"Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənədək Pakistan Yerevanla diplomatik əlaqələr qurmayacaq" Səfir

Müsahibələr 11:49 26.09.2019

Dr. Said Xan Mohmand: “Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənədək Pakistan Yerevanlı diplomatik əlaqələr qurmayacaq”

Pakistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Dr. Said Xan Mohmand Modern.az saytına müsahibə verib. Eurasia Diary müsahibəni təqdim edir.

- Cənab səfir, 1947-ci ildə Pakistan Britaniya Hindistanından ayrılaraq, öz müstəqilliyini elan etdi. Pakistan müstəqillik müddətində çox böyük çətinliklər yaşadı. İstərdik rəsmi şəxs olaraq bu barədə fikirlərinizi eşidək...

- Çətin zamanlardan keçdikcə, millət bir-birinə daha çox bağlanır. Çətinliklər bizi daha güclü olmağa və özünü inkişaf etdirməyə vadar etdi. Pakistan bu gün çox güclü dövlətdir. Bizim güclü ordumuz və güclü hərbi sənayemiz var. Pakistan müasir standartlara cavab verən qırıcı təyyarələr istehsal edir. Çox yaxşı idarəçilik və məhkəmə-hüquq sistemimiz var. Ən əsası isə Pakistanın özündən beş dəfə güclü olan Hindistan kimi bir düşməni var. Düşmənlər bizi güclü edir və birləşdirir.

- Hazırda Pakistan-Hindistan münasibətləri necədir? Bildiyimiz qədər sərhədləriniz açıqdır. Bəs ticarət və digər sahələrdə necə? Əməkdaşlıq edirsiniz?

- Pakistan həmişə Hindistanla dostluq münasibətləri qurmağın tərəfdarı olub və buna çalışıb. Bəli, sərhədlərimiz açıqdır. Hər iki ölkədə də yoxsul insanlar var və düşünürəm ki, bu, cəmiyyətin yazılmamış qanunlarından biridir. Bu insanlara firavan bir həyat bəxş etməyin əsas yolu isə sülhdür. Pakistan hər zaman sülhsevər dövlət olub və bunu bütün dünya bilir.

- Pakistanın Britaniya Hindistanından ayrılmasına səbəb nə olmuşdu?

- Buna bizə qarşı yürüdülən etnik və dini ayrı-seçkilik siyasəti səbəb olmuşdu. O zamankı Britaniya Hindistanı pakistanın ayrılmağına razı olmurdu. Həmin dönəmdə Pakistanın ümummilli lideri Qeyd Əzim idi. Hindistan tərəfində isə Mahat Maqanda idi. 1930-cu ildən 1940-cı illərə qədər bu məsələyə dair danışıqlar davam edib. O zaman Hindistanın səmimiyyəti görünmədi. Müstəqilliyimizi qanımızla qazanmalı olduq. 1940-cı ildə “Lahor qətnaməsi”  qəbul olundu. Bundan 7 il sonra isə Pakistan müstəqil dövlət kimi tanınmağa başladı. Bu gün Hindistanda və Kəşmirin Hindistan hissəsində yaşayan müsəlmanların aqibətinə baxanda düşünürük ki, biz o zaman çox doğru addım ataraq müstəqil dövlətimizi qurmuşuq.

Pakistan 1973-cü ildən bu günə kimi Konsitutiyaya malik olan İslam Respublikasıdır. Ölkə 4 vilayətdən ibarətdir və hər vilayətin özünün parlament sistemi və nazirlikləri  var.

- Söhbət Kəşmirdən düşmüşkən, orada son günlərdə baş verən qarşıdurma haqqında Pakistanın Azərbaycandakı səfirindən düzgün və dəqiq məlumat almaq tam yerinə düşərdi..

- Kəşmirdə əsasən müsəlmanlar yaşayır. Bölgənin yarısı Pakistanın, yarısı isə Hindistanın tərkibindədir. Pakistanın tərkibində olan hissə “Azad Kəşmir”adlanır.  Kəşmirin Hindistana aid olan hissəsində olan müsəlmanlara qarşı hər zaman aşağılayıcı münasibət sərgilənir. Hüquqları xeyli məhdudlaşdırılır. Onlar dini inanclarına görə ittiham olunurlar. Kütləvi qırğınlar baş verir. Son günlərdə isə Hindistan Kəşmirdə yaşayan müsəlmanlara qarşı soyqrımı həyata keçirməkdədir.

Təxminən nə qədər vaxtdır ki, Kəşmirdə soyqrımı davam edir? Kəşmir soyqrımının təfərrüatları haqqında məlumat almaq istərdik.

- Demək olar ki, Kəşmirdə hal-hazırda yerli əhaliyə qarşı kütləvi soyqrımı baş verir.  Artıq 52-ci gündür ki, Kəşmir ərazisi blokada şəraitindədir. Orada  komendant rejimi tətbiq olunmaqdadır. Əraziyə nə işıq, nə qaz, nə də internet verilir. Xəstəxanalar və məktəblər işləmir. Artıq ərazidəki müsəlmanlar arasında aclıq başlayıb. Doğrusu, heç kim orada tam olaraq nələr baş verdiyini bilmir. Bəlkə də düşündüyümüzdən və bildiyimizdən daha dəhşətli hadisələr yaşanmaqdadır. Hindistan həmin əraziyə 900 minlik yaxşı silahlanmış ordu yeridib. Kəşmir müsəlmanlarına qarşı kütləvi qırğınlar törədilir.  Bu yaxınlarda 10 min gənc evlərindən aparılıb və onların aqibətinin necə olduğu heç kimə məlum deyil. Kəşmir böyük bir həbsxanaya çevrilib. Əraziyə giriş və çıxışlara qadağa qoyulub.

- Hindistanın bu soyqrımında müttəfiqləri var, yoxsa özü təkbaşına həyata keçirir?

- Heç bir ölkə bu hadisədə Hindistana müttəfiqlik etmir. Hindistan bunu təkbaşına həyata keçirir. Tarixən Kəşmirdəki insanlar Hindistan tərəfindən təhqirlərə məruz qalıblar. Bu gün baş verənlər isə vəhşiliyin ən son həddidir.

- Hindistanın Kəşmirdə bu cür kütləvi qırğınlar həyata keçirməsinə əsas səbəb nədir? Qarşı tərəf nəyə əsaslanaraq, əraziyə qoşun yeridir?

- Buna səbəb ərəzidə yaşayan insanların müsəlman olmaları və öz müqəddəratlarını özlərinin həll etmək istəmələridir. BMT-nin Kəşmirlə bağlı 11 qətnaməsi qəbul olunub. Qətnamələrdə göstərilir ki, Kəşmir əhalisinə referendum keçirməyə icazə verilsin və bu zaman onların öz seçimləri ilə, Hindistana - yoxsa Pakistana birləşmək istədikləri ortaya çıxacaq. Hindistan isə referendum keçirilməsinə əsla icazə vermir. Kəşmirin Hindistan hissəsində yaşayan insanların hamısı doğal olaraq pakistanlıdırlar.  Mədəniyyətləri, dilləri və dini inancları bizimlə eynidir. Hətta geyindikləri paltarlar da, bizim milli paltarlarla eynilik təşkil edir. Əslində ora Pakistana birləşdirilməlidir. Əgər orada yaşayan əhali heç bir təzyiqlərə məruz qalmadan şəxsi iradələri ilə bunu istəyirlərsə, niyə də olmasın. Bu gün Kəşmirdə azadlıq mübarizəsi göstərən aclıq və susluqdan qorxmayan insanarın hamısının əzmkarlığını alqışlayıram.

- Bəs dünya birliyi bu barədə nə düşünür ?

- Dünya Birliyi bu məsələyə müdaxilə etməyə deyərdim ki, çəkinir.  Pakistan və Hindistanın nüvə silahları var. Bu silahlardan istifadə isə kütləvi qırğınlara səbəb ola bilər. Təbii ki, dünya ölkələri bu məsələyə müdaxilə etməlidirlər. Kəşmirdəki komendant rejimi ləğv olunmalı və insanlara göstərilən ağır işgəncələrə son qoyulmalıdır.

- Cənab səfir, sizcə Kəşmirdəki insanların müqəddəratı necə həll olunacaq və komendant rejimi nə vaxta kimi davam edəcək ?

- Təbii ki, bu müddət çox davam edə bilməz. Kəşmirdə uşaqlar, qadınlar, yaşlı insanlar çox böyük əziyyət çəkirlər. Təsəvvür edin əlli gün işıqsız, acqarına, həkimsiz və dərmansız necə yaşamaq olar? Bu soyqrımında insan tələfatının sayının artmaması üçün təcili olaraq məsələyə müdaxilə olunmalıdır. Biz də təzyiqlər göstəririk ki, bölgədəki komendant rejiminə son qoyulsun. Artıq bu barədə Pakistanın baş naziri mətbuata bəyanatla çıxış edib.

- Kəşmir münaqişəsi neçə ildir baş verir və son 52 gündə basqının şiddətlənməsinə səbəb nədir?

- Münaqişə uzun illərdir davam edir. 1990-cı ildən isə münaqişə şiddətlənib. Ən dəhşətlisi isə təbii ki, indi baş verən kütləvi qırğındır. Bu günə kimi Kəşmirdə 100 mindən çox insan öldürülüb, 11 mindən çox qadının isə namusuna xələl gətirilib. Minlərlə insan gözlərinin nurunu itirib.
Hindistan əsgərləri bölgədə insanı kor edən güllələrdən istifadə edir.

- Bəs Hindistanın öz ərazisində yaşayan müsəlmanlara necə? Onlara da bu cür münasibət bəslənilir?

- Hindistanın öz ərazisində 200 milyondan artıq müsəlman yaşayır. Hindistanın hazırkı hakim partiyası tərəfinən onlara da müəyyən qədər təzyiqlər olunur. Xüsusilə də inək ətini yeməkdə iddiham olunurlar. Ən dəhşətlisi isə təbii ki, bu gün Kəşmirdə baş verən hadisələrdir. Onları Kəşmirlə müqayisə etmək düzgün deyil, çünki Kəşmir işğal olunmuş ərazidir.

Hazırda Kəşmirdə 12 miyon insan yaşayır və onun 8 milyonu müsəlmanlardır. Təbii ki, müsəlman əhaliyə qarşı soyqrımı gerçəkləşdirilir.

- Üç ildən artıqdır ki, Azərbaycanda səfirisiniz. Bu müddət ərzində Azərbaycan haqqında formalaşan düşüncələrinizi öyrənmək istərdik..

- Mən Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm. İki ölkə arasında istər siyasi, iqtisadi, istərsə də diplomatik sahədə yüksək əlaqələr vardır. Dəqiq bilirəm ki, Azərbaycan xalqı da, Pakistanı çox sevir. Keçən ilin statistik göstəricilərinə əsasən,  Azərbaycana  Pakistandan turizm, ticarət və s məqsədlə 40 mindən çox pakistanlı gəlib.

- Səfir işlədiyiniz müddətdə hansı işləri görmüsünüz?

- Diplomatiya bir hadisə deyil, prosesdir və bu proses zamanla əlaqəli şəkildə inkişaf edir. Mən burada olduğum müddət ərzində daha çox iqtisadi əlaqələri inkişaf etdirməyə çalışmışam. Müəyyən uğurlu nəticələrimiz də olub. “Raval-pindi” ticarət palatasının burada tədbiri keçirildi. 450 iş adamı Pakistandan buraya təşrif buyurdu. İki həftə öncə isə “Sərhəd” ticarət palatasının Bakıda möhtəşəm tədbiri keçirilib. Bir çox iş adamları bu layihə çərçivəsində iştirak etdilər. Əminliklə deyə bilərəm ki, qarşıma qoyduğum iqtisadi münasibətlərin gücləndirilməsinə yönəlmiş fəaliyyətimdə bir çox uğurlu addımlar atılıb.

- Pakistandan Azərbaycana daha çox hansı məhsullar gətirilir?

- Bildiyimiz kimi, Pakistan məhsulları bir çox dünya ölkələrində ticari dövriyyədədir. Azərbaycana ixrac olunan məhsullarımız arasında düyü xüsusi yer tutur və bütün dövrlərdə bu məhsul Azərbaycana ixrac olunub. Mən çox çalışıram ki, ölkəmdən meyvə-tərəvəz, idman məhsulları, dəri-məhsulları, tekstil və xüsusilə Pakistan mərməri Azərbaycana idxal olunsun.

- Bir müddət öncə Bakı küçələrində tez-tez Pakistandan gəlmiş xırda ticarətçilərə təsadüf olunurdu. Son günlərdə belə pakistanlı ticarətçilərin gözə dəyməməsinin səbəbi nə ola bilər?

- Bəli, düz vurğulayırsınız. Vaxtilə onların sayı Azərbaycanda çox idi. Bu, Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı idi. Onlar iqtisadi problemlərlə əlaqədar Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Lakin bu gün Azərbaycan bir çox pakistanlı iş adamlarının maraq dairəsindədir. Pakistanlı iş adamları, sahibkarlar, firma və kompaniyalar mənə zəng vuraraq, Azərbaycanda ticarətlə məşğul olmaq istədiklərini bildirirlər. Bu sevindirici haldırdır. Həmçinin, biz Azərbaycanın enerji sahəsindəki təcrübəsindən yararlanmaq istərdik. Azərbaycan uzun illərdir neft və qaz emalı ilə məşğuldur. Biz arzu edərdik ki, Azərbaycan neft və qaz sahəsində Pakistana investitsiya yatırsın.

- Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri məhz Pakistan olub. Azərbaycanın ən çətin günlərində Pakistan ona dəstək göstərib. Aramızdakı məsafələrin uzaq olmasına baxmayaraq, bu iki xalqın belə doğma və yaxın olmasının səbəbini nədə görürsünüz ?

- Bu sualı bir çox mənada əsaslı şəkildə cavablandırmaq olar. İlk növbədə onu deyim ki, bizim ölkələrimizin tarixi bağları var. Tarixən bizim möhkəm dini və mədəni əlaqələrimiz olub. Azərbaycan əsasən türk kökənli bir xalqdır və etnos olaraq Pakistan xalqı da əsasən türk mənşəli olmuşdur. Urdu dili də, Türk dilinə çox yaxındır. Tarixi abidələrimiz və tikililərimizdə də çox yaxın bağlılıqlar var. Məsələn, sizdə olan karvansarayları  bizdə multansaraylar əvəz edib. Tarixən insanlarımız arasında yaxın əlaqələr olub. İnsanlarımız bir-birinə qaynayıb-qarışıb. Hətta mətbəxlərimiz də bir-birinə çox yaxındır. Qeyd etdiyiniz kimi, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Xüsusilə də Dağlıq Qarabağ münqişəsi və Xocalı soyqrımı məsələsində Azərbaycan Pakistandan dəstək görüb. Pakistan Parlamenti bununla bağlı qətnamələr qəbul edib. Həmçinin də  Azərbaycan Respublikası bir çox məsələlərin həllində Pakistana açıq şəkildə dəstək nümayiş etdirib. Tək əl ilə heç zaman alqışlamaq olmur. Alqış üçün iki əlin birləşməsi lazımdır.

- Pakistan Parlamentinin Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr barəsində məlumat almaq istərdik...

- 2012-ci ildə Pakistan Senatı Xocalı soyqrımını rəsmi şəkildə tanıdı. 2017-ci ildə isə Pakistan Milli Asambleyası qətnamə qəbul etdi ki, işğalçı Ermənistan dövləti öz qoşunlarını təcili olaraq Qarabağdan çıxarmalıdır. Pakistanın heç zaman Ermənistan ilə diplomatik əlaqələri olmayıb və Azərbaycan torpaqlarını işğaldan azad edənə qədər də olmayacaq.

- Hazırda Pakistanın əsas gəlir mənbəyi nədir?

- İnformasiya texnologiyaları sahəsi və maşınqayırma sahələri Pakistanın bu gün ən gəlirli sahələridir. Tekstil sektoru Pakistanda inkişafının ən gözəl dövrlərini yaşamaqdadır. Əkinçilik və təsərrüfat sahələri tarixən Pkistana böyük gəlir gətirib. Əczaçılıq da ölkəmizdə günü-gündən güclənməkdədir. Eyni zamanda, bizim hərbi sənayemiz sürətlə inkişaf etməkdədir.

- Bəs təbii sərvətləri ölkənizə gəlir gətirirmi?

- Pakistanda olan neft və qazdan ölkə özü üçün istifadə edir və bu təbii ehtiyatlar elə də çox deyil. Yəni əhalini tam təmin edə bilmədiyi üçün Pakistan başqa ölkələrdən də neft alır.

- Pakistanın lobbi təşkilatları - diasporu ölkəyə yardımlar edirmi?

- Bəli. 10 milyondan çox pakistanlı dünyanın bir çox ölkələrində müxtəlif vəzifələrdə çalışır. Lobbi təşkilatları hər il 20 milyad dollara yaxın bir məbləğdə Pakistana investitsiya yatırır.

- 1993-1996-cı illərdə Pakistan tarixində ilk qadın  baş nazir olan, fəaliyyəti ərzində  Azərbaycanda da maraqla izlənilən və sui-qəsd nəticəsində öldürülən Bənəzir Brutto haqqında nə söyləyə bilərsiniz?..

- Xanım Bənəzir Brutto nəinki Pakistanda, bütün müsəlman dünyasında hökumət başçısı olan ilk qadın idi. Bənəzir Bhutto o zaman qadınların səsinin və onların azadlığının ən mükəmməl simvoluydu. Mən düşünürəm ki, onun sui-qəsdinə səbəb bəzi insanların gerizəkalılığı oldu. Çünki bir qadının hökümət başçısı olmasını bəzi qüvvələr heç cür həzm edə bilmirdilər.

- Azərbaycan və Pakistan əlaqələrinin gələcəyi haqqında nə düşünürsünüz?

- Bizim 25 ildən artıqdır ki Azərbaycanla diplomatik münasibətlərimiz qurulub və bu münasibətlərimiz bütün sferalarda inkişaf etməkdədir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Azərbaycan indi dünyanın inkişaf etməkdə olan ölkəsidir və mən deyərdim ki, bu gün Qafqaz regionunun ən güclü dövlətidir. Azərbaycana ən böyük arzum Qarabağ münaqişəsinin həll olunması, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasıdır. Necə ki, Kəşmir Pakistanın qəlbində yaradır, eləcə də Qarabağ Azərbaycanın ən yaralı yeridir. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlar qazanacaq.  

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
Hamısı