Riçardas Lapaitis "Dostluq" ordeni ilə təltif olundu o, Eurasia Diary-yə Qarabağda gördükləri və gələcək işləri barədə danışdı

Müsahibələr 15:25 24.07.2020

Litvalı jurnalist Riçardas Lapaitis - Xocalı hadisələrinin canlı şahidi, Qarabağ müharibəsi həqiqətlərini bilən və bu barədə yazan hərbi müxbir.

Bu yaxınlarda Beynəlxalq Avrasiya Mətbuat Fondunun Litvadakı səlahiyyətli nümayəndəsi Riçardas Lapaitis Azərbaycan Prezidenti tərəfindən mükafatlandırılıb, "Dostluq" ordeni alanlarların siyahısında onun da adı var. Lapaitis EDNews.net saytının əməkdaşının suallarını cavablandırıb.

- Litvalı bir jurnalist olaraq Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeninə layiq görülməyiniz sizin üçün nə məna kəsb edir?

- Azərbaycan Prezidenti tərəfindən mükafata layiq görülmək xüsusi məna kəsb edir. Mən, yəqin ki, belə bir önəmli dövlət mükafatı almış yeganə litvalıyam. Bu xəbəri eşidərkən əvvəl sadəcə susdum. Sonra uzun illər yaxşı və yaman günümdə yanımda olan insanları xatırladım. Bu “Dostluq” ordeni bütün həmkarlarımın və ilk növbədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməyidir. 1992-ci ildən bəri onlarla birlikdəyəm. Litvalı jurnalist olaraq Azərbaycan Prezidenti tərəfindən diqqətə layiq görülmək – bunu sözlərlə ifadə etmək mümkün deyil! Hörmətli İlham Əliyev, bu qərarla, obyektivliyin, dürüstlüyün, cəsarətin, ən çətin anda kömək etmək istəyinin nəzərdən qaçmadığını göstərdi! “Dostluq” ordenini bütün qaçqınlara və həlak olan insanlara və jurnalist həmkarlarıma, mülki şəxslərə və əsgərlərə həsr edirəm!

- Riçardas Lapaitis üçün Azərbaycan hansı anlam daşıyır?

- Bilirsiniz, müharibə zamanı çox sayda mülki şəxs, könüllü, həkim ölüb... Elə hal olub ki, onları sonuncu dəfə sağ ikən görən insan mən olmuşam. Körpə uşaqlar qalıb. Onların bir çoxu ilə hələ də ünsiyyət qururam. Mərhum həkim Gültəkin Əsgərovanın qızı Əmina mənim üçün öz doğma qızım kimidir! Cəbhə bölgəsində qaçqın ailələrini ziyarət etdim. Onlarla çörək kəsdim. Hazırda necə yaşadıqlarını gördüm. Erməni ordusunun gecə vaxtı atəşkəsi pozması adi hala çevrilib. Bu haqsızlıq mənə çox təsir edir. Azərbaycan mənim ikinci Vətənimdir! Ümid edirəm ki, Azərbaycanın bütün tarixi torpaqlarının azad ediləcəyi günü görəcəyəm. Azərbaycan xalqının mehribanlığı, qonaqpərvərliyi, dostluğu – axı bu sərhədləri aşan amillərdir! Sərhədlər, yalnız erməni ideoloqlarının düşüncələrində mövcuddur. Mən Azərbaycanı güclü və dünyaya açıq bir ölkə kimi görürəm! Əlbəttə, hərbi jurnalist kimi fəaliyyətimə mən burada başlamışam!

- Azərbaycan və Ermənistan arasında yaşanan son qarşıdurma ilə bağlı Litvada indi nə düşünürlər? Hansı tərəfə rəğbət var?

- Birincisi, ümumiyyətlə məlumat az idi. Səssizlik! Bu məni çox məyus etdi. Sonra döyüşlərin getdiyini və hər iki tərəfdən itkilərin olduğunu göstərən quru faktları ifadə edən məqalələr çıxdı. Rəsmi reaksiya isə yoxdur! Tam səssizlik! Düşünürəm ki, bu daha çox Ermənistanın xeyrinə idi. Qərbin belə bir reaksiyası ona sərf edirdi.

Bəzi litvalılar açıq şəkildə yazırdılar ki, münaqişənin bu qədər davam etdiyini başa düşmürlər. İndiki vəziyyət mənə yenidən 1992-ci ili xatırladır, o vaxt heç kim Xocalı haqqında həqiqəti bilmək istəmirdi. Belə yanaşmaq olmaz! Buna bənzər vəziyyət istənilən dövlətdə ola bilər. Aydın bir mövqe bildirmək lazımdır!

- Litva Avropa Birliyinin üzvüdür. Aİ Qarabağ məsələsində neytral mövqe tutaraq düzgün hərəkət edir? Bununla onlar sanki nasist Almaniyasına münasibətdə neytrallıq nümayiş etdirirlər.

- Dövlət sərhədi pozulduqda Aİ neytral mövqe tutdu, Sükut! Sanki heç nə baş vermir! Sonra da deyirlər ki, biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq! Bunu görməmək sadəcə cinayətdir! Ümid edirəm yaxın gələcəkdə bu nəzərə alınacaq. Əks təqdirdə, geniş miqyası müharibə qaçılmaz olacaq. Bir şey aydındır: bütün bu səssizliyin fonunda Azərbaycan özü Ermənistan təcavüzünün qarşısını aldı. Ancaq bu yalnız aysberqin görünən hissəsidir. Azərbaycan heç vaxt tarixi müharibəsindən vaz keçməyəcək. Digər tərəfdən, Ermənistan bir daha bütün dünyaya əsl simasını göstərmiş oldu.

- Litvadakı erməni diasporunun sizə münasibəti necədir?

- Məni ən az onlar düşündürür. Mən hərbi jurnalistəm və dəfələrlə ölümün gözünün içinə baxmışam. Uşaqların və qadınların öldürüldüyünü görmüşəm. Hərbi əsirləri görmüşəm. Xocalının şahidi olmuşam. Qoy onlar istədiklərini düşünsünlər və etsinlər. Qarabağdan başqa dəfələrlə müharibənin qızğın dövründə Çeçenistana səfər etmişəm. Hətta məni güllələməyə aparmışdılar; bir rus zabiti möcüzəvi şəkildə məni elə öz rus muzdlularından xilas etdi. Bütün bu sınaqlardan sonra bu tipli təhdidlərə əhəmiyyət vermirəm!

- Gələcək üçün planlarınız nələrdir?

- Bir neçə mühüm layihələr var. Hələlik onlar haqqında ətraflı danışa bilmirəm. Bu barədə yaxın gələcəkdə öyrənəcəksiz. Bircə onu əminliklə deyə bilərəm ki, tam qələbəyə kimi Azərbaycanla olacağam!!!

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Ölkəyə gələn turistlərin sayı kəskin artıb
15:50 19.03.2024
Nobel Laureatlı Məhəmməd Yunus "Three Zero Club"un fəaliyyətlərini Azərbaycanda da aktivləştirməyə çağırdı
Nobel Laureatlı Məhəmməd Yunus "Three Zero Club"un fəaliyyətlərini Azərbaycanda da aktivləştirməyə çağırdı
15:41 19.03.2024
Xan Şuşinskinin ilk tələbəsi vəfat etdi
Xan Şuşinskinin ilk tələbəsi vəfat etdi
15:36 19.03.2024
Təhsil müəssisələrində tətildən sonrakı ilk iş günü AÇIQLANDI
15:30 19.03.2024
Nikol Paşinyanın son çıxışları kəndlərin Azərbaycan nəzarətinə verilməsinə işarədir - ŞƏRH
15:20 19.03.2024
PKK-nın liderlərindən biri ZƏRƏRSİZLƏŞDİRİLDİ
15:15 19.03.2024
Cənubi Koreyada Netflix-lə bağlı istintaq başladılıb
Cənubi Koreyada Netflix-lə bağlı istintaq başladılıb
15:00 19.03.2024
Umud Mirzəyev: "Avropa strukturları 30 ildə qaçqınlarımıza bir dəfə də olsun bu diqqəti göstərmədilər"
14:50 19.03.2024
Bayram günlərində hava NECƏ OLACAQ?
Bayram günlərində hava NECƏ OLACAQ?
14:48 19.03.2024
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
14:43 19.03.2024
Molddovada vəziyyət qarışır: Prezident ittiham olundu
14:41 19.03.2024
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
14:38 19.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir"
14:36 19.03.2024
"İranın buradakı məqsədi Azərbaycana qarşı bir cəbhə açmaqdır" - Güneyli EKSPERT
14:30 19.03.2024
Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Hamısı