ABŞ-ın geri çəkilməsi, Britaniyanın Qara dənizə girməsi növbəti manevrdir Ekspert

Müsahibələr 15:53 19.04.2021

Ukrayna ilə Rusiya arasındakı hər gün yüksələn gərginlik artıq Britaniyanı da silaha əl atmağa vadar edib. Ötən gün verilən rəsmi məlumata görə, Krallıq hava hücumundan müdafiə raketləri ilə təchiz olunan Tip 45 və sualtı gəmi əleyhinə Tip 23 freqat gəmilərini artıq Qara dənizə doğru yola salmağı planlayıb. Qeyd edək ki, bu ani qərar ABŞ-ın hərbi gəmilərinin Qara dənizə keçmə qərarını müvəqqəti geri çağırmasından sonra meydana çıxıb. 

Tarixən aralarında bəzi ziddiyyət doğuran məsələlər olsa da, ABŞ və Britaniya ortaq bir maraq nöqtəsində birləşirlər. Bu dəfə onları Ukraynaya dəstək və Rusiyaya qarşı ortaq maraqlar birləşdirir. Bəs görəsən, Britaniya bu yolda nə qədər irəliləyə biləcək? Bu yolda Rusiya ilə qarşı-qarşıya gələcəyini gözə alıbmı?

Britaniyalı jurnalist, siyasi ekspert Neyl Uatson Eurasia Diary-yə müsahibəsində bu və digər suallara aydınlıq gətirib. 

The loss of the four young men is extremely sad and we share grief of their  families – British journalist | Eurasia Diary

- ABŞ Qara dənizdəki hərbi döyüş gəmilərini yerləşdirməkdən müvəqqəti imtina etdikdən sonra, İngiltərə Ukrayna ilə Rusiya arasında gərginliyin artması səbəbilə hava hücumundan müdafiə raketləri ilə təchiz olunan Tip 45 və sualtı gəmi əleyhinə raketləri olan Tip 23 freqat gəmilərini Qara dənizə göndərməyə qərar verdi. İngiltərənin bu münaqişəyə qarışmaqda marağı nədir?

- İngilislərin bu münaqişədə aktiv iştirakı tamamilə siyasi əsaslara malikdir. İlk öncə qeyd etməliyəm ki, bu, İngiltərənin ABŞ-ın rəhbərlik etdiyi bir qurum olan NATO ilə fəal həmrəyliyini göstərmək cəhdidir. Bundan əlavə, “Breksit”dən sonrakı dönəmdə ABŞ İngiltərənin ən güclü cari və gələcək ticarət tərəfdaşı sayılır. 

Digər əsas məsələ isə Rusiyanın qərb üçün böyük və tarixi düşmən kimi qəbul edilməsidir. Onun mövqeyi geniş şəkildə qərbin təhlükəsizliyinə təhdid kimi qəbul edilir. Məsələn, hələ o zaman Sergey Skripalın Solsberi şəhərində rus casusu tərəfindən “Noviçok”la zəhərlənməsindən sonra İngiltərə Rusiyaya qarşı sanksiyalar qəbul etmişdi. Onu da qeyd edim ki, ötən həftə Skripalı zəhərləyən rus casusların 2014-cü ildə Çexiyada silah-sursat fabrikində partlayış törətdiyi iddia olundu. Bu, hər iki tərəfdən diplomatların qarşılıqlı şəkildə ölkədən qovulması ilə nəticələndi. 

Ümumiyyətlə, hazırda Britaniya mətbuatı bu cür məsələlərə köklənib. Düşünürəm ki, Britaniyanın Ukrayna məsələsində atacağı addım hər yerdə gündəmi zəbt edərək böyük maraqla izlənir.  

- ABŞ-ın gəmilərini Qara dənizə göndərmə qərarını müvəqqəti təxirə salmaqla, bu bölgədə avanqard rolunu Britaniyaya devr etdiyini söyləyə bilərikmi? 

- Hesab edirəm ki, ABŞ hərbi gəmiləri Qara dənizə göndərməməklə öz tərəfindən çox anlayışlı davranış sərgiləmiş oldu. Ümumiyyətlə, Bayden administrasiyası Ukraynadakı potensial vəziyyəti gərginləşdirməkdə o qədər də həvəsli deyil. O üzdən də Britaniya donanması ABŞ üçün sadəcə məntiqi bir seçimdir.

ABŞ hərbi gəmiləri bölgəyə göndərməklə vəziyyətin ən pik nöqtəyə gələ bilməsi ilə yanaşı, bir növ kəskin qarşıdurmanın yaranacağını düşünür və bundan bərk narahatdır. O üzdən də burada İngiltərə daha az aqressiv bir seçim olaraq qəbul edilir.

- Qarabağ konflikti zamanı Qərb daim Azərbaycanı sülhə çağırırdı və problemin silah yolu ilə həll edilməsinin yolverilməz olduğunu bildirirdi. Ukrayna problemində isə Qərb Kiyevə hərbi yardım göstərəcəyi ilə bağlı bəyanat verməkdən belə, çəkinmir. Sizcə Britaniya Rusiya ilə qarşıdurmanı gözə alaraq, axıra qədər gedəcəkmi? 

- Sualın ikinci hissəsindən başlayaraq deyim ki, İngiltərənin bu konfliktdə iştirakını sanki bir mövqe sərgiləmək kimi görürəm. Bu gərginlik qanlı qarşıdurmaya çevrilərsə və burada ingilis donanmasının personalı öldürülərsə və yaxud yaralanarsa, bu, mövcud İngiltərə hökuməti ilə bağlı mənfi ictimai rəyin formalaşmasına gətirib çıxaracaq. 

Hesab edirəm ki, Britaniya hökuməti bu münaqişədə iştirak etməklə Rusiyaya ciddi meydan oxumaqdan daha çox, öz siyasi mənafeyinə xidmət edir.

İngiltərənin, eləcə də Qərbin İkinci Qarabağ müharibəsinə reaksiyasını nəzərdən keçirsək, burada ikili standartların olduğunu görə bilərik. Lakin bu, daha çox Qarabağ münaqişəsinin tarixinə bağlıdır. Eyni zamanda, qeyd etməliyəm ki, Qarabağ münaqişəsində Azərbaycanın qarşı-qarşıya gəldiyi qüvvə Qərbin düşməni deyil, daha çox dostu olan Ermənistandır. Ukrayna münaqişəsində isə Qərbin qarşısında ümumi düşmən sayılan Rusiya durur. Yanaşmanın fərqli olmasının səbəblərindən biri də budur. 

Elnur Ənvəroğlu 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı