Xasbulatovdan Qarabağ AÇIQLAMALARI “Separatçı erməniləri ciddi cəzalandırmaq lazım idi” - MÜSAHİBƏ

Müsahibələr 16:31 21.07.2019

“Bilirsiniz Sovet İttifaqına ən güclü zərbəni kimlər vurub? Başqasının ərazilərini ələ keçirmək məqsədi ilə silahlı münaqişəni başladan ermənilər. Orada ermənilər əksəriyyət təşkil etsə də, konstitusiya ilə Dağlıq Qarabağ Azərbaycanın idi”.

Bu sözləri Rusiya Federasiyası Ali Sovetinin keçmiş sədri, professor Ruslan Xasbulatov Dağıstandan olan rusiyalı siyasi ekspert, ictimai fəal və köşə yazarı Ruslan Qurbanova verdiyi müsahibədə bildirib.

Eurasia Diary R.Xasbulatovla müsahibənin maraq doğuracağını nəzərə alaraq, onu olduğu kimi oxucularımıza təqdim edir:

- Ruslan İmranoviç, müsahibə verməyə razılıq verdiyinizə görə, sizə minnətdaram, bu bizim üçün böyük şərəfdir. Qafqazlı auditoriyamız üçün ilk olaraq belə bir sual  vermək istərdim. Siz Rusiyanın müasir tarixində Qafqazdan olan, idarəçilik sisteminin ən yüksək pilləsinə kimi qalxmış nümayəndəsisiniz. Sizə kimi və ya sizdən sonra, yəqin ki, bundan uzun illər sonra da heç bir Qafqazlı belə yüksək pilləyə qalxa bilməyəcək.

- Niyə? İosif Stalin ...

- Stalindən sonra Şimali Qafqazdan olan siz idiniz.

- Hə, Stalindən sonra, yəqin ki, ikinci mən idim. Düzdür, birinci mövqedə olmağa mənə imkan vermədilər.

- Bəs müasir Rusiyada Qafqazlı bir şəxsin belə yüksək vəzifəyə gəlməsi mümkündürmü?

- Əlbəttə ki, xeyr. Bilirsiniz, mən hətta Moskva Dövlət Universitetini bitirmişəm və Moskva Universitetində Komsomol komitəsinin katibi olmuşam. Sonra Mərkəzi Komitədə işləmişəm. Sizcə, bu gün məni Moskva Universiteti Komsomol Komitəsinə katib seçərdilərmi?

- Deyirsiz mümkün deyil. Niyə?

- Çünki bu, başqa sistemdir, başa düşün ki, Sovet Sosialist Respublikası hamı üçün bərabər imkanlar yaradan ölkə idi.

- Hətta deportasiya olunan xalqın nümayəndələri üçün də?

- Hətta onlar üçün də. Əlbəttə ki, Stalin 20-ci əsrin ən böyük cəlladı olub, bəşəriyyət tarixi beləsini görməyib. Öz xalqı ilə döyüşən adam. Hətta Hitler belə öz xalqı ilə döyüşməyib, Hitler almanları məhv etmirdi. Əlbəttə ki, onun milyonlarla insanı məhv etməsinə bəraət vermək olmaz, amma o, öz xalqını məhv etməyib, Stalin isə öz xalqını məhv edib.

- O zaman Qafqazlılara qarşı qərəzli fikirlər yox idi.

- Yox idi, yox idi ...                                       

- İndi isə hər sahədə bununla üzləşmək olur.

- Deməli, bu, dövlətin zəif olduğuna sübutdur. Bu, Putin, Rusiya hökuməti, Rusiya parlamenti tərəfindən deyil, adi vətəndaş tərəfindən olur. Dövlətin isə fikrini deməyə və adi vətəndaşı razı salmağa mənəvi gücü yoxdur.

- Ruslan İmranoviç, dövlətin mövcud iqtisadi vəziyyəti, maliyyə durumun zəif olması, subsidiya məsələləri var. Bir Qafqaz respublikasında insanlar özlərini qida ilə təmin edə bilmirlər. Bunun səbəbi nədədir?

- Bunun kökündə, əlbəttə, həm federal hökumət, həm də yerli hakimiyyət orqanları durur. Hər ikisi də düşünürəm ki, eyni dərəcədədir. Lakin Rusiya Federasiyasının mərkəzini götürək, elə fikirləşirsiz ki, ordakı vəziyyət Qafqazdakından yaxşıdır?

Orada da eyni oğurluq, eyni korrupsiya, etinasızlıq, rüşvət, klançılıq var. Günahkar kimdir?

- Qafqaz talançılığı və rüşvətxorluğu artıq federal səviyyədədir...

- Belə bir şey yoxdur. Hansısa, bir rus polkovnik 12 milyard rubl mənimsəyib, o ki Qafqazlı deyil. Daxili İşlər Nazirliyindən başqa bir polkovnik də 8 milyard mənimsəyib və artıq bunu internetdə də deyirlər. Bəli, büdcə rublla deyil, polkovniklərlə ölçülməlidir. Bu sistem belə laqeyddir. Rusiya Parlamenti dağıdıldıqdan sonra bu hakimiyyət polkovniklər, administratorlar tərəfindən təmsil olunmağa başladı və parlamentlər hər yerdə, federal səviyyədə, Moskva səviyyəsində və haradasa da Respublika səviyyəsində məhv edildi. Hər yerdə eyni adamdır. Elə bil ki, Allah onu ora özü qoyub. Başqa bir qanun və ya parlament kimi müxalif qüvvə yoxdur, heç nə yoxdur.

- Bu ki, məqsədyönlü siyasətdir?

- Necə yəni məqsədyönlü? Məsələ də burasındadır ki, məqsədyönlü siyasət yoxdur. Səni çox böyük bir boss təyin edir və sənə hər şeyi əldə etmək imkanı verilir. Bu məqsədyönlü siyasət deyil, bu xaotik siyasətdir. Dünyanın ən zəngin ölkəsi Rusiya Federasiyasıdır. Və dünyanın ən kasıb əhalisindən biri də burdadır.

- Nəyə görə Şimalı Qafqaz respublikaları belə yoxsuldurlar?

- Şimalı Qafqaz respublikaları Rusiya Federasiyasının regionları kimi yoxsul vəziyyətdədir. Çünki zəif idarəetmə var, dövlətin iqtisadi aparatı heç nəyə yaramır, orada rüşvətxorluq baş alıb və başı öz problemlərini həll etməyə qarışıb. Putin təkbaşına öhdəsindən gələ bilməz, o bütün bu məsələlərlə məşğul ola bilməz... O, yorulmuş da ola bilər, 20 ildir bu postdadır, pis ya yaxşı, bu başqa məsələdir, amma o  nəsə etməyə çalışıb və çalışır. Amma bunu böyük bir dövlətdə təkbaşına etmək mümkün deyil və digər mərkəzlərdə isə heç qüvvələr yoxdur, hamısı 1993-cü ildə öldürülüb. Niyə xalq о vaxt parlamentin müdafiəsinə qalxmadı? Mən xalq tərəfindən seçilmişəm, təyin olunmamışam. Bilirsən seçkilərə nə qədər xərc çəkməli oldum? Bax indi millət vəkili olmaq üçün deyirlər çox pul lazımdır. Mənim 2 aylıq professor məvacibim mənə kifayət etdi... Bütün seçki kampaniyasını idarə etdi. Çünki xalq seçirdi, o vaxt bunu istəyirdi, 1989-1990-cı illərdəki seçkilər Rusiya Federasiyasının ilk və son ədalətli seçkiləri idi və insanlar dəyişiklik istəyirdi, biz millət vəkillərinə inanırdılar, amma onlar bizi məhv edəndə, rus xalqı müdafiəmizə qalxmadı. O zaman susduqları üçün indi bunun hesabını ödəyirlər.

- Demək olarmı ki, Qafqazdakı bütün sonra baş verən münaqişələr: etnik, ərazi, İnquşetiya və Şimali Osetiya arasında baş verənlər, Çeçenistanda baş verən bütün hadisələr 1993-cü ildə parlamentin gülləbaran olunmasının  nəticəsidir?

 - Bu, gülləboranın nəticəsidir. Çünki bundan sonra dövlət yoxa çıxdı. Mən kitabımda dövləti “Yeltsinin yarımçıq dövləti” adlandırırdım. Belə ki, Yeltsin dövlət yaratmadı. Düşünürdüm ki, dövləti Putin Rusiyası quracaq, amma o da qurmadı. Buna görə də, normal dövlət sistemi bərpa olunana qədər Qafqazlıların yaxşı yaşayacağına, rusların Rusiyanın mərkəzində, Altayda, Yakutiyada və ya Uzaq Şərqdə yaxşı yaşayacağına inanmıram. Güclü bir parlament yaranana qədər buna inanmıram.

Baş nazir, öhdəsindən gələ bilmirsən? Buyur qapı açıqdır. Nə qədər olar, bir, iki, üç, dörd vəd vermisən, cəfəngiyyat danışırsan, amma əməldə heç nə yoxdur. Eyni zamanda, qulaq asın, Sovet İttifaqı nə üçün süqut etdi? Bu barədə çox kitablar yazmışam. Başqa şəxslər də yazıblar və Qorbaçov çoxlu kitablar yazıb, çox sayda mühüm sübutlar qoyub. Amma bunun səbəblərindən biri son 2 ildə Qorbaçovun Mərkəzi İcra Hakimiyyətində pulun olmaması idi. Neftin qiyməti bir barrel üçün 8 dollara düşmüşdü. Bu gün hökumətdəki adamlar neftin 40 dollara düşməsindən qorxurlar. 

O vaxta baxanda Putinin şansı indi gətirib. 1999-cu ilin mayında Putin hakimiyyətə gələndə, dünya bazarlarında neftin qiymətləri qalxmağa başladı. Və o vaxtdan bəri artmaqdadır. Heç kəs boş rus xəzinəsinin dolacağını düşünmürdü. Sonra hər kəs əli uzanmış vəziyyətdə yoxsul dilənçi kimi pul istəyirdi, onlara humanitar yardım göndərilirdi. Qüdrətli ölkə bu köməyin sayəsində çox zəngin oldu. Böyük şəhərlərin icra başçıları, o cümlədən Sankt-Peterburq, Moskva və başqaları.

Beləliklə, ehtiyacı olanlara vermək əvəzinə onlar bu yardımı pulla satdılar və xərclədilər. Beləliklə vəziyyət dəyişdi və Rusiya xəzinəsi pulla doldu. Bu günə qədər qızıllarla nə edəcəklərini bilmirlər. Qızıl nədir? Qızıl ən etibarlı, sabit puldur.

Bu, xəzinə kimidir. İnkişaf, insan amili, dərmana, təhsilə, elmlə bağlı layihələrə investisiya yatırmaq əvəzinə, - əvvəl daha pis idi, -  Amerika Kazaçayskie istiqrazlarına xərcləmişdilər. SSRİ-ni inkişaf etdirmək əvəzinə orada 100 milyard rubldan çox pulumuz vardı. Maraqlıdır ki, biz neft çıxarırıq və neftçilər yerin, dənizlərin, okeanların daha dərin qatlarına getmək üçün iri pullar gətirir, neft çıxararkən qarşılaşdıqları çətinliklərdən danışırlar. Sonra onu Qərbə аparır, pul alırlar və bu pulları Amerika istiqrazlarına sərf edirlər və indi qızıl toplamağa başlayırlar.

- Rusiyanın bu iqtisadi siyasətini necə izah edirsiniz?

- Savadsız, zəif və məsuliyyətsiz insanlar.

- Kommunistlərin Rusiyanın bugünkü elitasının Qərb tərəfindən satın alındığına dair iddialarına necə baxırsınız? 

- Bəs Kommunistlər özləri satın alınmayıb?

- Kommunistlər Sovet İttifaqını dağıdıblarsa, onda necə satın alınıblar?

