“Çinlə birləşib Türkiyə iqtisadiyyatını çökdürəcəyik” Sərhəd tanımayan erməni nağılları

Müsahibələr 21:16 08.03.2021

Acı məğlubiyyətlə barışa bilməyən Ermənistan son zamanlar Türkiyə iqtisadiyyatı barədə yalan iddialar irəli sürməyə başlayıb. Ötən həftə erməni mənbələri yeni bir uydurma məlumatla gündəmi zəbt etməyə çalışıb. 

Erməni agentlikləri, blogerlər, ekspertləri Türkiyənin Avrasiya ticarət məkanında kənarlaşdırılacağını və bunun ardınca Ermənistanın Çinlə birləşərək (!) Türkiyə iqtisadiyyatına ağır zərbə vuracağını iddia ediblər. Maraqlıdır ki, bu gülünc iddia Ermənistanın rəsmi dövlət saytlarında belə, geniş ictimaiyyətə təqdim olunub. 

 

Bununla bağlı Türkiyənin Kocaeli Universitetinin professoru, siyasi şərhçi doktor İrfan Kaya Ülger Eurasia Diary-yə müsahibə verib. 

- Ermənistan tərəfinin iddiasına görə, Türkiyə Avrasiya ticarət məkanından kənarlaşdırıla bilər. Digər qeyri-rəsmi mənbələr burada Ermənistan və Çinin ortaq məqsədləri olduğunu da bildirirlər. Çin Türkiyənin iqtisadiyyatına zərbə vurmaq kimi təşəbbüsə cəhd göstərə bilərmi? 

- Türkiyə, mövcud coğrafi mövqeyi və siyasi-iqtisadi əlaqələri baxımından Avrasiya ticarətinin tam mərkəzində yer alır. Türkiyə eyni zamanda bir Avropa ölkəsidir və Trakya bölgəsi coğrafi baxımdan Avropa qitəsinin tərkibindədir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Türkiyə həm Asiya, həm Ağ dəniz, həm də Qara dəniz ölkəsidir və ən əsası türk dünyasının bir parçasıdır və İslam aləminin parlayan ulduzudur. 

Koronavirusun gətirdiyi iqtisadi böhran səbəbindən, Türkiyədə də iqtisadi geriləmə özünü büruzə verdi. Lakin digər tərəfdən Türkiyənin xarici ticarət gəliri 360 milyard dolları keçməkdədəir və ümumi milli məhsul (ÜMM) dəyərinin həcmi 800 milyard dolara çatıb. Eyni zamanda, Türkiyə Avropa İttifaqının 5-ci böyük ticarət ortağıdır. 

Qeyd edim ki, ölkə daxilində gəlir bölgüsü pozğunluğu və sosial ədalətsizliklər də mövcuddur.  Bu cür hallar ABŞ kimi digər böyük ölkələrdə də var. Lakin aysberqin görünməyən alt tərəfi kimi Türkiyənin əhali, sənaye istehsal və texnoloji inkişaf gücünə diqqət yetirilərsə, bunu görmək olar ki, ölkə üstün sırada yer almaqdadır və gələcəkdə daha da güclənmə potensialına sahibdir. ABŞ-ın aparıcı strateji araşdırma qurumlarından biri olan STRATFOR-n prezidenti George Freidmanın “Gələcək 100 illiyin Tarixi” adlı bir kitabı var. Freidman, müstəqil bir müşahidəçi kimi Türkiyənin potensialını yazdığı kitabında ortaya qoyub. Onun fikirlərinə görə, Türkiyə gələcəkdə coğrafi baxımdan genişlənməsə də, təsir dairəsi Osmanlı coğrafiyasına, türk dünyasına və İslam ölkələrinə, Balkanlardan Mərkəzi Avropaya qədər uzanacaq. İndi ermənilərin bu kateqoriyadakı bir ölkə haqqında qiymətləndirmələri subyektivdir. Bu, ucqar kənd yerindəki kasıb bir kəndlinin “Varlı tanışlarım var, onunla birgə iş quracağıq və burada güclü olanları zərərsizləşdirəcəyik” deyə danışdığı boş söhbətə bənzəyir. Çin rəhbərliyi də bilir ki, Türkiyə yalnız Türkiyə sərhədlərində ibarət deyil. Bu bölgədə Türkiyəni iqtisadi cəhətdən aciz buraxmaq onun xəyallarının belə çata bilməyəcəyi bir düşüncədir. Buna görə də Ermənistanın açıqlamalarını fantaziyadan başqa bir şey kimi qiymətləndirmək mümkün deyil.

- Koronavirus ilk olaraq Çindən başladı və ilk vaksin hazırlayan, ixrac edən ölkə də məhz Çin oldu. Dünya iqtisadiyyatı pandemiyadan zəif duruma düşsə də, Çin iqtisadiyyatı hələ də öz qüvvəsindədir. Bu baş verənlər nəyə işarət edir? 

- Koronavirusun nə olduğu və hansı məqsədlərlə yayıldığı  barədə fikir ayrılıqları davam edir. Hətta tibb ictimaiyyəti bunun 100 ildə bir dəfə baş verən bir epidemiya və ya bioloji silah olub olmadığı mövzusunda ortaq bir fikirdə ola bilmir. Həmçinin, bu xəstəliyin özbaşına meydana gəldiyini də bilmirik. Bir sıra sui-qəsd nəzəriyyələri var, hansı ki, bunu dünya əhalisini azaltmaq üçün bir layihə hesab edirlər. Digər tərəfdən də, buna insanları elektron ticarətə yönəltmək, bütün məlumatları idarə etmək və insan azadlıqlarını məhdudlaşdırmaq perspektivindən yanaşanlar var.

Həqiqət budur ki, Çin 1976-cı ildə Maonun ölümündən sonra sürətlə iqtisadi islahatlar apardı. Siyasi baxımdan ölkə monolit ölkə olduğu üçün siyasi fəaliyyətdə yalnız Kommunist partiyasına icazə verilir. Ölkədəki milli azlıqların yaşadığı Şərqi Türküstan, Tibet, Mançurya və İç Monqolustana təzyiq edilir. Digər tərəfdən, ölkədə kütlələrin böyük hissəsi sənaye və istehsalat sahəsini təşkil edir. 2013-cü ildə elan edilən "Bir kəmər - bir yol" layihəsi iqtisadi inkişafını və istehsal gücünü tamamlayan Çinin ticarət yolu ilə təsirini artırmaq üçün bir səy kimi qiymətləndirilməlidir. Bunu bir növ müasir imperializm kimi düşünmək də mümkündür. Çinin gücü əslində zamanla güclənən bacarıqlı işçi qüvvəsinə əsaslanır. Həm də kapital və son texnoloji çatışmazlıqlarını tamamladı. Çin iqtisadiyyatı hal-hazırda ÜDM həcminə görə dünyada ikinci güclü iqtisadiyyatı olan ölkədir və analizlər də bunu göstərir ki, onun iqtisadi inkişafı 2030-cu ildə ABŞ-ı geridə qoyacaq. Çinin koronavirusun təşkil olunaraq, dünyaya yayılmasında bir barmağının olub olmamasını sübut etmək üçün ortada dəlillər yoxdur. Lakin görünən budur ki, Çin istehsal gücünü yenidən işə salıb və önəmlisi də budur ki, o, sürətlə peyvənd istehsalına və ixracına başlayıb. 

- Maraqlıdır ki, Çinin Vuhan şəhərində keçirilən konfransda iştirak edən ÜST nümayəndələri heç bir açıqlama verməyiblər. Bu barədə nə deyə bilərsiniz?

BMT-nin nəzdində fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasında qeyri mütəşəkkil bir qurum olduğuna bir çoxları şahid oldu. Belə ki, virus dünyanın dörd bir yanında meydana çıxandan çox sonra ÜST dünya xalqlarına xəbərdarlıq etməyə başladı. Əslində bu təhlükə barədə çoxdan xəbərdarlıq edilməli idi. Lakin bu onu təsdiq edir ki, təşkilat özü belə bu xəstəliyin ciddiliyinə vara bilməyib. O üzdən də, hələ D.Trampın hakimiyyəti dönəmində vəziyyətə reaksiya göstərən ABŞ Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətindən çıxdığını elan etmişdi. 

Ümumdünya Səhiyyə Təşkilatının Vuhan şəhərindəki görüşdən sonra bir açıqlama verməməsi onun böyük xətalarından dolayı düşdüyü psixoloji durum səbəbindən ola bilər. Bu həmçinin, özünü qınamaqdan çəkinmək kimi də qiymətləndirilə bilər. Çünki hadisələrin ciddiliyi barədə dünya ictimaiyyətinə sonradan elan edildiydiyi təqdirdə bunun qəzəb doğuracağı da istisna deyil. Buna görə ÜST səssiz qalmağı üstün tutub. 

Koranavirusla əlaqəli məsələlər texniki tibbi məlumat tələb edir. Təbiblər belə bu mövzuda ortaq razılığa gələ bilmirlər. Bəziləri bu virusun məqsədyönlü olduğunu iddia edir. Digərləri bunu sadəcə təsadüfi yayılan virus adlandırırlar. Sadəcə müşahidələrimə əsasən deyə bilərəm ki, Ümumdünya Səhiyyə Təşkilatı özünü burada müqəssir saymaqla yanaşı, hər hansı bir açıqlama da verməkdən çəkinir. 

Elnur Ənvəroğlu 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
Hamısı