Ramiz Mehdiyevin kürəkəni seçkiyə qatılır? - Özü AÇIQLADI | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


Ramiz Mehdiyevin kürəkəni seçkiyə qatılır? - Özü AÇIQLADI

Müsahibələr A- A A+
Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!
 
Eurasia Diary xəbər verir ki, bu fikirləri modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı İlham Əliyev deyib.
 
O bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər:
 
“Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.
 
Qeyd edək ki, İlham Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...