməsinə də xüsusi önəm verir. Bu məqsədlə Xalq yazıçıları Çingiz Abdullayev və Nəriman Həsənzadə; BDU-nun professoru Şahlar Əsgərov; millət vəkilləri Aydın Mirzəzadə; Elman Nəsirov; Fazil Mustafa; Qənirə Paşayeva, həmçinin İnstitutda ənənəvi şəkildə keçirilməsi nəzərdə tutulan “Səfir saatları” layihəsi çərçivəsində Fələstinin ölkəmizdəki Səlahiyyətli və Fövqəladə Səfiri Nasir Əbdül Kərim; İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan bəy Fanani; Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral; İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Auqusto Massari ilə görüşlər keçirilib.
 
Son günlər bölgələrə səfərlərinizin şahidi olduq. Bu səfərlər hansı zərurətdən irəli gəlir?
 
İnstitutun tanıdılması üçün bir çox işlər gördük, bölgələrə səfərlər təşkil etdik. Səfərlərin əsas məqsədi respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri keçirməklə 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunmasıdır. Bu günədək Lənkəran, Gəncə, Bərdə, Ağstafa, Qazax, Qəbələ, Quba və Zaqatala rayonlarında abituriyentlərə institutumuzda onlar üçün yaradılan şəraitlə bağlı məlumatlar verdik.
 
Səfərlər çərçivəsində bölgələrdə bir sıra görüşlər keçirdik. Görüşlər, əsasən, universitetlərə, kolleclərə oldu. Məqsədimiz təkcə dünya ölkələrinin universitetləri ilə əlaqələr yaratmaq deyil, həmçinin yerli ali təhsil müəssisələri ilə əməkdaşlıqların qurulmasıdır. Görüşlərdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq; maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma; birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması; iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları; yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkili barədə müzakirələr apardıq.
 
Ötən dövr ərzində mətbuatda, demək olar, hər gün İnstitut haqqında operativ məlumatların şahidi olduq. Media ilə əlaqələr necə quruldu?
 
Qeyd edim ki, İnstitut bütün fəaliyyətini ictimaiyyətə açıq formada təşkil edib. Tədrisə başladıqdan, təxminən, 1 ay sonra 24 oktyabr 2019-cu il tarixdə mətbuat konfransı keçirdik. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov başda olmaqla, ölkənin bir çox tanınmış jurnalistinin qatıldığı tədbirdə Aİİ-nin fəaliyyəti haqqında geniş məlumat verdik. Onların dərslərdə iştirakını, tədrisin hansı formada aparılmasının canlı şahidi olmalarını təmin etdik.
 
Daha sonra qış imtahan sessiyasında imtahanların gedişatını izləmək üçün jurnalistlərin iştirakını təmin etdik. Yeri gəlmişkən, qeyd edim ki, Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, İnstitut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, əməkdaşlarının və təhsilalanların hüquqlarının müdafiəsi, fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmini üçün təkliflərin verilməsi məqsədilə İctimai Nəzarət Şurası yaratdıq. İctimai Nəzarət Şurasının tərkibinə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev; təhsil üzrə ekspert, professor Şahlar Əsgərov; təhsil üzrə ekspert Nadir İsrafilov; “Trend” İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev; “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə; İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu; Modern.az saytının rəhbəri Elşad Eyvazlı; “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva; Azərbaycan İlahiyyat İnstitutunun birinci kurs tələbəsi Fərid Qasımzadə daxil ediliblər.
 
Yeri gəlmişkən onu da qeyd edim ki, İnstitutun Himayəçilər Şurası da yaradılıb. Şuranın tərkibinə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı; Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev; AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva; Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev.
 
Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein; Bakı Şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev; Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov daxil ediliblər.
 
Şuranın sədri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdır.
 
Mətbuatda bir il ərzində nəşrlərinizin çapı ilə bağlı məlumatlar dərc olundu. Bizə nəşrləriniz barədə daha ətraflı bəhs edə bilərsinizmi?
 
Qısa müddət ərzində İnstitutun ildə iki dəfə nəşr olunması nəzərdə tutulmuş “Din araşdırmaları” elmi jurnalı, həmçinin aylıq “İlahiyyatçı” qəzeti çap olundu. Aİİ-nin tanıdılması üçün Azərbaycan dilində kataloq, 4 dildə — Azərbaycan, ingilis, rus və ərəb dillərində buklet və broşürlər hazırlayıb nəşr etdirdik. İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu”nu hazırladıq.
 
Müəllimlərimiz yeni dərs proqramları və dərsliklərin hazırlanması üzərində çalışırlar. Bütün dərsliklərimizin öz mütəxəssislərimiz tərəfindən hazırlanmasını qərara almışıq.
 
Gələcəkdə “İlahiyyat nəşrləri” adı altında layihə nəzərdə tutulur ki, buraya müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin nəşri daxildir.
 
Eyni zamanda, ilahiyyat sahəsindəki problemləri araşdıran və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirmək istəyirik.
 
Məlumdur ki, instituta qəbul olunan hər bir abituriyentin arzusu ali təhsil müəssisəsini bitirdikdən sonra işlə təmin olunmaqdır. Bu istiqamətdə İnstitutda hansı işlər görülür?
 
Aİİ-nin məzunları üçün iş imkanlarının yaradılması da nəzərdə tutulub. Belə ki, onlar dövlət qulluqçusu olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və digər dövlət qurumlarında işləyə biləcək, elmi-tədqiqat və ali təhsil müəssisələrində tədqiqatçı, pedaqoq, Qafqaz Müsəlmanları İdarəsində isə din xadimi kimi məscidlərdə, ibadət ocaqlarında dini maarifləndirmə işi ilə məşğul olmaq imkanlarına yiyələnəcəklər.
 
Biz gələcəkdə Karyera Mərkəzinin açılmasını da nəzərdə tuturuq. Hazırda bu istiqamətdə işlər gedir. Mərkəz gələcəyin intellektual kapitalının yetişdirilməsində tələbə və məzunların karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verməklə, onları iş dünyasına hazırlamaq məqsədi daşıyır. Həmçinin, bir sıra qurumlarla əlaqələr yaratmağı, könüllülük proqramı vasitəsilə məzunlarımızın iş imkanlarını artırmağı planlaşdırır.
 
İnstitutun gələcək fəaliyyət istiqamətləri, hədəfləri haqqında məlumat verməyinizi istərdik…
 
Bizim məqsədimiz Azərbaycan xalqının din sahəsində yüksəkixitisaslı kadrlara olan tələbatını beynəlxalq standartlara əsaslanaraq təmin etmək; həm İslam, həm də digər dünya dinləri haqqında dərin biliyə malik, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan ilahiyyatçı kadrlar hazırlamaqdır.
 
İnstitutda tədrisi beynəlxalq standartlara uyğun təkmilləşdirmək üçün dünya ölkələrində ilahiyyat sahəsində ixtisaslaşmış institut və fakültələrə səfərləri davam etdirmək istəyirik. Həmçinin tələbələrimizin intellektual səviyyəsinin, dünyagörüşünün, mənəvi dünyasının zənginləşdirilməsi, onların nitq və polemika qabiliyyətinin, özünüifadə bacarığının, tənqidi təfəkkürün formalaşması istiqamətində bir sıra sosial layihələrin keçirilməsini nəzərdə tuturuq.
 
Çalışırıq, fəaliyyətimizdə milli, dini və əxlaqi dəyərləri qoruyaq, Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəmizi verək
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Hamısı