Qarabağ heç vaxt anklav olmayıb, həmişə Azərbaycanın bir hissəsi olub.
Eurasia Diary xəbər verir ki, bunu amerikalı jurnalist və yazıçı Tomas Qoltz, Osmanqızı TV-də yayımlanan müsahibəsində deyib.
O, Birinci və İkinci Qarabağ müharibələri arasında müqayisə aparıb.
Tomas Qoltz, Birinci Qarabağ müharibəsindəki vəziyyəti təsvir edərkən - “O dövrdə Azərbaycanda xaos hökm sürürdü”, deyə bildirdi.
O, həmin dövrdə Azərbaycan parlamentində də eyni vəziyyətin müşahidə edildiyini dedi. “Xalq Cəbhəsi, kommunistlər, İslamistlər, pan-Türkistlər, İranpərəstlər kimi müxtəlif fraksiyalar var idi. Vəziyyət absurd dərəcədə xaotik idi”.
Buna baxmayaraq, Azərbaycan İkinci Qarabağ müharibəsində fərqli vəziyyətə və normal hökumətə sahib idi.
“İlk növbədə Azərbaycanın təlim keçmiş ordusu və Türkiyə, İsrail vasitəsilə əldə edilən müxtəlif pilotsuz təyyarələr daxil olmaqla hava qüvvələri var”.
Müharibənin bitməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Yuxarı Qarabağdan geri çəkilməyib. Tomas Qoltz Hadrut və Xocavənddə gizlənən erməni silahlı dəstələrinin və hərbiçilərinin mövcudluğundan bəhs etdi.
O, Azərbaycan hökumətinin Qarabağda yaşayan ermənilər üçün imkanların yaradılması istiqamətində addımlarını vurğuladı. Azərbaycanın bu sahədə təcrübəsi var, çünki Azərbaycan multikultural dəyərlərə malikdir.
“Azərbaycan, erməni mülki əhalisinin burada qalıb yaxşı vətəndaş olmağa çağırır”, o deyib.
Tomas Qoltz, Türkiyə tərəfindən müharibəyə cəlb edilən Suriyadakı muzdlu əsgərlərin Azərbaycan tərəfində döyüşdüyü iddialarına da toxundu. "Mən muzdluların cəsədlərini görmədim", o qeyd etdi.
O, həmçinin komandanlığın əmrlərinə tabe olan Azərbaycan ordusunun gücünü də vurğuladı. Buna görə də muzdlulara ehtiyac yox idi.
Erməni mediası beynəlxalq medianı Qarabağı anklav ərazisi adlandırmağa çağırdı.
“Qarabağ heç vaxt anklav olmayıb, həmişə Azərbaycanın bir hissəsi olub”, erməni iddialarını rədd edən Tomas Qoltz deyib.
O, həmçinin münaqişənin adına diqqət çəkib.
“Naqorno sözü rus sözüdür, ancaq biz ingilis dilli əhaliyik”, deyə Tomas Qoltz münaqişənin ingilis dilindəki versiyasında “Mountainous Karabakh” kimi səsləndirilməsinin daha məqsədəuyğun olduğunu vurğulayıb.
Tomas Qoltz, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərini açmadan firavan gələcəyinin olmadığı fikrini dəstəklədiyini bildirib.
Qeyd edək ki, Tomas Qoltz Qafqaz üzrə böyük təcrübəyə malikdir. O, 1998-ci ildə yazılmış “Azərbaycan gündəliyi” də daxil olmaqla regionla bağlı bir neçə kitabın müəllifidir.