“5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaq” İsrailli politoloq

Müsahibələr 13:24 13.04.2021

İkinci Qarabağ müharibəsində uduzan Ermənistan bir neçə aydır ki, özünə gələ bilmir. Vaxt rəsmi İrəvanın əleyhinə işləyir. Çünki daxildə vəziyyət getdikcə kritikləşir. Və belə bir vaxtda hakimiyyətin dəyişilməsi an məsələsidir. Həm də ona görə ki, müxalifət, o cümlədən “Qarabağ klanı” kifayət qədər fəaldır. Onlar hakimiyyətə gələcəkləri təqdirdə qisas alacaqlarını deyirlər. Elə isə ehtimal olunan çevrilişin nəticəsində nələr dəyişə bilər? “Dəmir yumruğumuzu” növbəti dəfə işə salmağa ehtiyac olacaqmı?

Eurasia Diary xəbər verir ki, israilli politoloq Mixail Finkel bu mövzuda sherg.az-ın suallarını cavablandırıb:

- Azərbaycanın tarixi qələbəsi barədə nə düşünürsünüz?

- Sözügedən uğuru yüksək qiymətləndirirəm. Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdı. Həmin nailiyyətin arxasında dövlət başçınızın müdrik siyasəti, uzaqgörənliyi dayanır. O, hər şeyi dəqiq hesablamışdı. Atılan uğurlu addımlar nəticəsində ərazi bütövlüyünüz bərpa olundu. Bu, çox vacib idi.

- Ermənistandakı daxili vəziyyət barədə nə deyə bilərsiniz?

- Rəsmi İrəvanda iqtisadi və ideoloji böhranın tüğyan etdiyi aydındır. Hakimiyyətə inam itib. Əslində mən hadisələrin belə cərəyan edəcəyini əvvəlcədən proqnozlaşdırmışdım. Məncə, Ermənistanın müstəqilliyi də sual altındadır. Revanşist qüvvələrin baş qaldırması isə hər iki dünya müharibəsində məğlub olan Almaniyanı xatırladır.

- Necə düşünürsünüz, Paşinyan hakimiyyətdə qala biləcək, ya devriləcək?

- Fikrimcə, indi olmasa belə, növbəti etirazlarda “taxtdan salınacaq”. Çünki xalq onu sevmir. İnsanlar müharibədəki məğlubiyyətin, yaranmış iqtisadi böhranın günahını məhz mövcud iqtidarda görürlər.

- Paşinyan Rusiyanın silahlarını bəyənmədiyini demişdi. Sizcə, Putin bu bəyənatına görə onu bağışlayacaq?

- Siyasətdə daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə deyiləcək sözlər var. Ermənistan baş naziri bəzən bunları qarışıq salır. O, rəsmi Moskvanın bu açıqlamaya çox da fikir verməyəcəyini gözləyirdi. Əslində, məncə, belə də olacaq. Tərəflər arasında münasibətlərin korlanacağına inanmıram. Hər halda Ermənistanda Kremlin 102-ci hərbi bazası yerləşibsə, Rusiyada erməni diasporu fəalaiyyət göstərirsə, Moskva bütün hallarda öz forpostunu dəstəkləyəcək.

- Ümumiyyətlə, baş verən proseslərdə Rusiyanın istədiyi nədir?

- Rusiya öz ampluasındadır. O, ənənəvi mövqeyini dəyişmir. Hələ Çar vaxtında İrandan İrəvan xanlığına ermənilər köçürülüb. Ermənilərə hər cür dəstək verilib. Sonra bu, bolşeviklər dövründə də davam etdirilib. Çoxəsrlik siyasət indi də öz sözünü deyir. Əslində Kremlin düşmənlərinizi dəstəkləməyi təbiidir. Birincisi, eyni din, yəni xristianlıq amili şimal qonşunuzun tərəf tutmasına səbəb olur. İkincisi isə, rəsmi Moskva məhz Ermənistan vasitəsilə bölgəyə nəzarət etmək istəyir. Lakin müdrik siyasətçi İlham Əliyev özünün balanslaşdırılmış siyasəti ilə bu “oyunu” poza bilər. Rusiya ilə münasibəti qorumaq yaxşı haldır. Azərbaycan həm də Türkiyə ilə Rusiya əməkdaşlığına şərait yaradır.

- Sizcə, növbəti müharibə başlaya bilərmi?

- Ehtimal çoxdur. Lakin ermənilər əvvəlcə silahlanmalı, yeni texnikalardan istifadəni öyrənməlidirlər. Zənnimcə, təxminən 5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaq.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı