Ermənistan qadağan olunmuş "İskəndər-M"-i haradan alıb Ekspertlər danışır

Müsahibələr 15:39 16.04.2021

Azərbaycan, Ermənistanın Dağlıq Qarabağın Şuşa şəhərinə atdığı "İsgəndər-M" raketlərini necə əldə etdiyi sualına cavab gözləyir.

“Erməni ordusu bu raketləri haradan alıb? Bu raketlər onda olmamalı idi. Bu əyani sübutdur. Ermənistanda müharibə cinayətinin sübutudur və bu ölümcül silahın Ermənistanın əlinə necə keçdiyinə cavab istəyirik. İndiyə qədər cavab ala bilməmişik, ancaq alacağıq”, İlham Əliyev deyib.

O, İskəndər raketlərinin "Şuşa azad edildikdən sonra istifadə edildiyini" əlavə etdi. “Bizdə kifayət qədər məlumat var. Yalnız rəsmi bir açıqlama gözləyirik”, dövlət başçısı dedi.

Aprelin 2-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA), 2020-ci ilin payızında Qarabağdakı hərbi əməliyyatlar zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi İskəndər taktiki raket sistemlərinin qalıqlarını nümayiş etdirdi. ANAMA sözçüsü, tapılan qalıqların İskəndər-M raket sistemindən atılan raketə aid olduğunu söylədi.

Eurasia Diary ekspertlərlə müsahibəni təqdim edir:

Hərbi ekspert Aleksandr Artomonov bildirib ki, İskəndər raketləri istehsal olunduğu yerdən, yəni yalnız Rusiyadan tədarük edilə bilərdi: "Lakin Ermənistana bu raketlər göndərilməyib, yəqin ki, oğurlanıb. Həm də bu İskəndər-E, yəni eksport üçün olanı deyil, İskəndər- M-dir. Bu, atış məsafəsi 400-800 km olan ballistik raketdir. MDB məkanında bu raketlərdən yoxdur. Raket yarım tonluq partlayıcı maddədən ibarət olub uzunluğu iki metrə qədərdir. Raketin niyə partlamamasına gəldikdə isə atış kodu yoxdur və istifadəsi üçün 3-4 ay təlim keçmək lazımdır. Şübhə edirəm ki, sursatın olduğu 4 ağır yük avtomobilini göndərə bilərdilər. Bu raketlər oğurlanıb. Raketlərin quraşdırılması üçün dörd maşın lazımdır. Kod olmadığı üçün qeyri-peşəkar atış olub. Mən bunu məhz təxribat adlandırıram. Bu təxribata Paşinyan da qoşulub. Çünki, o demişdi rus raketinin 90 faizi partlamayıb. Keçmiş Baş qərargah rəisi Movses Akopyan Paşinyanın bəyanatını təəccüblə qarşılamışdı. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə düzgün yanaşma sərgilədi. Azərbaycan spekulyasiyaya getmədi. Mənim versiyam budur ki, bu, Ermənistan hakimiyyəti tərəfindən yüksək səviyyədə hazırlanan təxribatdır. Məqsəd isə hətta ABŞ deyil, Avropa və yaxud məhz Fransa xüsusi xidmət orqanları tərəfindən İrəvanda su bulandırmaq və Rusiyaya Türkiyə və Prezident Ərdoğan tərəfindən sərt reaksiya verilməsidir. Və Avropa Rusiyaya yeni sanksiya tətbiqi üçün bəhanə əldə edəcək. Bununla da sülh istəməyən, Qafqazda Rusyanın rol oynamasını istəməyən ölkə qalib gələcəkdi. Azərbaycan rəhbərliyi siyasi düşüncə nümayiş etdirdi. İlham Əliyev və Putin öz növbəsində araşdırmanı başlatdı. Bütün ağıllı tərəflər, Rusiya və Azərbaycan yanğını söndürə bildilər. Ermənistan ötən il Qara dənizdə NATO-nun manevr təlimlərində iştirak etməyə qərar verdi. Ermənistan kursu dəyişdi və bu məyusedicidir”.     

“The Greater Middle East” layihəsinin rəhbəri, poitoloq Əli Hacızadə hesab edir ki, burada yalnız bir variant mümkündür: "Rusiya İskəndər-M modifikasiyalı bu raketləri Ermənistana tədarük edib. 2018-ci ildə Rusiyanın “Kommmersant” nəşri öz mənbələrinə istinad edərək Ermənistanın İskəndər-M reketini aldığını yazmışdı. Bu, məqsədli şəkildə Rusiya ordusundan Ermənistana verilib. Aprel hadisələrindən sonra Kommersant nəşri bu raketlərin Ermənistan tərəfindən alınması barədə yazı dərc etdirmişdi. Və bu raketlər 5 ildir ki, qanunsuz olaraq Ermənistanda olub".

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib ki, fevraldan bəri müzakirə edilən bu mövzu məntiqi sonluğa gəldi: "İndi rahat demək olar raketləri Rusiya tərəfi satıb, Rusiya və Ermənistan məlumatı yalanlasa da Kommersant nəşrinin 2018-ci ildə dərc edilən məqaləsində Ermənistanın qanunsuz olaraq İskəndər-M modifikasiyalı raketlər aldığı deyilir. Və Rusiyanın bunu qüvvələr balansının saxlanması üçün etdiyi bildirilir. İskəndər-M raket kompleksinə 4 qurğu və hər birində 2 ədəd olmaqla 8 raket daxildir. Maraqlıdır, Azərbaycanı yalan danışmaqda ittiham edən rus və erməni ekspertlər indi nə cavab verəcək?"

İsrailli ekspert Arye Qut qeyd edib ki, Ermənistan uzun illər davam edən işğal zamanı Rusiyadan hərbi silah və sursat alıb: "Mən Azərbaycan Prezidentinin çıxışını çox bəyəndim. O, dedi ki, “Biz bilirik bu raketləri kim göndərir, sadəcə rəsmi açıqlama gözləyirik". Azərbaycanda bu raketin haradan atıldığını müşahidə etmək üçün imkanlar var. İsrail KİV-də belə bir məlumat vardı ki, bu raket ümumiyyətlə Suriyadakı Rusiya hərbi bazasından atılıb. İskəndər raketi İsrail raketi Dəmir gümbəzin bir hissəsi olan “Barak”la zərərsizləşdirilib. Ermənistan fiaskoya uğramış ölkədir. Mən əmin deyiləm ki, məhz Ermənistan atıb, amma Ermənistan atmayıbsa o zaman... Rusiya hələ ki, siçan-pişik oyunu oynayır. Azərbaycan emosiyasız geosiyasət yürüdür. 

“Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə raketlərin kimə məxsus olduğunun məlum olduğu, lakin Ermənistanın bu silahı necə əldə etdiyinin bilinmədiyini deyib: "Bu raketlər Konvensiya ilə qadağan olunub. Həmçinin göndərən ölkə məsuliyyət daşıyır. Ermənistan bunu necə əldə edib? Hazırda çox sayda versiya səslənir. Lakin hər şey açıqlanmadan versiyalar üzərində durmağı düzgün hesab etmirəm.

Daha ətraflı videoda:

Cəmilə Çebotareva


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı