"Ermənistanla danışıqlar qoşunlar çıxdıqdan sonra mümkündür" Sabiq diplomat – MÜSAHİBƏ

Müsahibələr 11:55 11.09.2019

Son zamanlarda, Ermənistan hakimiyyətinin sülhpozucu bəyanatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə zərbə vurur. İşğalçı ölkə rəhbərliyinin bu addımları beynəlxalq hüquq normaları çərçivəsində necə izah oluna bilər?

Eurasia Diary Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərini izah etmək üçün Azərbaycan Moldova və Gürcüstandakı səfir işləmiş, Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri, hüquq elmləri doktoru, professor, Qarabağ konflikti ilə bağlı bir çox kitabın müəllifi Namiq Əliyevdən müsahibə alıb.

- Son illərdə beynəlxalq hüquq pozuntusu, sanki onun mövcud olmadığı təəsüratını yaradır. Bu barədə fikrinizi açıqlaya bilərsinizmi?

- Bəzən biz mətbuatda elə bir fikirlərlə rastaşırıq ki, beynəlxalq hüquq artıq öz əhəmiyyətini itirib və ya artıq mövcud deyil. Lakin, demək istərdim ki, beynəlxalq hüququn mənbələri, onu müəyyən edən sənədlər və onun normaları qüvvəsini itirməyib və ya heç kim onları ləğv etməyib. Bu o deməkdir ki, beynəlxalq hüquq hələ də qüvvədədir. Misal üçün, dövlət daxili hüquq pozulanda biz demirik ki, hüquq yoxdur sadəcə deyirik ki, hüquq pozulub.

Beynəlxalq hüququn həyata keçirilmə mexanizmi, daxili hüquqdan daha çətindir. Beynəlxalq hüquq güc tətbiqi ilə nizamlanmır, o beynəlxalq qurumların qərarları və dövlətlərin vahid səyləri ilə, birgə gücü vasitəsi ilə təmin edilir. Yəni dövlətlərin iradəsini əks etdirərək, birgə səylər vasitəsi ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, dünyada dövlətlərin gücü heçdə bərabər deyil. BMT-də dövlətlərin hər birinin bir səs hüququ var, reallıqda isə onların təsir gücü fərqlənir. Böyük dövlətlər, hansınin ki, təsir gücü daha çoxdur, onlar öz siyasətlərini yürütməyə çalışır və yürüdür.

Bununla da, beynəlxalq hüququn həyata keçirilməsi əsasən böyük dövlətlərin iradəsindən asılı olur. Deyək ki, kiçik dövlətlər hüquqa əməl edir, onu pozmur və digər dövlətlər ilə münasibətlərini sülh əsasında qurur. Eyni zamanda, yanındakı böyük dövlət həmin normalara riayət etmir və addımlarını öz maraqlarına uyğun yerinə yetirir. Bu kiçik dövlətlər üçün çox mənfi nümunə olur və onlara da istədikdə beynəxalq hüquq normalara riayət etməməyə əsas verir.

- Beynəlxalq hüququn tətbiqində ən böyük problemlər nədir?

- Beynəlxalq hüquq dedikdə, dövlətlər arasında ortaq razılıqlar əsasında qəbul olunmuş müqavilələr, razılaşmalar, konvensiyalar və beynəlxalq hüquq normaları yaradan digər sənədlər nəzərdə tutulur. Bu o deməkdir ki, iki və daha çox dövlət bir araya gəldikdə və sənəd imzalayanda həmin dövlətlərin iradələri həmin sənəddə öz əksini tapır. Yəni sazişdə ortaq maraq və münasibət mövcuddur və bu maraqlar bir araya gələrək hüquq norması yaradır. Biz dedikdə ki, hansısa dövlət hüquq normasıni pozur, riayət etmir, bu o deməkdir ki, o eyni zamanda digər dövlətlərin maraqlarını, iradələrini pozur.

Ola bilər həmin dövlətin rəhbəri, xarici işlər naziri dəyişib, ya fikri dəyişib, daxildə başqa qərar qəbul edib, bu subyektiv faktor daşıyır və beynəlxalq hüquq normalara, dövlət imzaladığı sənədlərə riayət etməmək hüququ vermir. Kimsə bu müqaviləyə riayət etmək istəmirsə və ya onu öz maraqlarına zidd sayır, o başqa addım ata bilməz. Yalnız müqavilədə nəzərdə tutulmuş qaydada ondan çıxa bilər. Bu məqamda önəmli olan odur ki, bir dövlətin iradəsi digər dövlətlərin iradələrini, maraqlarını pozmasın. 

Misal üçün, daxili hüquqda da belədir. Bir insanın azadlığı digər insanın azadlığı ilə məhdudlaşır. Sən o vaxta qədər azadsan ki, digərinin hüquqlarına toxunmursan. Beynəlxalq münasibətlərdə də belədir. Bir dövlət başqalarının maraqlarını pozmadan öz maraqlarını və istəklərini həyata keçirməlidir. Əgər haradasa maraqların toqquşması varsa o zaman danışıqlar aparılmalıdır. Bununla da hər iki tərəf öz maraqlarına cavab verən müvafiq beynəlxalq hüquq normalar yaratmalıdırlar. Qalan hamısı isə subyektivdir və beynəlxalq münasibətlərin pozulmasına gətirib çıxarır.

- Qarabağ münaqişəsini beynəlxalq hüquq ətrafında müzakirə etsək görərik ki, bu münaqişədə də hüquq və maraq pozuntuları mövcuddur. Bu münaqişəni hüquqi çərçivədə necə izah edə bilərik?

- Hər bir münaqişə hüququn pozulması ilə müşaiət olunur. Bu aksiomadır. Əgər biz hər hansı xəstəliyi müalicə etmək istəyiriksə, ilk öncə diaqnoz qoymalıyıq. Dağlıq Qarabağ münaqişəsində diaqnoz təcavüzdür, işqaldır. Bunu deməmiş, Minsk qrupun həmsədrləri münaqişəni həll edə bilməzlər. Burda isə danışıqlar bir şərtlə aparıla bilər. Belə ki, işğalçı qoşunlar ərazidən çıxarılmalıdır. Yəni ki, vəziyyət 1988-ci ilə, münaqişə başlayan zamana qayıtmalıdır. Erməni qoşunları çıxarılmalıdır və məcburi köçkünlər öz evlərinə, yurdlarına qayıtmalıdır, yalnız ondan sonra real, indi necə deyirlər – substantiv, danışıqlar başlaya bilər və müzakirələr çərçivəsində Qarabağın statusu və digər məsələlər həllini tapa bilər.

Bu vəziyyət niyə yaradılmalıdır? Çünki, birincisi, danışıqlar eyni vəziyyətdə olan bərabər tərəflər arasında aparıla bilər. İkincisi, hüquqda da, beynəlxalq münasibətlərdə də, təzyiq nəticəsində qəbul etdirilən qərar legitim deyil. Azərbaycan Respublikasının ərazisində xarici dövlətin qoşunları dayanır. Bu isə təzyiq deməkdir. Əgər sabah hər hansı müqavilə bağlansada, misal üçün, ağlımızı itirdik və Qarabağı verdik, bu müqavilə heç vaxt legitim (hüquqi) olmayacaq. Həmişə bundan imtina etmək olar. Bu eyni zamanda gələcəkdə də həmişə müharibəyə gətirəcək. Çünki bu qeyri legitim şəraitdə, təzyiq vəziyyətində qəbul olunub. Şəraitin bərabərliyi olmayıb və digər tərəf təzyiq altında məcbur edilib. Həmişə bizim tərəf bu qərara əməl etməyə bilər. Əgər beynəlxalq aləm istəyirsə ki, Qavqazda uzunmüddətli və davamlı sülh olsun, erməni ordusu çəkilməlidir və ondan sonra normal danışıqlar aparıla bilər.

Təzyiq dedikdə isə, qoşunların sayının heç bir əhəmiyyəti yoxdur. Yəni onların qoşun sayının bizdən az olması belə, təzyiq deməkdir. Çünki, Azərbaycanın ərazisində yad dövlətin qoşunları var, biz isə buna görə torpaqlarımıza yiyə dura bilmirik, torpaqlarımızı azad edə bilmirik. Səbəb vacib deyil, gücümüz çatmır, ya imkan vermirlər, müharibə istəmirlər, istəyirlər ki, sülh olsun və s. Faktiki olaraq bizim torpaqlarımız işğal altındadır və zəbt olunub. Normal və legitim danışıqlar yalnız, qoşunlar çıxdıqdan sonra mümkün ola bilər.

- Dağlıq Qarabağın statusu hüquqi çərçivədə necə müəyyən olunmalıdır və erməni icmasının iştirakı məsələsi necə aydınlaşdırılmalıdır?

- Qarabağ münaqişəsində biz separatizmdən deyil, işğaldan bəhs edirik. Bu isə o deməkdir ki, biz danışıqları Ermənistanla aparırıq, Qarabağla deyil. Qarabağ Azərbaycan torpağıdır və orada yaşayanlar da Azərbaycan vətəndaşıdır. Yəni torpaqlar qayıtdıqdan sonra danışıqlar başlana bilər.

Artıq bu hadisə baş verdikdən sonra, Dağlıq Qarabağın statusunun müzakirəsi zamanı hər iki icma, Dağlıq Qarabağda həm erməni icması, həm də Azərbaycan icması danışıqlara cəlb oluna bilərlər. Bu vəziyyətdə onların iştirakı normaldır.

- Ermənilər bu ərazilərdə "seçkilər" keçirir, misal üçün ayın 8-i Xankəndidə "mer seçkiləri" aparıb və gələn il isə "prezident seçkiləri" planlaşdırır. Bu məsələni necə izah edə bilərsiniz?

- Bu seçkiləri heç kim tanımır və tanıya da bilməz. Çünki Dağlıq Qarabağı legitim dövlət kimi tanımırlar. Aydındır ki, bu vəziyyətdə orada keçirilən seçkilər də tanınmır.

Dövlət dedikdə, bir çox ünsürləri qeyd etmək lazımdır. Bura aiddir, ərazi, əhali və hakimiyyət ünsürləri. Misal üçün onlar iddia etdikləri ərazini nəyin əsasında müəyyənləşdirirlər, yəni ərazi nəyin əsasında formalaşıb, müəyyən deyil. O cümlədən, əhali də eyni şəkildə. Dağlıq Qarbağda təxminən 180 min əhali var idisə, onun 60 mini azərbaycanlıdır və ətraf ərazilərdə isə 600 minə yaxın azərbaycanlı yaşayıb. Bu o deməkdir ki, o ərazilərdə yaşayanların 85 faizi məcburi köçkündür. Belə şəraitdə dövlətin əhalisindən danışmaq olar?

Hakimiyyət səlahiyyəti əhalidən alır, 15 faiz əhalinin səsi ilə hakimiyyət qurmaq olar? Bəs 85 faiz əhalinin maraqları necə olacaq? Demək ki, hakimiyyətin də leqitimliyindən söhbət gedə bilməz. Bura dövlət sayılmır sadəcə işğal olunmuş ərazidir. Etnik təmizləmə aparırsan sonra da demokratiyadan, seçkilərdən danışırsan. Etnik təmizləmədən, soyqırımdan sonra, seçki keçirmək gülməli şeydir.

- Azərbaycan hüquqi cəhətdən haqlı olsa da, bizim mövqeyimizi dəstəkləyən dövlətlərin sayı azdır. Nə üçün beynəlxalq içtimaiyyət buna reaksiya vermir?

- Dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin bunu ifadə etmir. Burda isə siyasi, dini və etnik faktor rol oynayır. Tanımağa tanıyırlar, lakin siyasətdə ifadə etmək çox çətin məsələdir. Fikir verin Avropa İttifaqı yalnız sonuncu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını qeyd edir. Nə dəyişdi, niyə əvvəl qeyd olunmurdu, ancaq Moldova, Gürcüstan və Ukraynanı deyirdilər?

Artıq bunu danmaq olmaz, çünki onlar bunu artıq deyiblər. Azərbaycan, Moldova, Gürcüstan və Ukraynanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, Avropa İttifaqınin sənədlərində artiq qeyd olunub.

Minsk qrupunu yaradan konfrans 13 dövlətdən ibarətdir. Burada həmsədrlər dövlətlər olan ABŞ, Fransa və Rusiya erməni diasporunun ən güclü olduğu ölkələrdir. Eyni zamanda, Azərbaycan içtimaiyyəti həmin həmsədrlərin nümayəndələri ilə ünsiyyətdə olmalıdır. Onlar cəmiyyətin suallarına cavab verməlidir. Edə bilmirlərsə, Minsk konfransını çağırmaq lazımdır. 13 dəvlət öz fikrini söyləsin və həmsədrlərdən soruşsun ki, niyə görə bunların səyləri bir nəticə vermir? Məsələ artıq yetişib.

Bayaq da qeyd etdiyim kimi, diaqnoz qoymadan xəstəliyi müalicə etmək mümkünsüzdür. Yəni, bu məsələnin hansı formatda həll olunmasını bilmək üçün başa düşməlisən ki, burada nə baş verir. Regionun işğal olunduğunu qəbul etməlisən və işğalçının kimliyini müəyyən etməlisən. Vəziyyət tam müəyyənləşdikdən sonra gərək işğalçıya təzyiq göstərəsən ki, onlar qoşunları çəksinlər.

BMT Nizamnaməsinin 51-ci maddəsində bizim özünümüdafiə hüququmuz qeyd olunub və biz bu hüquqdan istifadə edə bilərik, həmin torpaqları azad edə bilərik. Necə ola bilər ki, bizə desinlər ki, bu hüquqdan istifadə etmə, snayperləri çək, atəşkəsi pozma və torpaqları azad etmə? Özün də kömək etmirsən.

- Beynəlxalq qurumlar işğalçıya təzyiq etmirsə, o zaman Azərbaycanın hansı addımları atmalıdır?

- Ermənistan silahlı qüvvələri bizim ərazilərdə işğalçı qüvvələr kimi tanınır. Bu beynəlxalq sənədlərdə - BMT və Avropa Şurasının sənədlərində yazılıb. İşğal olunmuş torpaqlar varsa, demək ki, işğalçı qüvvə də var. Deməli həmin qüvvələr işğalçı qüvvələrdi. Beynəlxalq sənədlərdə onlar nə edə bilər, nə edə bilməz, bunlar qeyd olunub.

Orada qeyd olunub ki, işğalcı qüvvələr mədəniyyət abidələrini məhv etməsin, yaşayan əhalinin hüquqlarını pozmasın. Ermənistan həm işğal edərək hüququ pozub və işğalçı kimi də qeyd etdiyimiz hüquqlara riayət etmir. Hər gün onlar bu normaları pozurlar.

İşğal sözü öz daxilində müvəqqətilik nəzərdə tutur. Hər bir işğal öz sonunu tapmalıdır, yəni bu daimi ola bilməz. Əgər onları işğalçı kimi tanıyırlarsa, deməli gec-tez onlar çıxmalıdır. Beynəlxalq hüquq tələb etdiyi kimi bu dövlətlər onu ordan çıxarmalıdır, bunu təmin etməlidir. 

Azərbaycan bu torpaqları bu cür ala bilməsə, gərək silah gücünə alsın. Lakin nə zaman biz sülh vasitələrindən əlimizi üzəcəyik, onu dövlət rəhbərliyi deyə biləcək. Sözsüz ki, heç kim müharibə istəmir, nə qədər cavan uşaqların qanı töküləcək. Lakin vaxtı gələndə əmr veriləcək.

 

Ülvi Əhmədli

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Hamısı