“Tovuzda çox sayda muzdlu döyüşçü məhv edilib... ” Rey Kərimoğlu

Müsahibələr 10:52 16.07.2020

EDNews.net Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun Yenisabah.az-a müsahibəsini təqdim edir: 

- Rey bəy, ermənilərin bu dəfə Tovuzda təxribat törədəcəyi gözlənilən idi? Niyə təxribat məhz Tovuzda törədildi? 

- Əslində, düşmənin cəbhənin bütün istiqamətlərində təxribat törədə biləcəyi gözlənilən idi. Xüsusilə də son 10 gündə 1991-94-cü illərdə olduğu kimi, şayiələrin yayılması bunu əyani sübut edirdi. Şayiələrdə deyilirdi ki, guya ermənilər bizim postumuzu alıb. Belə yalan ifadələrə yer veriləndə artıq keçmiş döyüşçülərin, təcrübəli adamların hamısı həyəcan təbili çaldı, bildirdilər ki, düşmənin təxribatı gözlənilir. Amma təbii ki, haradan təxribat olacağı dəqiq bilinmirdi, çünki düşməndir, hər tərəfdən hücum ola bilərdi, amma Tovuzu seçdilər. 

Hazırda bunun səbəbini politoloji cəhətdən Kollektiv Təhlükəsizlik Şurası və Rusiya ilə bağlayanlar var, mən isə bunu tamam başqa cür qiymətləndirirəm, amma hərbi məsələdir, düşmənin niyə məhz oradan gəldiyinin səbəbini hərbiçilər yaxşı bilir, bugünkü cavabım budur, hələlik bu haqda danışmaq istəmirəm, inşallah, məsələ həll olunduqdan sonra ən dəqiq məlumatı xalqımıza çatdıracağıq. 

- Əlinizdə olan məlumatların təhlili nəyi göstərir? Düşmənin layiqli cavabını verə bilmişik? 

- Deməli, əlimizdə iki cür - rəsmi və qeyri-rəsmi olan məlumat var. Reallıq budur ki, bizim ordumuz düşmənə kifayət qədər sarsıdıcı zərbələr vurub, onların kifayət qədər itkisi var, amma hamı Ermənistan mətbuatında, sosial şəbəkələrdə bu itkinin sayını, əsgər və zabitlərin adını axtarır. Çox nahaq yerə belə edirlər. Çünki ortada 1991-1994-cü illərin təcrübəsi də var. Bildirim ki, ermənilər Tovuz istiqamətində hücum edərkən orada 18 yaşlı əsgərlər olmayıb. Əməliyyatda Suriyadan, Livandan və digər ölkələrdən olan muzdlular və müqavilə ilə işləyənlər, yəni müddətdən artıq işləyən hərbi qulluqçular iştirak edib. Onların hamısının müqaviləsində birmənalı olaraq qeyd olunub ki, cəbhə istiqamətində döyüşdə həlak olarlarsa, bu haqda heç bir məlumat verilməyə bilər. Bu, Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir. 

Onlardan kimsə Azərbaycanla döyüşdə həlak olsa, onun haqqında məlumatı 1 il sonra da yaya bilərlər, cəsədi ailələrinə lap 5 ay verilməyə bilər. Yəni onların fəaliyyətlərində belə nüanslar var. Bu isə Ermənistan tərəfini məsələdən çox məharətlə istifadə etməsinə şərait yaradır. Amma fakt odur ki, qərargahları vurulub, 30 zabitin içərisindən 5-6-sı sağ çıxıb, qalanları ölüb. Sadəcə məlumatları gizli saxlayırlar. 

Azərbaycan ordusu düşmənin hücumunu dəf edib, bir qarış torpağımızı belə işğal edə bilməyiblər. Hazırda proses davam edir, artilleriya atəşi ilə onlar bizi, biz də onları vururuq. Çox təəssüf ki, generalımız və polkovnikimiz şəhid olub. Bu, ağır bir hadisədir, amma hidayətli olmalıyıq, ruh düşkünlüyünə qapılmaq olmaz, çünki başqa yolumuz yoxdur. Xalqımızın general, polkovnik və zabitlərimizi necə qarşıladığını hər kəs gördü, dik durmalıyıq. 

- Sizcə, 18 yaşlı əsgərlərin ön cəbhəyə aparılmaması yenidən gündəmə gətirilə bilər?

- Düşünürəm ki, bu məsələ müzakirə olunmalıdır. Dediyim kimi, bəzi məsələlər var, onlar ordudakı neqativ hallarla bağlıdır, lakin mən məhz bu gün ondan danışmaq istəmirəm. Proses bitsin, Allahın köməyilə qələbə qazanaq və problemlər haqqında o zaman danışaq, qələbədən sonra ölkə rəhbərinə müraciət edib problemləri detallı şəkildə çatdıracağıq. Xahiş edəcəyik ki, bu məsələlər həll olunsun. 

Həmçinin millət vəkillərindən, ölkə ictimaiyyətindən də bu məsələlərdə bizə kömək etmələrini istəyəcəyik. Qələbə bizimlədir. 

- Cəbhənin dəyişməsilə bağlı çağırışlar var. Çox adam hesab edir ki, Qarabağda sükutu pozmaq lazımdır. Bu barədə siz nə düşünürsünüz? 

- Düşünürəm ki, həm Tovuzdan cavab atəşi verilməlidir, həm də cəbhənin bütün istiqaməti boyu Azərbaycan ordusu hərəkətə keçərək torpaqlarımızı işğaldan azad etməlidir. Ermənistan bizə bundan yaxşı fürsət verməyəcək. Ermənistan tərəfi başqa fikirlər səsləndirməyə çalışsa da, həqiqət ortadadır. Bütün dünya bilir ki, Ermənistan Azərbaycan sərhədlərinə hücum edib, bunun başqa bir adı yoxdur. Cavabı isə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu hərəkətə keçib torpaqlarımızı azad etməklə verməlidir. Ali Baş Komandanı orduya əmr verməyə çağırıram, xahiş edirəm, gözləyirəm. 

- Müharibə vaxtı mətbuatın və cəmiyyətin üzərinə hansı vəzifələr düşür? Belə həssas məqamda xalq nə etməlidir? 

- Sosial şəbəkələrdə ermənilər olduqca aktivdir. Bəli, Ermənistanın milli təhlükəsizlik orqanları, Ermənistan ordusunun kəşfiyyat qurumları sosial şəbəkələrdə bizə qarşı çox böyük savaş açıblar, bəzən üstünlük əldə edirlər. Bu, məni üzür, çünki Azərbaycan cəmiyyəti birdir, ötən gün yüzminlərlə insan küçələrə çıxmışdı, Bakıda, Sumqayıtda və digər ərazilərimizdə hamı ayaqdadır. Azərbaycan xalqı qəhrəman xalqdır, mütləq qələbə qazanacaq. Ona görə də sosial şəbəkələrdə informasiya müharibəsində aktiv olmalıyıq. Mən bütün həmkərlarımı, dostlarımı, bizi dəstəkləyən hər kəsi diqqətli olmağa çağırıram. Hər kəs sosial şəbəkələrdə olmalı və ortaya mövqe qoymalıdır. 

Dünən AXCP sədri Əli Kərimlinin açıqlamasını gördüm, hətta paylaşdım. Həmçinin Ümid Partiyasının sədri İqbal Ağazadənin açıqlamasını oxudum. Bütün siyasi partiyalar belə çətin vəziyyətdə dövlətin yanında olduqlarını bildirirlər. Biz də bunu düzgün hesab edirik, hətta alqışlayırıq. Bu, həmrəyliyin bir nümunəsidir. Onların sosial şəbəkədə çox böyük izləyiciləri var, lazımi mesajları hər kəsə verdilər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı