Rusiyada yaşayan azərbaycanlı saç ustası: "İlk müştərilərim kimsəsiz uşaqlar olub"

Ulan-Ude şəhərində azərbaycanlı saç ustası artıq bir neçə ildir ki, uşaq evlərindəki uşaqlara təmənnasız saç düzümü edir.

Müsahibələr 18:51 17.06.2020

Bundan bir həftə öncə kişi bərbər Kamran Qarayev bir gündə məşhurlaşdı - Rusiya KİV-ləri gəncin Ulan-Ude şəhərində uşaq evindəki oğlan uşaqlarına təmənnasız saç düzümü etdiyi barədə məlumat verdi. Çox güman ki, bir çoxu bunun pandemiyada xeyriyyə jesti olduğunu düşünürdü. Ancaq göründüyü kimi deyildi. EDNews.net-in məlumatına görə, artıq dörd ildir ki, bərbər çətin həyat şəraitində yaşayan uşaqlar üçün mütəmadi olaraq saç düzümü edir.

Kamran deyir ki, artıq bir çoxları onu küçədə tanıyır, bəziləri onunla foto çəkdirmək istədiklərini söyləyir. İctimai nəqliyyatda ünvanına xoş sözlər deyirlər. Məni tanımayan, yalnız dost olmaq üçün evinə qonaq çağıran insanlar da var. Bu mənzərəni görəndə öz-özümə deyirəm: “Kamran! Sən doğru yoldasan! Ehtiyacı olanlara kömək etmək yolunda!

Mən ən azından çətin taleyi olan bu uşaqların üzlərində bir anlığına təbəssüm yaratmaq istəyirəm. Axı, bu uşaqları bizim yardımımıza ehtiyacı var!

Düşünürdüm ki, bu kişi peşəsi deyil

Kamran etnik azərbaycanlıdır, lakin hər zaman doğma bildiyi və sevdiyi Ulan-Ude şəhərində böyüyüb boya-başa çatıb. Valideynləri, mömin dindardırlar, onu İslama sevgiylə tərbiyə ediblər və ona erkən yaşlarından digər dinlərə və xalqlara hörmət və ehtiramla yanaşmağı təlqin ediblər. Uşaq ikən Kamran başa düşdü ki, hər bir insanın vəzifəsi yaxınlarına qayğı göstərməkdir, amma bunun üçün özü güclü və dözümlü olmalıdır. İdman ona bu işdə kömək etdi. Sambo ilə peşəkar səviyyədə məşğul olan oğlan bir çox titullar qazandı, amma hansı peşəni seçəcəyi barədə hələ qərar verməmişdi. 17 yaşında məzun olduğu zaman, hüquq sahəsinin ona uyğun olduğunu düşünür. Və o bu sahədə ali təhsil alır. Ancaq sistem işi onu cəlb etmədi.

"Uşaq vaxtı bərbər olacağımı desəydilər, inanmazdım", -deyə Kamran xatırlayır. Birincisi, mən qafqazlıyam, güclü cinsin yalnız sərt peşələrdə çalışdığı fikrinin daşıyıcılarındanam, ikincisi, özümü əlimdə qayçı ilə təsəvvür edə bilməzdim.

Ancaq bu özünü hələ uşaqlıqdan büruzə verirdi. Kiçik yaşlarından Kamran çox kaprizli müştəri sayılırdı, heç vaxt saç düzümünü bəyənməzdi. Və bir dəfə Moskvaya səfəri zamanı bərbər dostlarından biri dostuna başqalarının əl işindən razı deyilsə öz saçını özünün kəsməsini təklif etdi.

- Sonra gördüm ki, bütün tanınmış ustalar - kişilərdir və çoxu elə mənim dostumdur, aralarında qafqazlılar da var. Məndə həvəs yarandı, - həmsöhbətimiz deyir.

Tezliklə gənc ustanın istedadı üzə çıxır, o bu peşənin incəliklərini qısa müddətə mənimsəmişdi, ancaq təcrübə qazanmaq lazım idi.

"Ronaldonunku kimi istəyirəm"

Tanışlar təcrübəsiz mütəxəssisə saçlarını etibar etmirdilər və Kamran necə təcrübə qazanacağı barədə düşünürdü. Bu vaxt o uşaq reabilitasiya mərkəzinin yaxınlığında yaşayırdı və saçları eyni formada kəsilmiş oğlanların pəncərəsinə baxanda bir qərar verir.

- Gördüm ki, bütün uşaqların saçı eyni cür kəsilib, fərdilik keyfiyyəti itib. İşləmək üçün fürsət yaranmışdı. Hər halda o görüntüdən daha pisi olmayacaqdı.

Mərkəzdə təmənnasız xidmət göstərən bərbər xoş qarşılandı və qısa müddətdə uşaqlar saçlarının kəsilməsi üçün növbəyə düzüldülər. Oğlanlar qeyri-adi saç düzümlərinin xəyalını qurudular. Onlar yeni dostlarının ətrafına toplaşaraq: "Ronaldonunku kimi istəyirəm", deyirdilər. Kamran tələsmədən və diqqətlə işləyirdi. O, balaca müştərilərinin yeni saç düzümlərindən məmnun qalmasını istəyirdi. Bəzən 8 saat dayanmadan çalışır, hər uşağa ən azı bir saat vaxt ayırırdı. Evinə yorğun, lakin xoşbəxt dönürdü: ilk dəfə həqiqətən vacib və faydalı bir şey etdiyini hiss etmişdi.

Bərbər yeni saç düzümlərinin şəkillərini çəkirdi və onları daha təcrübəli dostlarına göndərirdi. Onlar isə çatışmazlıqları və uğurlu olanları deyirdilər.  Uşaqlar onun gəlişini səbirsizliklə gözləyirdilər: içəri addım atan kimi balaca müştərilər Kamranı əhatəyə alırdı, özləri barədə danışır və ona hədiyyələr verirdilər. Evə gedəndə alət qutusu bağlanmırdı: çanta uşaqların əl işi və rəsmlərlə dolu olurdu, bu gün də onlar Kamranın evində xüsusi bir guşədə durur.

Xeyirxahlıq

Bu gün Kamran Qarayev şəhərin ən yaxşı sənətkarlarından biridir, amma dostlarını heç vaxt unutmur.

"Mən reabilitasiya mərkəzinə gəlirəm və dərhal mənəvi rahatlıq tapıram”, -o deyir. Bu istənilən depressiyanın dərmanıdır. Öz-özümə deyirəm: “Kamran, sən naşükürsən. Valideynlərin var, özün sağlamsan. Ən dəyərli şeyini - ailəsini itirən bu uşaqlara bax, özünü silkələ və yoluna davam et.

İndi, karantin vaxtı Kamran tanış bir nömrəyə zəng etdi. Məlum oldu ki, yalnız sosial müdafiə nazirliyinin razılığı ilə girişə icazə veriləcək. Bir müddətdən sonra nazirlik icazə verdi və bərbər sehrli çamadanını götürdü...

Uşaq reabilitasiya mərkəzini ziyarət etmək həmişə mümkün olmasa da, Kamran aztəminatlı ailələrdən olan insanları saçlarını kəsmək üçün dəvət edir. Kamran deyir: "Mənə aztəminatlı ailələrdən olan insanları qəbul etməyə və onlara yardım göstərməyə icazə verdiyi üçün müdirimə təşəkkür edirəm".

Kədərlənərək bildirir ki, Qafqazlılarla bağlı mənfi rəy eşidəndə pis olur. Axı mərhəmət göstərənlər daha çoxdur.

- Bu cür fəaliyyətlərlə göstərmək istəyirik ki, bu ölkənin, respublikanın qonağı olsaq da, hər dərdinə şərik oluruq və hər zaman kömək etməyə hazırıq.

 

Elnur Ənvəroğlu

Tərcümə etdi: Gülnar Səlimova


Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
Hamısı