Tofiq Zülfüqarov “Mən deyirəm ki, danışıqlara getməyək”

“Paşinyan mövqeyinə aydınlıq gətirməyincə danışıq olmamalıdır”

Müsahibələr 11:22 12.09.2019
ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “yerli seçkilər”in keçirilməsinə münasibət bildiriblər. İllərdir Azərbaycanda “turist diplomatlar” kimi qəbul edilən və proseslərə heç bir aktiv müdaxiləsi olmayan həmsədrlərin bəyanatında narahatlıq doğuran məqamların olması müzakirələrə səbəb olub. Eurasia Diary xəbər verir ki, bu mövzuda sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”ın suallarını cavablandırıb.
 
- Tofiq bəy, həmsədrlər uzunmüddətli sükutdan sonra nəhayət, dilə gəldilər. Yəqin ki, onların son bəyanatı ilə tanışsınız. Diqqətinizi nə çəkdi, sizcə, diplomatlar nə dedilər, yaxud nə demək istədilər?
 
- Daha doğrusu, nə dedilər vacib deyil, nə demədilər məsələsini müzakirə etmək vacibdir. Bəzi məqamlara onlar toxunmayıblar. Toxunmadıqları məqamlar bunu deməyə əsas verir ki, indiki vəziyyət heç də həmsədrləri qane etmir. Bu və ya digər şəkildə onlar etiraf ediblər ki, yaranmış indiki vəziyyət həmsədrlərin fəaliyyətinin nəticəsidir. Daha doğrusu, bu durum onların fəaliyyətsizliyinin nəticəsində baş verir. Yenə də köhnə prinsipləri təsdiqləyiblər. Açığını deyim, mən o bəyanatda yeni bir şey görmədim. Onlar bu bəyanatla demək istəyiblər ki, Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” mövqeyini dəstəkləmirlər. Amma eyni zamanda lazımi şəkildə öz gələcək fəaliyyətləri barəsində heç nə söyləməyiblər. Mən bir şey hiss elədim ki, Azərbaycan ictimaiyyətində bu bəyanata həddindən artıq önəm verilir. Adi bir bəyanatdır. Bu cür bəyanatlarla bağlı ilk növbədə belə fikir söyləməliyik ki, belə mövqelər vəziyyəti dəyişmir. İkincisi də onlar bəyanat vasitəsilə bizim istəklərimizi təmin edə, yəni işğalı dayandıra, işğal olunmuş torpaqları azad edə bilməzlər. Onların Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək imkanları və istəyi yoxdur.
 
- Dediniz ki, həmsədrlər Paşinyanın mövqeyini dəstəkləməyiblər. Amma bu da faktdır ki, Ermənistanın baş naziri Xankəndində “miatsum” bəyanatı verəndən sonra həmsədrlərdən heç bir reaksiya gəlmədi. Susmaq razılıq əlaməti deyilmi?
 
“Vasitəçilərin ərazi bütövlüyümüzü bərpa etmək imkanları və istəyi yoxdur”
 
- Məsələ burasındadır ki, həmsədrlər real şəkildə vəziyyətə təsir eləmək niyyətində deyillər. Digər buna bənzər, beynəlxalq təcrübədə olan məqamları yada salaq. Tutaq ki, hansısa bəyanat verilir. Vaxtilə İrana qarşı az qala ultimatum verilirdi. Həmin ultimatumların nəticəsində ABŞ öz istəklərinə nail oldumu? Yox. Güc tətbiq edəndən sonra nəyəsə nail olublar. Digər prosesləri götürək. Məsələn, Ukraynaya aid, ərazi bütövlüyünü dəstəkləyən onlarla bəyanat verilib. Vəziyyət dəyişibmi? Yox. Bizim ictimaiyyətdə hələ də bu illüziya davam edir. Yəni biz başa düşməliyik ki, bəyanatla, ya da sanksiyalarla heç nəyə nail olmaq mümkün deyil. Yəni bizim istədiyimiz şeylərə bu yolla nail olmaq mümkün olmayacaq.
 
- Bəyanatda belə bir məqam var ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır. Bu, təhlükəli mövqe deyilmi?
 
- Yox. Yəni yerli idarəetmə orqanlarını formalaşdırmaq istənilən yerdə hər bir əhalinin hüququdur.
 
- Yəni referenduma işarə edilir?
 
- Yox. Təəssüflər olsun ki, həmsədrlər indiki halda bu formanın tətbiq olunması ilə bağlı bir məqamı yaddan çıxarırlar: indiki əhali etnik təmizləmələr nəticəsində formalaşıb. Biz bununla bağlı onlara sual versək, cavabları belə olacaq ki, oradan qovulmuş əhali bölgəyə qayıtdıqdan sonra seçkilər vasitəsilə öz idarəetmə orqanlarını formalaşdırmaq hüququna malik olacaq. Burada hiss olunur ki, həmişəki kimi, yaxşı mütəxəssislər məsələ ilə məşğul olublar və bəyanat veriblər. Hər bir bu cür bəyanatın xüsusiyyəti ondan ibarətdir ki, hər tərəf özü üçün həm mənfi, həm də müsbət elementləri tapa bilər. Amma mən öncədən dediyim kimi, bu, “növbətçi” bəyanatdır.
 
- Amma siz dediyiniz kimi, bəyanatda işğal altındakı ərazilərdən qovulmuş azərbaycanlı əhalidən bəhs olunmursa, bu, artıq Azərbaycanın maraqlarına zidd mövqe deyilmi?
 
- Onlar deyəcəklər ki, biz burada bəhs etmirik. Amma aşağıdakı hissədə onlara işarə edilib. Yəni münaqişənin hərtərəfli həlli məhz onu nəzərdə tutur ki, bu məsələlər də həllini tapacaq. Amma bu bəyanatın rolunun şişirdilməsi... Digər məsələlər yaddan çıxanda təbii ki, biz bunu müzakirə edə bilərik. Amma onun real əhəmiyyəti sıfır səviyyəsindədir.
 
- Şübhə yoxdur ki, vasitəçilər tərəfləri masa arxasında oturtmağa hazırlaşır. Elə Ermənistan XİN başçısının son bəyanatı da bunu təsdiqləyir. Qarşıdakı danışıqlarda nədən danışılacaq, sizcə? Rəsmi Bakı danışıqlara getməlidirmi?
 
- Bəli, əsas problem də bundan ibarətdir. Həmsədrlər Paşinyanın “miatsum”una siz dediyiniz kimi, heç bir reaksiya vermədilər. Belə çıxır ki, biz də reaksiya vermirik, çünki danışıqlara gedirik. Biz də deyirik ki, deyib də, bəlkə səhv edib. Amma bu “miatsum”un təsiri istər-istəməz Nyu-York danışıqlarında özünü göstərəcək axı. Deməli, biz razılıq veririk ki, hər bir məsələni müzakirə etməyə hazırıq: “miatsum”dan tutmuş digər məsələlərə qədər. Bu mövqe biz tərəfdən göstərilirsə, siz istəyirsiniz ki, həmsədrlər bizdən artıq mövqe göstərəcəklər? 
 
- Danışıqlara getməliyikmi?
 
- Mən deyirəm ki, danışıqlara getməyək. Biz istəyirik Paşinyanın dediklərinə reaksiya olsun, amma özümüz reaksiya vermədən danışıqlara gedirik. Bundan sonra başqalarından reaksiya gözləyəcəyik? Məntiq yoxdur axı. Məmmədyarov təkbaşına kiminləsə görüşə bilər. Amma Paşinyan mövqeyinə aydınlıq gətirməsə, bu danışıqlar olmamalıdır. Bir daha desə ki, mən “miatsum” tərəfdarıyam, onda Azərbaycan danışıqlar üçün heç bir marağının olmayacağını bəyan etməlidir. Yalnız bundan sonra həmsədrlər nə isə deyəcəklər. Biz istəyirik ki, bizdən qabaq həmsədrlər nəsə desin. Bu, düzgün deyil axı. Biz özümüz nə demişik?  Hansı səviyyədə reaksiya verilib?
 
- Xarici İşlər Nazirliyi səviyyəsində bəyanat olub.
 
- Bu, düzgün deyil axı. O tərəfdən baş nazir bəyanat verib, bu tərəfdən isə mətbuat xidməti səviyyəsində cavab verilib. Heç nazir səviyyəsində cavab verilməyib.
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Hamısı