- İqtidarda olan kommunistlər hamısı hakim elitaya daxildir, onların hamısı bir sistemə daxildir və mən bu sistemi elmi kateqoriya kimi təsvir etmişəm -Dövlət Oliqarxiya Kapitalizmi. Yeltsinin zamanında düşünürəm ki, idarəçilik qrup halında həyata keçirilirdi. Yeltsin birinci oliqarx idi və rəhbərliyi isə kollektiv oliqarxiya, xüsusilə məşhur yeddi bankir həyata keçirirdi və Putin hakimiyyətə gələndə tədricən bunu dağıtdı və yeni bir sistem yaratdı. Bu artıq dövlət oliqarx kapitalizmi idi və bu oliqarxlardan heç biri idarəçilikdə yoxdurlar, o özü şəxsən nəzarət edir və ya nəzarət etdiyini düşünür.

- Yeddi bankir dövründə, onlar nə dərəcədə Vaşinqtondan idarə olunurdular?

- Onlar heç vaxt Vaşinqtondan idarə olunmayıblar.

- Sovet İttifaqının dağılması zamanı, niyə onda ...

- Sovet İttifaqını özləri dağıtdılar.

- Niyə KQB passivlik göstərdi?

- KQB zəif fəaliyyət göstərirdi, çünki onlar necə işləməyi unutmuşdular, hər cür cəfəngiyyatla məşğul olurdular, məncə indi də bununla məşğuldurlar, telefonları dinləyirlər ki, işdə kim nə deyəcək. Hansısa xüsusi şöbələr ciddi işləmək və bu tip məsələlər barədə xəbərdarlıq etmək yerinə bu cür işlərlə məşğuldurlar. Ya da bilirsiniz, Sovet İttifaqına ən güclü zərbəni kimlər vurub? Başqasının ərazilərini ələ keçirmək məqsədi ilə silahlı münaqişəni başladan ermənilər. Orda ermənilər əksəriyyət təşkil etsə də, konstitusiya ilə, Dağlıq Qarabağ Azərbaycanın idi.

Məsələni sülh yolu ilə həll etmək əvəzinə silahlı mübarizəyə başlamağa qərar verdilər. Bundan sonra, mərkəzi hakimiyyət və məhz KQB bununla məşğul olmalı idi və Qorbaçovdan təlimat gözləməməli idi, dövlətin qorunması birbaşa onun funksiyasıdır. Onlar bu üç respublikanın rəhbərliyindən iki üç nəfəri həbs etməli idilər.

- Yəni, Sovet İttifaqının çöküşü Qafqazdan başlayıb?

- Belə çıxır ki, Qafqazdan başlayıb. Silahlı  münaqişə başladıqda və xüsusilə də Baltikyanı dövlətlər heç kimin ciddi hərəkət etmədiklərini görəndən sonra müstəqil olmağa dair məsələ qaldırdılar. Onlar millət vəkilləri qarşısına vəzifə qoydular, bizə iqtisadi müstəqilliyimizi verin! Mən artıq o zaman Sovet İttifaqı Nazirlər Sovetinin sədrinin müavini Biryukovun sosial problemlər üzrə məsləhətçisi idim. Hələ o vaxt bir yazı yazdım ki, niyə mane olursunuz?

Sonra Nikolay İvanoviç Rıjkov məni yanına çağırdı və onunla ilk dəfə söhbətimiz oldu. O, dedi akademik Abalkin mənə sizinlə görüşməyi məsləhət gördü. Yeri gəlmişkən, Rıjkov məndə xoş təəssürat yaratdı. Mən dedim, bəli, onlara iqtisadi azadlıq verin, çünki iqtisadi azadlıq verməsəniz, tezliklə siyasi azadlıq tələb edəcəklər. Onlar niyə bunu istəyib? Çünki heç bir şey etmədiniz. Mən sual verdim ki, siz Ermənistan-Azərbaycan müharibəsini başlayanları cəzalandırdınız? Ancaq o dedi ki, bu işlə Volski məşğul olur.

Volski sıradan mülki vətəndaşdır, adi bir partiya funksioneridir, birdən durub gedib orada bu işlə məşğul olmağa. Bu məsələylə necə məşğul olmaq lazım idi? Dağlıq Qarabağda separatçılar Azərbaycan dövlətinə qarşı ayağa qalxmışdı. Onlara qarşı hansı addımı atmaq lazım idi, nə etmək lazım idi? Separatçı erməniləri həbs etmək, onları ciddi cəzalandırmaq lazım idi.

Əgər, o zaman Ermənistanda və Bakıda nizam-intizam dəmir əllə səhmana salınsaydı, qurbanlar olmazdı, bəlkə də iyirmi-otuz nəfər olardı. Ancaq yarım milyona yaxın oldu... Vəziyyət belədir. Əgər o vaxt nizam-intizam qurulsaydı, - o cümlədən, sən düz deyirsən, KQB faktiki olaraq passiv oldu, hansısa siyasi məsələlərin həllini gözlədi, onlar Konstitusiyaya uyğun hərəkət etməli idi - 1987-1988-ci illərdə Sovet İttifaqı dağılmazdı, vəziyyət bu həddə çatmazdı, heç kəsin səsini çıxartmağa, birləşməyə və ya ayrılmağa cəsarəti çatmazdı və s.

- Beləliklə, mən nəyi demək istəyirəm. Axı, Çeçenistan Respublikasında baş verən hadisələrin də nizam-intizam yaratmaqla heç bir əlaqəsi olmadı. Axı, əvvəlcə Qroznıdakı vəziyyətin bu həddə qədər böyüməsinə imkan verildi ...

- Məsələ burasındadır ki, Qroznıdakı hadisələr Tatarıstanda, Uzaq Şərqdə, Dağıstandakı kimi inkişaf edirdi. Mən orada olmuşam, iki düşmən qrupları aralamışam.

- Milli şüurun oyanışı ...

- Təbii ki, amma faktiki olaraq, bütün bölgələrdə, bütün respublikalarda, yenə də nisbətən normal yerli rəhbərlər vardı. Çeçen-İnquşetiya istisna olmaqla. Çeçen-İnquşetiyanın partiya rəhbərliyi satılmışdı və hadisələri bu vəziyyətdə ortada qoyaraq qaçdılar. Sonra düzdü, Ali Şuranı, məni günahlandırmağa başladılar. Baxmayaraq ki, bunlar baş verəndə Yaponiyada idim, Qorbaçov məni Yeltsinlə birlikdə Kuril adaları ilə bağlı xüsusi bir tapşırıqla göndərmişdi. Çeçen-İnquşetiyanın Ali Şurasının dağılması baş verən zaman mən heç Moskvada deyildim. Yerli rəhbərlik vəziyyəti son həddə çatdırdı. Dağıstanda, Tatarıstanda, Başqırdıstanda hər yerdə çox güclü iğtişaşlar baş vermişdi. Kazanda isə ümumiyyətlə Tatar İctimai Mərkəzi (TAT) vardı və bu mütəşəkkil, həm də kütləvi şəkildə hərəkət edən çox böyük bir separatçı təşkilat idi. Lakin yerli rəhbərlər onlarla görüşməyə və birgə işləməyə nail oldular. Ancaq Çeçen-İnquşetiyanın rəhbəri qaçaraq oranı başsız qoymuşdu.

- Yeltsinin hərəkətlərini kimsə yönləndirirdi?

- Hesab edirəm ki, onun hərəkətlərini "fırıldaqçı sürüsü" adlandırdığım bir sürü yönləndirirdi. Bunlar həmin Kozırev - tamamilə anlaşılmaz bir insan, Poltoranin, Burbulis, Şahraydır. Bunlar biraz qəzəbli insanlardır. Görünür, onlar karyera qurmağı çox istəyiblər, amma sovet hakimiyyətində bunu bacara bilməyiblər və indi bu Yeltsini də özlərinə qoşub onu istiqamətləndirirdilər. O, savadsız bir şəxs idi, o, evimizdə olub,  kitabxanaya girmişdi, amma bu haqda danışmağı sevmirəm;  və dedi: "Siz, bütün bunları oxumusunuz?" Deyirəm ki, bu mənim evimdəki kitabxananın yalnız kiçik bir hissəsidir. O, güldü, "biz ki, dostuq" və dedi: "Açığını desəm, bütün həyatım boyu heç 10 kitab oxumamışam". Bu tamamilə savadsız bir şəxs idi. Onun bildiyi yeganə şey Partiya sistemi sahəsində leytenant kimi qazandığı çox böyük təcrübə idi. Bunun üçün baş lazım deyildi, aparat özü çox yaxşı işləyirdi.

 - Ruslan İmranoviç xahiş edirəm deyin, Qafqaz iqtisadi sistemi qurmaq və Rusiyanın qalan hissəsi üçün donor olmağa qadirdirmi? Yoxsa biz subsidiyalarda yaşamağa məcbur və məhkumuq?

- Hansı Qafqazı deyirsən?

- Rusiya Qafqazı.

- Axı, mən bir sıra məqalələr yazmışam və Qafqazın ümumiyyətlə vahid olmalı olduğunu demişəm. Qafqaz nədir? Qafqaz çoxmillətli bütövlükdür. Minilliklər boyunca Qafqaz xalqları fərqli dillərdə danışaraq, fərqli dinlərə etiqad edərək bütöv halında mövcud olublar, lazım olanda həmişə bir-birinin köməyinə gəliblər. Yeri gəlmişkən, öz aralarında heç bir zaman müharibə etməmişlər.

Tarixçilər sizə deyəcək ... Mənim qardaşım və bacım gözəl tarixçilərdir. Hər ikisi də sağdır, Allaha şükür. Onlar maraqlı bir məsələni qeyd ediblər: Dağıstanda çox sayda millət, xalqlar var, orada Çeçenistan var, ancaq onlar bir-birləri ilə döyüşməyiblər. Amma hər hansı bir xalqa zülm edildikdə, hamısı köməyə gəliblər. Bax bu çox millətli bir bütövlükdür, mən dediyim formuladır.

Bu, Qafqazın birliyini bərpa etməyi tələb edir, buna görə də mən Federal Dövlətlərin Sovet İttifaqının dağılmasının əsas səbəbkarı kimi Zaqafqaziya respublikalarının bir hissəsini - Ermənistanı vurğulamaqları ilə tamamilə razı deyiləm. Eyni zamanda, məncə, Putin çox düzgün qərar qəbul edib, sanksiyalar elan etməyib və ümumiyyətlə belə bir barışdırıcı mövqe nümayiş etdirib.

Mənə elə gəlir ki, Rusiya Federasiyasının siyasəti və diplomatiyası Kremlin Azərbaycan və Gürcüstanla sıx əlaqələr qurması  ilə xeyli zənginləşəcək. Bu bir səviyyədir. Əlbəttə ki, ikinci səviyyədə Şimali Qafqaz dövlətləri və xalqlarının birliyini yaratmaq lazımdır. Bu, orada baş verən proseslərdir. Hansısa sərhəd xətlərini qoyurlar, bu maddələri mən vəhşilik hesab edirəm. Avropaya baxın, dövlətin daxilində dövlətlərarası heç bir şey yoxdur, burada isə dövlətin daxilində bu cürdür.

- Rusiyanın digər bölgələri üçün donor ola biləcək vahid Qafqazı necə görürsünüz?

- Bəli, heç kim Qafqazın donor olmasına etiraz etmir, özünüzü və gəncliyinizi normal bir həyatla təmin edin və Qafqaz gəncliyi ilə nə baş verdiyini görün. Onlar oradan hər tərəfə, kənara qaçırlar. Biz iqtisadiyyatı ilk növbədə inkişaf etdirməliyik, qurmaq, yaratmaq lazımdır, müasir sənaye yaradılmalıdır, fabrikləri bağlamaq yox.

- Sonda, sualımı yenidən verirəm. Sizcə Qafqazın inkişafına mane olmaq üçün Moskvanın yüksək dairələri tərəfindən məqsədyönlü şəkildə yürüdülən bir siyasət varmı? Onlar üçün yalnız savadsız, Moskvadan yönləndirilən, klançı, istedadsız, rüşvətxor rəhbərlər göndərilir.

 - Görürsünüz, Moskvanın yüksək dairələrindən danışarkən, məmurlar fərqlənir. Son 50 ildəki siyasi elitanı yaxşı tanıyıram, bir sıra yüksək səviyyəli diplomatlar və Mərkəzi Komitədən, SSRİ Nazirlər Sovetindən və Partiyanın Mərkəzi Komitəsindən, komsomoldan tanıdıqlarım var. Hər yerdə, dostlarım, yoldaşlarım vardı.

Mən bəzən gizli, bəzən aşkar müşahidəçi, sonra məsləhətçi oldum. Buna görə də bu koridorları yaxşı tanıyıram ki, mövcud rus siyasəti daha primitivdir və insanları da, düşüncə tərzi də bəsitdir. Sovet səviyyəsilə müqayisədə bu tamamilə belədir. Buna baxmayaraq, insanlar fərqlidirlər. Təəssüf ki, indi hətta yüksək vəzifəli məmurlar həddindən artıq müstəqildirlər. Onların arasında açıq-aydın yaramaz, şovinist və millətçi insanlar var. Onlar rəhbərliklə görüşdükdə bir şey söyləyirlər, amma əməldə tamamilə başqa şey, o cümlədən Qafqaza qarşı münasibətdə düşmənçilik edirlər. Ancaq bu departamentlərin məqsədyönlü siyasəti deyil.

Bu dövlətin zəifliyidir. Dövlətin zəifliyi, burnunun ucunda nə baş verdiyini bilməyən hökmdarların zəifliyi...

- Bir müsahibədə Rusiyanın neftdən gələn pullar sayəsində böyük qazanc əldə etdiyini qeyd etmişdiniz. Niyə bu gün insanlar belə yoxsulluqda yaşayır? Pensiya islahatları nə üçün keçirilir, sadə sürücülərdən mümkün qədər çox pul almaq üçün Platon sistemini işə salırlar, dövlətin onsuz da pulu var axı. Niyə öz əhalisinə qarşı belə bir qəddar siyasət aparılır?

- Bax, oradan yaşıl üzlü iki cildli kitabı götür. "Bazar Fundamentalizminin qürubu"  kitabının  ikinci cildində sənin verdiyin sualın cavabına həsr olunub. Ancaq qısaca sizə söyləyəcəyəm, səbəblərdən biri Rusiya Federasiyasının iqtisadi idarəetməsinin zəifliyi, hazırlığın olmamasıdır.

Belə hesab olunur ki, hətta zəif bir şəxs belə bir neçə il bu vəzifədə olsa, nəticədə mütəxəssis olur. Bu doğru deyil! Onun içindəki doqmatik yanlış fikirlər güclənir və o böyük zərər verir. Belə insanlar nə qədər böyük hakimiyyətə malik olursa, cəmiyyətə bir o qədər çox ziyan vurur.

- İndi belə çıxır ki, hakimiyyətdə cahillər və talançılar var.

- Cahil demək olmaz, onlar performans baxımından, işlətdikləri ifadələr, natiqlik bacarığı baxımından ritorika professorunu üstələyərlər, ancaq gerçək vəziyyəti anlamaq, adekvat reaksiya vermək, cavab vermə qabiliyyəti və bundan əlavə tutaq ki, ona problemin  həllinin üç variantını versələr, ən yaxşı variantı seçə biləcəyinə əmin deyiləm. Yaradıcı başlanğıcın olmaması, öz yerini itirməyə görə qorxmaq,  köləlik, parlament cəmiyyəti qarşısında məsuliyyətsizliyi, yalnız onu təyin edən qarşısında məsuliyyətli olma.

Hətta nəyinsə səhv olduğunu bildiyi və bunun doğru bir şey olduğu hallarda belə, o rəhbərliyini razı salmaq üçün yanlış davranır. Əslində, əhalidən vergilərin alınması son həddir, bu hədd aşılanda insanlardan alınacaq bir şey olmayacaq. Ancaq  onlardan tələb edirlər, belədə onlar yabadan yapışıb çaxnaşma yaradacaq və  onlarda bu passivlik keçəcək və qarşılarına çıxan hər şeyi qırıb dağıdacaqlar.

Müsahibəni tərcümə etdi: Gülnar SƏLİMOVA


"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
Hamısı