Çərşənbə axşamı, Belarus Prezidenti Alexandr Lukaşenko İlham Əliyevlə danışıqlar aparmaq üçün Bakıya səfər etdi.
Prezidentlər təxminən beş saat davam edən və yalnız gecə yarısı başa çatan qeyri-rəsmi görüş keçiriblər.
Aleksandr Lukaşenko qeyd edib ki, Belarus ilə Azərbaycan siyasi və iqtisadi sahələrdə mükəmməl münasibətlər qurublar.
Bununla bağlı Eurasia Diary hərbi-siyasi ekspert Yegor Lebedokdan müsahibə alıb.

Y.Lebedokun sözlərinə görə, Belarus və Azərbaycan arasında siyasi-iqtisadi və hərbi-texniki sahədə münasibətlər uğurla inkişaf edib: "Lukaşenko və Əliyev görüşündə ticarət mübadiləsi - Belarus tərəfdən hərbi sahədə, eləcə də dəmir yolu vaqonları, tramvay vaqonları, meşə materialları, kənd-təsərrüfatı texnikası, Azərbaycan tərəfindən isə neft məhsullarının tədarükü, Belarus maliyyə-sənaye bölməsinə kapitalın yatırılması müzakirə edilib. Həmçinin, iki ölkə liderlərinin şəxsi dostluq münasibətləri var".
Ekspert bildirib ki, Azərbaycan, Belarus və Rusiya arasında gedən ticarət müharibələri zamanı Belarusa çox kömək edib: "Belarus Qarabağda işğaldan azad edilən ərazilərdə aparılan bərpa işlərində öz töhfəsini verməyə hazırdır".
Daha ətraflı video materialda:
Cəmilə Çebotareva