Ümid edirik, çağırışımız eşidiləcək və Tofiq Yaqublu azad olacaq REAL-ın icraçı katibi

Müsahibələr 13:26 07.09.2020

Azərbaycanda bu ilin fevral ayından baş tutan iqtidar-müxalifət dialoqları, sentyabrın 1-də iki siyasi partiyanın qeydiyyata alınması ölkə siyasətində müsbətə doğru dəyişikliklərin olmasından xəbər verir. Mövzu ilə əlaqədar Respublikaçı Alternativ Partiyasının İcraçı katibi Natiq Cəfərli Eurasia Diary-yə müsahibə verib.

İqtidar-müxalifət dialoqlarının keçirilməsi hansı zərurətdən yarandı?

- İqtidar tərəfindən fevral ayında bütün siyasi partiyalara müəyyən məsələlər üzərində müzakirələr aparılması, debatlar keçirilməsi təklif olundu. Təklifi İdarə Heyətində dəyərləndirdik və illərdir Azərbaycanda siyasətin sivilləşməsi, düşmənçilikdən rəqabət çərçivəsinə keçməsini istədiyimiz üçün, bununla bağlı dəfələrlə ictimai çıxışlarımız olduğu üçün bu təklifi qəbul etdik və danışıqlarda gündəliyi müəyyənləşdirdik. Zərurətin yaranması ölkədə və dünyada gedən proseslərlə bağlıdır. Ölkənin köhnə sistemi artıq çalışmır, köhnə idarəetmə sistemi yeni çağırışlara cavab vermir. Köhnədən qalmış siyasi əlaqələr, iqtisadi münasibətlər artıq indiki çağırışlara cavab verməz hala gəlib. Ona görə də, yeni bir münasibətlər sisteminə, yeni iqtisadi formasiya və hüquqi müstəviyə keçid üçün tarixi zərurət yaranıb. Bu tarixi zərurətdən doğan məsələlərə görə iqtidar tərəfindən belə bir addımın  atıldığını düşünürəm. Ölkənin qarşısında duran problemlər, çağırışlar çox çətin və ağırdır. İqtidarlı-müxalifətli siyasi səhnənin sivilləşməsinə, qarşılıqlı düşmənçilikdən qarşılıqlı rəqabətə keçmək üçün zəmin yaradılmalıdır.

İqtidar-müxalifət münasibətlərində müsbət dəyişiklik onların hər birinə hansı dividentləri qazandıracaq?

- Bundan Azərbaycan cəmiyyəti qazanacaq. Çünki 25-30 il ərzində siyasi səhnə düşmənçilik üzərindən inşa olunmuşdu. Bu gərginlik artıq sürdürülə bilən halda deyildi. Siyasət proqramlarla, platformalarla, ideyalarla rəqabət formatına keçməlidir. İqtidar və müxalifət rəqabət aparmalı, seçici qazanmalıdır. Bizim də hədəfimiz partiya olaraq, həm parlament seçkilərini, həm də prezident seçkilərində qalib gəlməkdir. İqtidar-müxalifət münasibətlərinin sivil qaydalara, yəni ideyalar savaşına keçməsinə çalışırıq. Bunun üçün əlimizdən gələni edirik. Bundan cəmiyyət qazanacaq. Çünki iqtidarla müzakirə apardığımız beş məsələnin hamısı cəmiyyətin işinin yaxşılaşdırılması üçündür. Məsələn, sivil toplum qanunvericiliyinin dəyişdirilməsi, tibb qanunvericiliyinin dəyişdirilməsi, mediada, əsasən də televiziyalarda, İctimai kanalda müxalifətə yer verilməsi, debatların təşkil edilməsi üzərində müzakirələr aparırıq, eləcə də pulsuz ali təhsillə bağlı təkliflərimiz olub.

Prezidentin təbriki cəmiyyətdə niyə birmənalı qarşılanmayıb? Danışıq zamanı nə müzakirə olunub?

Bu tendensiyaya bütün dünya ölkələrində rast gəlinir. Misal üçün, qonşu Türkiyədə Kılıçdaroğlu Ərdoğanı hər çıxışında sərt tənqid edir və hər dəfə əl sıxışıb görüşürlər. Bunu birmənalı qarşılamayan insanlar hesab edirəm ki, səmimi deyillər.

Görüşdə QHT qanunvericiliyi, KİV-lərin işinin yaxşılaşdırılması, qanunvericilikdə dəyişiklərin olunması, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı, vəkillik fəaliyyəti ilə bağlı, pulsuz ali təhsillə bağlı danışıldı. QHT qanunvericiliyi ilə bağlı yeni qaydaların yaxın aylarda, hətta yaxın həftələrdə qəbul olunması mümkündür. Çünki, prezidentin köməkçisi Hikmət Hacıyev ilk dəfə QHT-lərlə görüş keçirib və müəyyən təkliflər artıq hazırlanıb. Bundan əlavə, siyasi məhbus məsələsi, məhkəmə hakimiyyətinin işinin normallaşdırılması məsələsi bunlar daim gündəlikdə olub. Görüşün böyük bir hissəsi Tofiq Yaqublu ilə bağlı məsələyə həsr olundu. İlqar Məmmədov bildirdi ki, bu məsələ Azərbaycan məhkəməsində həll olunmalı, ədalətli həllini tapmalıdır. Çünki, onsuz da Avropa Məhkəməsində bu iş darmadağın olacaq. Avropa Məhkəməsi bu işlə bağlı qərar verəcək. Niyə onu gözləyək? Gəlin elə məsələnin Azərbaycan qanunvericiliyi və məhkəməsi çərçivəsində ədalətli həll olunmasına çalışaq. Biz ümid edirik ki, bu çağırışımız da eşidiləcək və yaxın günlərdə Tofiq Yaqublunu azadlıqda görəcəyik.

Realın siyasi mövqeyi və platforması nədir? Parlamentdə hansı məsələləri qaldırmağı planlaşdırırsınız?

- Biz proqramımızda Azərbaycanda gələcəkdə parlament respublikasına keçidi əsas hədəf qoymuşuq. Azərbaycanda liberal bazar dəyərlərinin oturuşması, çağdaş dünya çağırışlarına cavab verən təhsil və səhiyyə sisteminin  yaradılması əsas hədəfimizdir. Bu ilin sonu və ya gələn ilin əvvəlində prezident və parlament seçkiləri ilə bağlı yüzlərlə səhifəlik platformamızda bunu açıqlayacağıq. Artıq hazırlıqlar başlayıb. Proqramımız ictimaiyyətə açıq olacaq və ictimaiyyətdən gələn təkliflər də platformada yerini tapacaq. Növbəti payız sessiyasında QHT qanunvericiliyi, KİV-lərlə və pulsuz ali təhsillə bağlı məsələləri gündəliyə salmağa cəhd edəcəyik.

Müsahibəni götürdü: Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı