Azərbaycanlı jurnalist Qətərdə prezident seçildi MÜSAHİBƏ

Müsahibələr 18:45 21.08.2020

Aysəba Umutlu: "Uşaqlıqdan bəşəriyyətə faydalı olmaq istəmişəm"

Bir neçə gün öncə azərbaycanlı xanım jurnalist Aysəba Umutlu "Yaxın Şərq Liderlik Akademiyası"nın (MELA) 2020-2022-ci illər üçün Qətər üzrə prezidenti seçilib. Aysəba Umutlu təşkilatda yeganə ərəb olmayan prezidentdir.

Xatırladaq ki, Aysəba Umutlu həmçinin dünyanın ən tanınmış media qurumlarından olan "Əl-Cəzirə"də çalışan yeganə azərbaycanlı jurnalistdir.

EDNews.net Aysəba Umutlunun Musavat.com-a müsahibəsini təqdim edir:

- Ayseba xanım, prezidenti seçildiyiniz "Yaxın Şərq Liderlik Akademiyası" hansı işləri görür? Sizin bu quruma prezident seçilməyiniz nələri dəyişəcək?

- “Yaxın Şərq Liderlik Akademiyası” 2010-cu ildə Ərəb və Amerikanın biznes menecerləri tərəfindən məhz Yaxın Şərq liderlərini birləşdirmək üçün yaradılıb. Bu gün MELA dünyanın 47 ölkəsini əhatə edən 4 şəbəkədən biridir. Bu, qlobal şəbəkə üzvlərinin liderlik, şəxsi, professional inkişaf və biznes imkanlarını genişləndirməyi hədəfləyir. Bizim üzvlərimiz əsasən aparıcı biznes adamları və gələcəkdə lider olmağa iddia göstərən gənclərdir.



- MELA hansı ölkələri əhatə edir?

- Yaxın Şərq və Şimali Afrika regionunun 14 ölkəsini əhatə edir və hər ölkədən üzvlər prezidentliyə namizədliyini irəli sürürlər. Prezidentliyə seçilən üzvlər təşkilatın həmin ölkədəki fəaliyyətlərini könüllü olaraq iki il müddətinə icra edirlər.
Təşkilata Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Misir, Livan və İordaniya üzrə ərəb liderlər seçilib. Qətər üzrə isə mən seçildim.

- Bundan sonrakı hədəfləriniz, gözləntiləriniz nədir?

- Qətərdə fəaliyyətimizi daha da genişləndirməyi, aktivləşdirməyi hədəfləmişəm. Xanımların fəal iştirakı, yerli və beynəlxalq əməkdaşlıqların qurulması, müxtəlif layihələrin həyata keçirilməsi əsas prioritet istiqamətlərimdir. İstəyərdim ki, görəcəyim işlərin özü danışsın.

Əslində, özümdən daha böyük gözləntilərim var və hər nə əldə etsəm yenə qane olmuram. Bir şeyi arzu edirəm, məqsəd qoyuram, çalışıram. Bir məqsədimə çatdıqdan sonra isə digərinə keçirəm. Bütün bunlara səbəb yəqin ki, böyüdüyüm ailə mühiti olub. Mən hələ uşaq vaxtlarımdan bəşəriyyətə faydalı bir insan olmaq istəmişəm. İnsanların daha böyük işlər görə biləcəklərinə inanmışam.



Ancaq bu, heç də asan bir həyat deyil. Mənə və ailəmə yaxın olan insanlar həyatımızın necə əziyyətli, necə çətin olduğunu çox gözəl bilirlər.

Ona görə də bu təbrik mesajlarını yalnız mən yox, bütün ailəm, hətta dostlarım da alırlar.

Onlardan biri uğurun əsl düsturu sayıla bilər. Türk rəfiqəm bir dəfə mənə demişdi: “Hər zaman əzm zəfərin başlanğıcıdır. Aysəba, sən çox əzmli qızsan, buna görə də uğurlar sənin olur". Mənə elə gəlir ki, bu, həqiqətən belədir, uğurun ən böyük sirri əzm və təhsildir.

Güclü olmaq, özünə güvənmək, öyrənmək, yaxşı insan olmaq üçün əzm göstərmək, çalışmaq lazımdır. Ümidləri kimlərəsə deyil, məqsədlərə bağlamaq lazımdır və o zaman uğur mütləq sizi tapacaq.



- Uğur qazanmaqda daha nələrə və yaxud kimlərə borclusuz?

- Uğur qazanmağımda atamın gördüyü işlər mənə çox böyük ilham verib və örnək olub. O istəməsə də mən onun yolunu gedirəm və bunu da sevərək edirəm. Ancaq bəlkə də atam getdiyi yolun nə qədər çətin olduğunu bildiyi üçün mənim bu sahədə olmağımı istəməyib. Buna rəğmən atamın sevincinin şahidi oluram və bu da məni sevindirir. Ona görə də həyatda qazandığım hər bir uğurun zərrə qədərinə görə valideynlərimə, ailəmə və hər zaman yanımda olub, mənə dəstək olan dostlarıma borcluyam.

- Bildiyim qədər "Əl-Cəzirə" televiziyasında da ilk azərbaycanlı jurnalist sizsiniz. Oradakı fəaliyyətiniz davam edirmi?

- "Əl Cəzirə" kanalında təxminən 3 il fəaliyyət göstərdim. Hazırda pandemiya ilə əlaqədar fəaliyyətimi müvəqqəti dayandırmışam. Ancaq MELA-da fəaliyyətim könüllü fəaliyyət olduğu üçün onu harada çalışmağımdan asılı olmayaraq, davam etdirəcəm. Bəli, kanalın yeganə azərbaycanlı əməkdaşı mən idim və bu onlarda böyük maraq doğururdu.



- Qətərdə yüksək vəzifələrdə çalışan azərbaycanlıların sayı yetərincədir?

- Qətərdə təxminən 300-ə yaxın azərbaycanlı var. Mənim üçün daha qürürverici məqamlardan biri də həmyerlilərimizin yüksək postlarda təmsil olunmasını, peşəkar, önəmli keyfiyyətlərə malik olmalarını görməkdir.

Burada maraqlı məqamlardan biri də biz azərbaycanlıların həm bir-birimizlə, həm də səfirliklə sıx, ailə münasibətində olmağımızdır.

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Hamısı