Bəzi ölkələr koronavirusdan siyasi məqsədləri üçünmü istifadə edir? EKSKLÜZİV

Britaniyalı jurnalist: "Bu populyarlığını itirmiş bəzi rejimlərin dəstəklənməsi üçün istifadə oluna bilər"

Müsahibələr 16:01 30.04.2020

Covid-19 pandemiyası hələ də dünyada öz axarı ilə irəliləməkdədir. Bəzi ölkələr, iqtisadiyyatın kəskin zəifləmə riskini nəzərə alaraq karantin rejimlərini qaldırmağa başlayır. Bu cəhətdən də mütəxəssislər bir çox ölkələrdə iqtisadi və siyasi vəziyyətin daha da gərginləşəcəyini qeyd edirlər. Deməli, bu da o nəticəni göstərir ki, artıq dünya ölkələri öncə virusla mübarizə apardığı kimi, indi də koronavirusun özü ilə gətirdiyi iqtisadi geriləmə və yoxsulluqla yeni mübarizəyə başlayır.

Bir çox ekspertlər hesab edirlər ki, bəzi ölkələrdə koronavirusdan sonra iqtisadiyyatın zəifləməsi siyasi böhranın yaranmasını daha da sürətləndirəcək. Hətta son həftələrdə koronavirusla bağlı siyasi olaylar və bu kimi oxşar xəbərlər bundan öncə manşetlərdə gedən COVİD-19 qurbanlarının xəbərlərini üstələyib.

Britaniyadan olan müstəqil jurnalist, redaktor və televiziya aparıcısı Neil Watson koronavirusun Qərbdəki siyasətə və cəmiyyətə təsiri ilə bağlı EDNews.net-ə eksklüziv müsahibə verib.

Hörmətli Neil Watson, müsahibə üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirik. Son vaxtlar analitiklər Qərb mediasında Covid-19-un dünyanın bəzi siyasi gücləri üçün vasitəyə çevrildiyini söyləyir. Deyə bilərsinizmi, koronavirus onlara məqsədlərinə nail olmaqda nə kimi fayda verir?

- Məncə, Covid-19 pandemiyasını aradan qaldırmaq üçün guya uğurlu siyasət yürüdən hökumətlər çox böyük siyasi üstünlük qazanır. Birincisi, pandemiya populyar olmayan və ya populyarlığını itirən rejim və ya hökumətin dəstəklənməsində, eləcə də, bir və ya bir neçə ölkələrlə müqayisədə öz üstünlüyünü açıq şəkildə sübut etmək üçün istifadə oluna bilər. İngiltərədə Mühafizəkarlar hökuməti bu ilin əvvəlində "dərindən parçalayıcı Brexit" siyasətinin həyata keçirilməsinə nail oldu. Lakin bu gün siyasi gündəmdə ilk yerdə duran Covid-19 pandemiyası bu məsələni ictimai şüurdan uzaqlaşdırmış oldu.

Digər məsələ isə vətəndaş azadlığının məhdudlaşdırılması kimi qəbul olunan, eynilə müharibə şəraitində tətbiq olunmasına haqq qazandırıla bilən fövqəladə vəziyyətdir. Covid-19 pandemiyasında görülən əsas tədbir "sosial məsafə" adlandırıldı. Dünya əhalisinin küçədə gəzməsinə məhdudiyyət qoyulur və evlərində qalmaqla təcrid olunurlar. Onlar yalnız dövlətlərin məlumat ötürdüyü mediaya etibar edirlər. Bundan əlavə, müxalifətçi jurnalistlərin, fəalların və siyasətçilərin tutulması üçün bu kimi hallara qəsdən göz yumulur və ya daxili və beynəlxalq səviyyədə bunun üçün şərait yaradılır.

Bu həftənin əvvəlində İngiltərə mediasında, eləcə də Avropa Birliyi ölkələrində koronavirusla əlaqəli dərc olunan məqalələrdə "yalnız elmə əsaslanmaq kimi bir fikir yoxdur, koronavirus sadəcə bir siyasi oyundur” başlığı ilə yazılar dərc olundu. Bunu necə qiymətləndirirsiniz?

- Şübhəsiz ki, Covid-19 pandemiyası dövründə qəbul edilən yanaşmalar siyasi xarakter daşıyır. Dünya dövlətləri müasir tarixdə misli görünməmiş bir pandemiya ilə üzləşib və buna heç bir hökumət və ya səhiyyə xidmətinin yetərincə hazır olacağını gözləmək olmur.

Buna bənzər vəziyyət 1918–2020-ci illərdə virusun yayılması barədə düzgün təsəvvürün olmaması və dünyada az sayda universal milli səhiyyə xidmətlərinin mövcud olması səbəbindən baş vermiş, bütövlükdə 50 ilə 100 milyon arasında insanın həyatına son qoyan İspan Qripi pandemiyası idi. Hazırda isə, müasir tibb elmi yoluxmanı aradan qaldırmaq və xəstəliyin əlamətlərini müalicə etmək üçün ilk dəfə tətbiq olunmaqdadır. Təcrid olunma tədbirlərinə gəldikdə isə, ən yeni materiallardan hazırlanmış fərdi qoruyucu vasitələr, xəstəxanalarda reanimasiya üçün avadanlıqlar, o cümlədən havalandırma sistemi bütünlükdə bu gün üçün yetərli sayıla bilərdi.

Lakin digər məsələ də, bütün bu tədbirlərin iki əsas səbəbi özündə ehtiva etməsidir. Onlardan biri bu avadanlıqların baha başa gəldiyi üçün bunun xüsusi biznesə çevrilməsi, digəri isə həmin avandanlıqların alınması zamanı iqtisadiyyat və hökumət institutlarına dəyə biləcək zərbə. İngiltərə Baş Naziri Boris Consonun baş müşaviri Dominik Kamminqz, elm sahəsində səlahiyyətinin və öhdəliyinin olmamasına baxmayaraq, Fövqəladə Hallar üzrə Elmi Məşvərət Qrupunun iclaslarında iştirak edirdi. Onun rolu yalnız pandemiyanın iqtisadi təsirinin minimuma endirilməsini, xərclənən vəsaitin optimallaşdırılmasını və hökumətin pandemiyadan ən yaxşı şəkildə istifadə etməsini təmin etməkdən ibarətdir.

Milli Səhiyyə İnstitutundakı etibarlı mənbələrə görə, virusun yayıldığı müddətdən indiyədək 300-dən artıq həkim özünü intihar edərək dünyasını dəyişib. Koronavirusun, xüsusilə Lorna Brenin intihar hadisəsindən sonra təcili tibbi yardım xidmətinin işçiləri və onların komandaları üçün qeyri-adi psixi sağlamlıq problemləri gətirdiyi qeyd olunur. Bu kimi faktların arxasında başqa nə dayana bilər?

- Doktor Brenin intiharının böyük faciə olduğu danılmazdır və xüsusilə psixi sağlamlığın ictimai və siyasi şüurun vacib olduğu bir dövrdə bu halların qarşısı alınmalıdır. Səhiyyə sahəsində yaranan bu gərginlik, artan stresli və emosional durumda qərarlar qəbul etmək zəruriliyi ilə xarakterizə olunur. Bununla birlikdə, Covid-19 virusun yoluxma həddinin yüksəkliyi və fərq qoymadan yayılması bütün tibb işçilərinə təsirsiz ötmür. Karantin rejimi başladığı vaxtdan etibarən Boris Consonun dediyi kimi, virus istənilən səhiyyə sistemini alt-üst edə bilər. Fikrimcə, Dr Bren taqətdən düşmüşdü; O virusla mübarizə apararaq özünü sağaltmışdı, lakin onu qarşıda daha bir 12 saatlıq növbə gözləyirdi və o, buna tab gətirə bilmədi.

Bundan əlavə, səhiyyə işçiləri arasında yüksək ixtisarlar, bir çox insanın ölümü və müalicə və ya özünü təcridetmə zamanı işdən kənar qalmasına səbəb oldu ki, bu da işdə qalanların iş yükünün artması ilə nəticələndi.

Sizcə, Dünya korona və ya digər bu kimi virus hücumlarının ikinci dalğasının qarşısını ala bilərmi?

- Pandemiyanın ikinci dalğasının qarşısı mütləq alınmalıdır. Bütün millətlər yoluxma dövrünün müxtəlif mərhələlərindədir. Hal-hazırda, İngiltərədəki hər Covid-19 xəstəsinin 0.7 nəfərə yoluxma təhlükəsi var. Halbuki, bir neçə həftə əvvəl bu dörd nəfər idi, bu təcridetmə və sosial məsafə tədbirlərilə əlaqələndirilir.

Ancaq virusa qarşı peyvənd olmadığını xatırlamaq lazımdır. Sosial məsafə kimi məhdudiyyətləri azaltmaq və iqtisadiyyatın bəzi elementlərini yenidən aktivləşdirmək üçün hökumətə təzyiqlər olsa da, buna yol vermək olmaz. Bu yoluxmanın görünməmiş səviyyəyə çatmasına və kütləvi insan ölümü ilə dünyada səhiyyə xidmətlərinin işinin artmasına səbəb olardı.

Yeni pandemiya və epidemiyaların yenidən yayılması hallarını inkar etmək olmaz. Bu səbəbdən də müasir dünyanın hava nəqliyyatı, sənaye və müasir texnologiya ilə insanların sıx təmasda olmasına göz yummaq olmaz. Düşünürəm ki, Çindən gələn bir virusun bütün dünyanı dolanması asan olduğu üçün, tədqiqatçı təşkilatlar bütün yeni xəstəliklərlə bağlı davamlı sınaqlar keçirməli, biliklərini bir yerə toplayaraq peyvənd hazırlamaq üçün işə başlamalıdırlar. Yalnız dünya miqyasında vahid bir yanaşma tətbiq etməklə, ideoloji, dini və siyasi sərhədləri aşmaqla gələcəkdə bu kimi pandemiyaların qarşısını almaq olar.

Müəllif: Elnur Ənvəroğlu

Tərcümə etdi: Gülnar Səlimova

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü BAŞLADI
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
Hamısı