“Heç kəs Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunmaq istəmir” ATƏT PA-nın prezidenti

Müsahibələr 16:52 07.06.2019

ATƏT PA-nın prezidenti Giorgi Tseretelinin iyunun 11-də Bakıya səfəri planlaşdırılır. Prezident səfərinin məqsədi, eləcə də ATƏT-lə bağlı bəzi məqamlara dair APA-nın Gürcüstan bürosuna müsahibə verib.

- Cənab Tsereteli, Azərbaycana səfərinizin məqsədi nədir və səfər gündəliyinizə nələr daxildir?

- Həm ATƏT PA-ya prezidentliyim dövründə, həm də bundan öncə bir neçə dəfə Azərbaycana gəlmişəm. Azərbaycan bizim ən yaxın qonşumuzdur. Əlbəttə, biz bilirik ki, bölgəmizdə problemli məsələlər mövcuddur. Həm ATƏT PA prezidenti, həm də bir gürcü kimi istəyirəm ki, Dağlıq Qarabağ problemi ilə bağlı sülh müzakirələrini gücləndirək və inamın bərpasına nail olaq. Hazırda isə məsələ bir qədər fərqlidir. Azərbaycanın önəmli bir təşəbbüsü var. Bilirsiniz ki, artıq Azərbaycan ATƏT PA-da çox önəmli bir səsə malikdir. Azərbaycanlı millət vəkili Azay Quliyev ATƏT PA-da önəmli bir istiqamətə sədrlik edir. Bu struktur parlament nəzarətinin təmin edilməsində önəmli alətdir. İndi isə Azərbaycan, Türkiyə və Almaniya parlamentləri arasında müzakirə və dialoq üçün yeni parlament platformasının yaradılması təşəbbüsü irəli sürülüb. Düşünürəm ki, bu ATƏT PA olaraq bizim üçün də çox önəmli bir addımdır. Mən bu platformanın yaradılacağı ilk iclasda iştirak etmək üçün Bakıya dəvət edilmişəm. Bu çox maraqlı bir təşəbbüsdür.

-ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin istefasından sonra qurum təxminən 2 ildir ki, region üzrə yeni xüsusi nümayəndə təyin etməyib. Bunun səbəbi nədir?

- Əlbəttə, biz istəyirdik ki, həm hökumətlər, həm də ATƏT PA üçün effektiv vasitə olan xüsusi nümayəndəmiz regionda fəaliyyət göstərsin. Biz bunun üçün üç ölkə ilə - Azərbaycan, Gürcüstan və Ermənistanla işləyirik. Amma burada bir neçə səbəb var. Bunlardan birincisi, şəxsi səbəblərdir. Təəssüf ki, hələ ki heç kəs bu vəzifəyə təyin olunmaq istəmir. Bizim bəzi namizədlərimiz var. Bir neçə parlament üzvlərinə müraciət etmişik və onların cavab verməsini gözləyirik. Bu çox vaxt aparan işdir. Parlament də olduqca məşğuldur. Digər məsələ isə Ermənistandakı daxili dəyişikliklərlə bağlıdır. Ermənistan növbədənkənar seçkilərə getdi və inqilabla bağlı bir sıra məsələlər oldu. Amma indi çox yaxşı məqamdır və biz namizədləri seçirik. Düşünürəm ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın görüşündən sonra sülh və etimadın inkişafı üçün yenilənmiş bəyanatların səsləndirilməsi həm də ATƏT PA üçün olduqca böyük önəm daşıyır. Biz bu məsələni bir müddət təxirə salmışdıq, amma düşünürəm ki, artıq ətrafda uyğun insanlar var.

-Bəs, bu müddət ərzində regiondakı münaqişələrə ATƏT PA daxilində kim və ya hansı qurum nəzarət edib?

-ATƏT-in xüsusi nümayəndəsi sadəcə tamamlayıcı funksiya daşıyır. Münaqişənin həlli istiqamətində əsas fəaliyyət ATƏT-in Minsk Qrupuna məxsusdur. Onun həmsədrləri bu sahədə işləyirlər. Xüsusi nümayəndə isə sadəcə bəzi tamamlayıcı işlər görür. Bu münaqişənin həll olunması üçün alətlər artıq mövcuddur. Onlar yavaşlamayıblar, hər iki ölkə ilə işləyirlər. Xüsusi nümayəndə sadəcə münaqişənin həlli üçün əlavə bir vasitə idi. Hazırda ancaq ATƏT-in Minsk Qrupu bu sahə ilə məşğul olur və hər iki hökumət tərəfindən də dəstəklənir. Əlbəttə, onun işinin effektivliyi barədə bəzi tənqidlər də səsləndirilir.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı