İran nüvə proqramını dayandırmazsa regionu hansı təhlükə gözləyə bilər? Politoloq

Atom silahına sahib olan İranın regionda istənilən zəmində törədə biləcəyi fəsadın miqyasını təsəvvür etmək çətin deyil.

Müsahibələr 13:10 23.02.2021

"ABŞ-la Avropa arasında transatlantik ittifaqın yenidən bərpası ilə İranı hərtərəfli sıxışdırıb, çarəsiz hala salaraq nüvə proqramını dayandırmasına nail olmaq olar.” Bunu Qərb mətbuatı ötən həftə Co Baydenin Münhen konfransındakı çıxışından sonra dərc olunan bir məqalədə qeyd edib.  

İran əslində çarəsizdir, lakin həm Amerika, həm də Avropanın təzyiqlərinə boyun əyməməkdə son dərəcə israrlıdır. Lakin digər tərəfdən ABŞ hökuməti əvvəlki kimi sərt və amansız da deyil, yəni istənilən an güzəştə getməyi sevir və qarşılıqlı əməkdaşlığa meyl göstərir. Bu əməkdaşlıq eyni zamanda İrana da şamil oluna bilər. Bəs görəsən iqtisadi cəhətdən tənəzzülə uğrayan və daxili problemləri ilə zorla baş edə bilən İranın nüvə probleminə son qoymasına mane olan əsl səbəb nədir? 

Məsələ ilə bağlı daha ətraflı Orta Doğu Araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Eurasia Diary-yə müsahibə verib.  

- İranla BMT-nin nüvə proqramına nəzarət agentliyi arasında görüş olub, lakin tərəflər hələ də ortaq bir razılığa vara bilməyib. İran son göstərdiyi cəhdlərdən sonra ABŞ-ın sanksiyalarından yaxa qurtara biləcəkmi və yaxud, əks halda İran hansı addımları ata bilər?

- ABŞ BMT-də İrana qarşı sanksiyaları aradan qaldıracağı ilə bağlı qərarını elan etməklə Tehrana danışıqlar və iddialarından əl çəkmək üçün şans verib. İran  rəsmiləri isə sanksiyaların hamısının qaldırlmasını və bundan sonra danışıqlara başlayacağını bildirir. İran tərəfi bu vasitə ilə ABŞ-ın ona etdiyi güzəştin az olduğunu bildirmək istəyir. İran istəyir ki, ABŞ onların neft sahəsinə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırsın. Ancaq Tehran hakimiyyətinin öz mövqeyindən geri çəkilməməsi yeni problemlər yarada bilər. İranın ABŞ-ın sanksiyalarına qoşulan ölkələri əvəz etməyə imkanı yoxdur. Tehranın bu istiqamətdə atdığı addımlar hər dəfə uğursuz olur. O ABŞ-ı Rusiya və Çinlə əvəzləməyə çalışır, region dövlətləri ilə əməkdaşlığa səy göstərir. Ancaq nəticə hələ uğurlu sayıla bilməz. Çünki yeri gəldikdə Rusiya və Çin də ABŞ-ın sanksiyalarına məruz qalır.  

- Türkiyə İranı müdafiə edir və ABŞ-ın tətbiq etdiyi sanksiyanın aradan qaldırmasını istəyir. Bu tərəfdaşlıq daha çox hansı maraqlar üzərində dayanır və eyni zamanda, bu, Türkiyə ilə ABŞ münasibətlərinə nə kimi xələl gətirə bilər?

- Türkiyə ümumiyyətlə regional əməkdaşlığa üstünlük verir. Bu əməkdaşlıqda təbii ki, İran da istisna deyil. Eyni zamanda Türkiyə öz iqtisadi maraqlarını da üstün tutur və heç bir halda 3-cü dövlətin və ya tərəfin maraqlarına qurban vermir. Hətta hesab edirəm ki, vəziyyət ciddiləşdikdə Türkiyə də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaya qoşula bilər. Bu baxımdan İranla Türkiyəni daha çox iqtisadi maraqlar birləşdirir. Bundan əlavə, Türkiyə ilə İranı daha bir ümumi marağı var. Bu maraq İraq və Suriyada terrora qarşı mübarizədə qarşılıqlı əməkdaşlıqdır. Xüsusən son illər terrorçu PKK-ya qarşı mübarizədə İran da özünü iştirakçı kimi göstərməyə çalışır. 

O ki qaldı ABŞ Türkiyə münasibətlərinə, heç şübhəsiz İranla istənilən ölkənin yaxınlaşması ABŞ-ın xoşuna gəlmir. Bununla belə, bu, iki ölkə arasındakı əlaqə ABŞ-ın maraqlarına zərbə vuracaq səviyyədə deyil. 

- İranın regionda yaxın qonşu ölkə olaraq nüvə proqramını inkişaf etdirməsinin mənfi və müsbət tərəflərini necə xarakterizə etmək olar?

- İranın atom proqramında şəffaflığın təmin olunmaması region üçün də təhlükəlidir. Bu həm də Güney Azərbaycan türklərinin maraqlarına cavab vermir. Regionda Ermənistan ərazisində Atom Elektrik Stansiyası (AES) mövcuddur. Qeyd edim ki, bu stansiya Türkiyə, İran və Azərbaycan üçün çox təhlükəlidir. İranın nüvə proqramı isə həm də hərbi mahiyyət daşıyır. Bu isə ondan da təhlükəlidir. 

Atom silahına sahib olacağı halda İranın regionda istənilən zəmində törədə biləcəyi fəsadın miqyasını təsəvvür etmək çətin deyil.

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı