"İnformasiya müharibəsində aktiv iştirak etməli və Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq" Ekspert

Müsahibələr 14:56 07.10.2020

Hazırda Ermənistan-Azərbaycan arasında cəbhədə davam edən şiddətli döyüşlərlə yanaşı, arxa cəbhədə informasiya müharibəsi gedir. İnformasiya müharibəsinin əhəmiyyəti və ümumilikdə mövzu ilə bağlı Eurasia Diary proqram menecer Tariyel Ağazadədən müsahibə alıb.

İnformasiya müharibəsində qalib gəlməyimizin əhəmiyyəti barədə danışmağınızı istərdik.

- Bildiyiniz kimi, sentyabrın 27-dən başlayaraq ordumuzun əks-hücum əməliyyatından sonra ordumuz ard-arda uğurlar qazanaraq torpaqlarımızın bir hissəsini azad edib. Ənənəvi müharibə ilə yanaşı, informasiya müharibəsi də davam edir. İnformasiya müharibəsi çox vacibdir. Çünki, bu müharibənin nəticəsində hansı ölkənin vətəndaşları dünyaya daha çox öz həqiqətlərini çatdıra biləcəyi deməkdir. Hal-hazırda ermənilər bu işdə çox aktivdir. Hətta erməni məşhurlar və digər diasporalar vasitəsilə çox böyük yalanları tirajlayır və insanları inandırmağa çalışırlar. Sonra bu yalanları o qədər böyüdürlər ki, özləri də inanırlar. Ancaq bizim insanlar və sosial media istifadəçiləri aktiv olaraq bu informasiya müharibəsində iştirak etməli və dünyanın təsdiq etdiyi Azərbaycan həqiqətlərini insanlara çatdırmalıdır.

Hazırda cəbhədə davam edən gərgin müharibə şəraiti həm də informasiya müharibəsi şəklində davam edir. Bu informasiya müharibəsində vətəndaşlarımız hansı qaydaları bilməli və əməl etməlidirlər?

- Bilirsiniz ki, ermənilər çox provokativ millətdir. Onlar bizim vətəndaşları təxribata çəkərək mövzudan kənarlaşdırıb digər məsələlərlə məşğul edə bilərlər. Bu zaman dünya ictimaiyyətinin diqqəti məhz erməni və azərbaycan icmasının sosial mediadakı davasına yönəlir. Bu düzgün deyil. İnformasiya müharibəsinin bir neçə yazılmamış qanunu var ki, onlardan biri də provokasiyaya getməmək, müharibə etdiyiniz zaman yalnız həqiqətləri çatdırmaq və faktlarla bunları təqdim etməkdir. Ermənilərlə danışdığınız zaman söyüş və ya təhqirlə danışmağa başlasaz bu artıq sizin haqsız çıxmanıza gətirəcək və onlar bundan çox yaxşı istifadə edəcək. Ona görə də informasiya müharibəsi zamanı bu qaydalara riayət etmək çox vacibdir.

İngilis, fransız, rus və digər əcnəbi dillər bilən həmvətənlilərimiz informasiya müharibəsinə necə qoşulmalıdır?

- Əlbəttə ki, informasiya müharibəsi daha çox xarici dildə aparılır. Buna görə də dünya ictimaiyyətinin daha çox istifadə etdiyi dil işlədilməlidir. Bizim ingilis, rus, fransız dillərini bilən həmvətənlərimiz Azərbaycanda yaşayan və dil problemi olan insanlara dəstək olur. Bu dəstək qruplaşmaları və icmalar şəklində ola bilər. Azərbaycan tərəfindən Azərbaycanda yaşayan insanların hazırladığı fakt, xəbər və tarixi həqiqətləri fransız, ingilis, rus dillərinə tərcümə edib daha sonra onu bütün vətəndaşlara təqdim etmək lazımdır ki, onlar da sosial mediada bundan istifadə etsinlər. Bu çox vacib məsələdir ki, bu məlumatlar ən çox danışılan xarici dillərdə yayılmalıdır. Bu ingilis, rus, fransız dilləridir. Yaxşı olar ki, çin, ərəb dillərində də tirajlansın. Çünki dünyada ən çox istifadə olunan dillərdir.

Xarici dilləri bilməyən vətəndaşlarımız bu müharibədə necə dəstək ola bilərlər?  

- Hazırda internetdə çox sayda şablon məlumatlar var. Xarici dili bilən dostları olmayan, icmada olmayan və ya xarici dili bilməyən Azərbaycan vətəndaşları onlardan rahatlıqla istifadə edə bilərlər. Həmçinin hər hansı bir məşhurun ermənilərin tərəfini tutduğu zaman və ya məşhur bir erməninin yazısına azərbaycanlıların cavabı olur. Siz o cavabı “bəyən”ə və ya Tviterdə azərbaycanlılar tərəfində olan yazıları bəyənə və ya öz səhifənizə “retvit” edə bilərsiz Bu da həmin yazının və ya faktların daha da önə çıxması və daha çox insanın görməsinə dəstəkdir.

Hansı heştəqlərdən istifadə etmək və hansı böyük media orqanların sosial media hesablarında Qarabağ həqiqətlərini yaymalıyıq?

- Hal-hazırda azərbaycanlıların ən çox istifadə etdiyi heştəqlər "#Don’t believe Armenia”, "#Karabakh is Azerbaijan" kimi heştəqlərdir. Heştəqlərin istifadəsində heç bir məhdudiyyət yoxdur. Əsas odur ki, bu heştəqlər həqiqətləri açıqlasın, daha asan oxunsun və insanlar tərəfindən daha asan anlaşılsın. Son zamanlar bu heştəqlər Amerika, Türkiyə, bir çox Avropa ölkələri və bizim ölkəmizdə də trenddə birinci sıralardadır. Bu çox vacib məsələdir, çünki hər kəs həmin ölkələrdən Tviterə daxil olduqda onların qarşısına sırf  həmin heştəqlərdən istifadə olunan yazılarımız görünür. Hansı sosial şəbəkədə daha aktiv olmağa gəldikdə isə, hamıya məlumdur ki, Tviter sosial şəbəkəsi informasiya müharibəsi üçün ən uyğun yerdir. Çünki məşhur siyasətçilərin çoxu məhz Tviterdədir. Dünya əhalisinin düşünən, araşdıran, faktlara uyğun hərəkət edən təbəqəsi məhz tviterdədir. Tviter vasitəsilə biz daha çox insana həqiqətləri çatdıra bilərik. Bundan əvvəl vurğuladığım heştəqlər çox məşhurdur və bizə daha çox kömək edə bilər. Sosial şəbəkələrdə də məlumatlar paylaşa bilərsiz. Bu daha çox Feysbuka aiddir. İnstaqram və Tik-tok kimi sosial şəbəkələr də istifadə oluna bilər. Ancaq onlar Tviter qədər effektiv deyil.

Xaricdə yaşayan həmvətənlərimiz informasiya müharibəsində necə iştirak etməlidirlər?

Xaricdə yaşayan həmvətənlərimiz bir çox yöndə informasiya müharibəsində bizə dəstək ola bilər. Birincisi, onlar yaşadığı ölkənin siyasətçilərinə, vəzifəli şəxslərinə məktublar yazmalı, yaşadıqları ölkənin dilində onlara həqiqətləri çatdırmalı, görüşlər keçirməli, bizim həmin ölkədəki səfirliklərimizlə çox sıx işləməlidirlər ki, onların gücü birlikdə olsun və daha da effektiv nəticələr əldə etsinlər. Onlar Azərbaycanda dərc olunmuş məlumatları yaşadıqları ölkənin dilinə tərcümə etməli, öz sosial media hesablarında həmin məlumatları dərc etməklə çox böyük dəstək ola bilərlər. O ölkənin insanları da bizim ölkə haqqında həqiqətləri öyrənər və hansı ölkənin haqlı, hansının haqsız olduğunu anlaya bilərlər. Əlbəttə ki, informasiya müharibəsi çox vacibdir. Hər kəsi bu müharibədə iştirak etməyə çağırırıq. Bu bizim əsgərlərimizə, dövlətimizə, ərazi bütövlüyümüzə və bizim həqiqətləri çatdırmağımızda bir dəstəkdir. Qarabağ Azərbaycandır. Biz inanırıq ki, torpaqlarımız tezliklə bizə qayıdacaq və biz Şuşada, Xankəndində və işğalda olan bütün torpaqlarımızda Azərbaycan bayrağını dalğalandıracayıq.

Sədrəddin Ağcayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Britaniyada COVID-19-un yeni ştamı yayılıb
09:01 05.07.2025
Hamısı