“Seçkilərin şəffaf keçirilməsi Azərbaycanı gələcək fəlakətlərdən xilas edə bilər” Hüquqşunas Nicat Gözəlov

Müsahibələr 17:25 03.02.2020

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev parlament seçkilərinə 6 gün qalmış icra başçılarını müşavirəyə çağırıb. Sözügedən müşavirədə parlament seçkilərinin də müzakirə ediləcəyi gözlənilir. Prezidentin bu addımı xüsusilə deputatlığa namizədlərdə həyacan doğurub.

Parlament seçkilərinə namizədliyini irəli sürmüş Milli Hüquq Evinin rəhbəri, hüquqşunas Nicat Gözəlov məsələylə bağlı Eurasia Diary-nin suallarını cavablandırıb:

-Prezident icra başçılarını toplayıb seçki müşaviri keçirir. Prezidentin bu addımını necə qiymətləndirisiniz?

- Mən bu barədə “Milli Hüquq Evi Müstəvisində və öz facebook profilimdən canlı olaraq, Azərbaycan Respublikasının Prezidentinə çağırış etməsiylə bağlı dəfələrlə müraciət etmişəm.Azərbaycan Respublikasının Prezidenti  bu dövlətə kimin xidmət edib, etmədiklərini öyrənməlidir.Məmur öz başnalığı elə vəziyyətə gəlib çatıb ki, bu görüşün keçirilməsini çox yaxşı hal hesab edirəm. Görüş əsnasında bu   məsələlərə bağlı konkrekt nöqtə qoymalıdır. Seçki  zamanı hər kəs seçkilərə gedib, öz istədiyi namizədə səs verməlidir.Azərbaycan Respublikasının prezidentinin bu görüşdən sonra Azərbaycan xalqına müraciət edəcəyini gözləyirəm.

 

-Bu toplantı seçkilərə necə təsir edəcək? Zəhmət olmasa, fikirlərinizi bizimlə bölüşün.

- Bilirsiniz, biz xalq olaraq, hər dəfə müxətlif siyasi oyunbazlıqlar nəticəsində itkilərə məruz qalırıq. Bugün bu siyasi oyunbazlıqda puskuda dayanıb, güdənlər və maliyyələşdirənlər  var. Unutmayaq ki, Azərbaycan hər kəsdən və hər şeydən önəmlidir. Hər kəs  məsuliyyətini dərk etməlidir. Və Azərbaycan adına da dövlət başçısı növbəti dəfə siyasi iradəsini ortalığa qoymalıdır, bəzi planlarında və məmur  özbaşınalığının qarşısı almalıdır. Çünki biz onun sözünə inanıb, namizədliyimizi irəli verib, Milli Məclisə deputatlığımızla bağlı təşviqat aparırıq. Ona görədə bu görüşün nəticəsinin birbaşa Azərbaycanın gələcək taleyi ilə  nə qədər sıx bağlı olduğunu mənim izah etməyimə ehtiyac yoxdur.

 

-Seçkilərdən gözləntiniz nədir? Parlament seçkiləri xalqın siyasi və ictimai həyatında hansı deyişikliklərə yol açacaq?

- Əgər bu seçkilər həqiqətən şəffaf seçkilər olsa, bu Azərbaycanı gələcək fəlakətlərin qarşısını alacaq. Seçkilər real olsa, vətəndaş gəlib, öz mülkiyyəti olan səsini istifadə etsə, dövlət bu seçkilərin hər bir halda şəffaflığını təmin edə bilsə, Azərbaycan bu işdən çox böyük qələbə əldə edəcək. Bu Azərbaycanı gələcək fəlakətlərin qarşısını alacaq. On illərdir deputatını tanımayan xalq hər şeydən bezib. Çünki  Milli Məclisdə biznesmenlər, monopolistlər və başqa sahələrin nümayəndələri əyləşib. Milli Məclis millətin məclisidir. Millətin  məclisində millətin səsini tribunalardan danışa  bilən insanlar oturmalıdır. Bu çox vacib məsələdir. 2020-ci il Azərbaycanın sınaq ilidir. Və biz bu  sınaqdan keçsək, gələcəyimiz çox yaxşı olacaq.

-Uşaq pulu, məktəbəqədər təhsil və ali təhsil sahəsində seçki kampaniyanızda unikal fikirlər səsləndirmisiniz. Siz seçilsəniz bu məsələrin parlament gündəliyinə salınması üçün hansı addımları atacaqsınız?

- Əlbəttəki, Azərbaycan Respublikasında qəbul edilən  qanunların hazırlanmasında, qanun yaradıcılığında mənim kimi peşakar hüquqşünasların  və o cümlədən də müəllimlərin olması  çox vacib məsələdir. Çünki  səhiyyə və  təhsildə,  gənclərlə aparılan işlərdə  Azərbaycanda  vətənpərvərlik mövzularıyla bağlı çox kreativ işlərimiz olub. Mən gördüyüm işlərlə bağlı  hesabat versəm, heç illərə sığmaz. Vacib olan qanun yaradıcılığı həyata keçirməkdir. Qanunları bugün beynəlxalq və öz aramızdakı ictimai münasibətlərə uyğunlaşdırılmalıdır.  Bir mütərəqqi qanunverici bazası yaratmaq lazımdırdı.  Sadəcə adına deputat deyib, yalandan özünü şişirdib, millət vəkili kimi özünü adlandıran, gününü yola verənləri Milli məclisə buraxmaq olmaz. Əlbəttəki, layihələr hazırlanmalıdır. Çünki Azərbaycanda deputat həmdə qanun layihələrinin təşəbbüs hüququna malik olan şəxsdir. Bu günə qədər neçə deputat  neçə qanun layihəsi hazırlayıb? Və neçəsini təqdim edib? Buna görədə mənim görəcəyim işlər həddindən artıq çoxdur. Bu sahəyə bağlı adam kimi mən bu işlərin hökmən arxasında dayanacağam. Edəcəyim hər bir şey sırf qanunla bağlıdır. Bəzi məsələlər var ki, onlar haqqında danışmaq istəyirəm. KİV-də jurnalistika hüquq və əxlaqdan uzaq insanların televiziya vasitəsiylə insanların beyinlərinə zəhər toxumları əkirlər. Bunun qarşısını almaq lazımdır. Azərbaycan Respublikasının Prezidentinin 2006-2008-ci illərdə az təminatlı  əhaliylə bağlı hüquq sahəsində maarifləndirməyə dair hüquq saatı  hər televiziya üçün təyin olunub. Nəzərinizə çatdırım ki, bu ödənişsiz olmalıdır. Həmin o bir saatın əvəzinə gətirib, lazımsız adamların verilişlərini nümayiş etdirilər. Ən ağrılı və yanğılı yerimiz Qarabağla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilmirik. Çünki 3-5 adamla Qarabağla bağlı  fikrin formalaşdırılması, dünyaya çatdırılması  çox çətindir. Bunun üçün bir böyük milli istək lazımdır.

Günel Ağayeva

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı