Bayden dövründə ABŞ-İsrail münasibətləri necə olacaq? Eskpert

Müsahibələr 13:40 11.02.2021

ABŞ prezidenti Co Bayden  Fələstin-İsrail münaqişəsinin iki dövlətin dinc yanaşı yaşaması əsasında həll olunmasının tərəfdarı olduğunu bildirdi. Respublikaçılarla müqayisədə demokratların İsrail ilə münasibətləri daha neytraldır. Tramp administrasiyasının İsrail ilə isti münasibətlərini nəzərə alsaq, bundan sonrakı dövr üçün ABŞ-İsrail münasibətləri, həmçinin İsrail-Fələstin münaqişəsi ilə bağlı vəziyyətin necə olacağı məlum deyil. Eurasia Diary növbəti illər üçün ABŞ-İsrail münasibətlərini şərh etmək məqsədilə Türkiyənin Orta Şərq Araşdırmalar Mərkəzinin (ORSAM) Fələstin/ İsrail Araşdırmaları üzrə eksperti Haydar Oruçdan müsahibə alıb.

Baydenin İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi necədir? Obama administrasiyası ilə hansı oxşar və fərqli cəhətləri var? Önümüzdəki illərdə bu münaqişənin gələcəyini necə görürsünüz?

- Bayden İsrailə Obamadan daha yaxındır. Hətta Obama dövründə Baydenin təşəbbüsü ilə İsrailə 10 ildə 38 milyard dollarlıq hərbi yardımı nəzərdə tutan qanunun qəbul edildiyi iddia edilir. Lakin, Obama kimi, Bayden də bu məsələnin beynəlxalq qanunlar çərçivəsində həll edilməsinin tərəfdarıdır. Başqa sözlə, Birləşmiş Ştatların İsrailin birtərəfli tələbləri ilə həll yoluna dair təklifi, Tramp dövründə olduğu kimi Birləşmiş Millətlər Təşkilatının bütün səyləri və iki tərəf arasında imzalanan razılaşma və öhdəliklər nəzərə alınmadan dəstəklənmir. Əksinə, hər iki tərəfin ortaq maraqlarının təmin ediləcəyi və tərəflərin qəbul edə biləcəyi bir həllin tərəfdarıdır. Beləliklə, onun BMT-nin icra etdiyi iki dövlətli həll yolu planını dəstəklədiyini söyləmək olar.

Bayden rəhbərliyi indiyədək açıqlamalarında, bu məsələdə ciddi tənqid etdiyi Əsrin Planını həyata keçirməyəcəyi və əvəzinə daha məqbul plan hazırlamaq üçün tərəflərlə masaya oturacağı deyilib. Bu səbəbdən Tramp dövrünün əksinə olaraq, Fələstinlilərin  danışıqlar masasında oturacağı bir dövr yeni dövrün şahidi ola bilərik. Ancaq bu mərhələyə keçmək üçün Trampın dövründə fələstinlilərə dəymiş ziyanın ödənilməsi çox vacibdir. Fələstinlilərə dəyən zərərin qarşılığı ödənilmirsə və beynəlxalq hüquqa görə statusu mübahisəli olan Qüds İsrailin paytaxtıdırsa və yəhudi köçkünlərlə bağlı doğru addımlar atılmazsa, yekun sülhün əldə edilməsində çətinliklər yarana bilər. Əks təqdirdə İsrail, Trampın itaətkarlığından faydalanacaq və bu, tərəflər arasında etimadın itirilməsinə səbəb olacaq.

Bu səbəbdən də Bayden rəhbərliyinin üzərinə məsuliyyət düşür. Fələstinlilər masaya oturmaq üçün ABŞ və qismən İsrailə etibar edə bilməlidirlər ki, buna da yalnız Bayden zəmanət verə bilər. Bu məsələnin həqiqətən həll olunması istənilirsə, İsrail bəzi məsələlərdə güzəştə getməli olduğundan ABŞ rəhbərliyi bu məsələyə diqqət yetirməli olacaq. Çünki İsrailin BMT-nin iki dövlətli həll planını qəbul etməsi xaricində ssenarilərin nə Fələstinlilər, nə də dünyanın qalan hissəsi üçün alternativi olmayacaq.

İsrailin ərəb ölkələri ilə normallaşması birbaşa Trampdan asılı idimi?  Bunun qarşıdakı dövrdə davam etməsi mümkün olacaqmı?

- Xatırladaq ki, İsrail ilə xüsusən BƏƏ və Bəhreyn arasında gizli də olsa danışıqlar aparılırdı və xüsusilə kəşfiyyat və təhlükəsizlik məsələlərində ABŞ üzərindən və ya birbaşa əməkdaşlıq davam edirdi. Trampın elan etdiyi Əsrin Planı Fələstinlilər tərəfindən qəbul edilmədiyindən, bu plandakı məsələləri həyata keçirmək üçün alternativ plana ehtiyac var idi. Bu alternativ, şübhəsiz ki, İbrahim Anlaşması adlanan normallaşma müqavilələridir.

İsrailin əvvəllər bəzi ərəb ölkələri ilə sülh müqavilələri imzalaması faktı bu prosesi asanlaşdırdı. Çünki normallaşma müqaviləsi imzalayan BƏƏ və Bəhreynin İsrail ilə keçmişdə düşmənçiliyi olmayıb. Buna baxmayaraq, Tramp administrasiyasının normallaşmada böyük rol oynadığı və bu ölkələri təşviq etdiyi də məlumdur. Xüsusilə Sudan ilə Mərakeş arasında İsrail ilə normallaşma müqaviləsində ABŞ-ın rolu əvvəlki iki ölkədən çox fərqlənir.

Çünki ABŞ Sudana terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxaracağını vəd edərkən, Mərakeşə Qərbi Saxaradakı suverenliyini tanıyacağına dair zəmanət verdi. Ancaq hər iki məsələdə yalnız İsrailin maraqları nəzərə alınaraq, ABŞ-ın ənənəvi xarici siyasət xətti qaldı. Buna görə də, Bayden rəhbərliyi normallaşma müqavilələrini dəstəkləyəcəyini elan etsə də, bu mövzuda İsrail tərəfdarı olub-olmayacaqları hələ dəqiq deyil. Bayden administrasiyasının yüksək vəzifəli nümayəndələri Fələstinlilərin bu prosesə daxil edilmədiyi təqdirdə bu səylərin yekun nəticəyə varmayacağını bildirdilər.

Bütün gözləntilərə baxmayaraq, Səudiyyə Ərəbistanı və Omanın Tramp hələ prezident olarkən bu razılaşmalara tərəfdar olmaması və seçkilərin nəticələrini gözləmələri və yeni dövrdə də bu məsələdə çox da istəkli olmamaları normallaşma prosesinin olub-olmaması ilə bağlı suallar doğurdu. Bu mövzuda həlledici məqam Bayden administrasiyasının Trampın Sudan və Mərakeşə etdiyi kimi Səudiyyə Ərəbistanına da güzəştə gedib-getməyəcəyi olacaq. Çünki, Qaşıqçının öldürülməsi, Obama dövründə ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı gərginliyi artırdı və Tramp dövründə bu məsələ ört-basdır olunsa belə, yeni dövrdə Səudiyyə Ərəbistanı üçün baş ağrısı olacaq. Bu səbəbdən Səudiyyə rəhbərliyi ilə problemi olan Bayden rəhbərliyinin, İsrail ilə normallaşması qarşılığında Səudiyyə Ərəbistanı ilə arasındakı buzları əridib-əritməyəcəyi, normallaşma prosesinin yeni dövrdə də eyni şəkildə davam etməyəcəyini göstərəcək.

Ancaq bu günə qədər gələn siqnallardan bunun mümkün olmayacağı anlaşılır. Səudiyyə Ərəbistanının Yəmənə qarşı başlatdığı müharibəyə dəstəyini dayandıracağını elan edən Amerika, Səudiyyə Ərəbistanının Yəməndəki düşməni olan Husiləri terror siyahısından çıxarmağa hazırlandığını açıqladı və yeni dövrdə özünü Səudiyyə Ərəbistanından uzaqlaşdırdığını elan etdi. Bu şərtlər daxilində normallaşma üçün ən vacib namizəd olan Səudiyyə Ərəbistanının ABŞ ilə problem yaşama ehtimalı bu mövzuda motivasiyasını itirməsinə səbəb olacaq. Buna görə, Səudiyyə Ərəbistanının münasibəti digər ölkələr üçün müəyyənedici olacağından, Bayden rəhbərliyi, nə qədər də dəstək bəyanatı versə də, əvvəlki qədər ürəkaçan olmayacağı üçün normallaşma prosesinin də durğun olacağını söylənilə bilər.  

ABŞ-ın İsraili daha az dəstəkləyəcəyi təqdirdə, İsrail öz imkanları sayəsində bölgədə Türkiyə və digər ərəb ölkələri ilə münasibətləri normallaşdıra biləcəkmi?

- İsrailin ənənəvi xarici siyasəti və strateji planları, heç bir ölkədən, hətta ABŞ-dan asılı olmamağı nəzərdə tutur. İsrail bu anlaşma nəticəsində bəzi qabaqlayıcı tədbirlər gördü və ABŞ-ın dəstəyi ilə və ya olmadan öz təhlükəsizliyini təmin etdi. Buna baxmayaraq, xüsusən beynəlxalq hüquq və Birləşmiş Millətlər kimi dövlətüstü təşkilatlarda yaşadığı problemləri aradan qaldırmaq üçün ABŞ-ın dəstəyi olmadan irəliləmək mümkün deyildi. Xüsusilə Fələstinlilərə qarşı yürütdüyü siyasət səbəbiylə ona qarşı tez-tez verilən qərarlara baxmayaraq, Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ-ın veto gücü sayəsində bu günə qədər heç bir sanksiyaya məruz qalmayıb.

Bundan əlavə, İsrailin qonşu ərəb ölkələrinin embarqolarına və təcrid olunmasına baxmayaraq bölgədə möhkəmlənməsi, daha sonra Misir və İordaniya ilə sülh müqaviləsi imzalayaraq bu təcriddən çıxması ABŞ-ın vasitəsilə mümkün oldu. Bu məqamda İsrailin normallaşma müqaviləsi imzaladığı ölkələrə və ya Türkiyə yenidən normallaşacağı iddia edilən ölkələrə, ABŞ-ın qatqısı olmadan təklif ediləcək vacib bir üstünlük var. Əksinə, Türkiyə, ABŞ rəhbərliyinə və ABŞ-ın siyasi himayədarlığına yaxın olmaq üçün hətta İsrail ilə yaxınlaşmış, müsəlman dünyası, dolayı yolla belə İsrail qarşılığında İsrailə yaxınlaşma şərəfinə layiq olduğu bir müddət təmin etdi. Buna görə də, ərəb ölkələri ABŞ ilə münasibətlərində üstünlük qazanmaq və ABŞ rəhbərliyinin güclərinin davam etməsinə dəstək olmasını təmin etmək üçün artıq İsrailə ehtiyac duymasa, İsrailin indiyə qədər qazandıqlarının təhlükə altında olduğu şübhəsizdir.

Normallaşma müqaviləsindən sonra BƏƏ-nin İsrailə müsbət yanaşması və Fələstinlilərə də məhəl qoymadan İsrailin hər cür qanunsuzluğuna göz yumması, ABŞ olmadan da İsrail ilə bölgə ölkələri arasında normallaşmanın davam etdiyi kimi görünsə də, BƏƏ-nin  də ABŞ-dan silah almaq və ABŞ-ın təhlükəsizlik çətiri altında İran təhdidinə qarşı qorunması təmin edilir. Bu səbəbdən İsrailin bəzi ölkələrlə əlaqələr qurduğu görünsə də, bunun arxasında ABŞ olmadan bu prosesi davam etdirmək mümkün deyil.

Müsahibəni aldı və tərcümə etdi: Gülnar Səlimova

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı