Rusiya yeni sanksiyalarla üz-üzə Çin isə dünyaya təzminat ödəyə bilər

Müsahibələr 15:45 03.05.2021

Bu həftə İngiltərənin paytaxtı Londonda G7 ölkələrinin xarici işlər nazirləri arasında üzbəüz görüş keçiriləcək. G7 ölkələrinin rəhbərlərinin zirvə toplantısının baş tutmasından tam bir ay öncə planlanan bu görüşdə Rusiya və Çininin apardığı siyasət də masaya oturdulacaq. 

Qeyd edək ki, görüşdə ABŞ-ın prezidenti Co Bayden ilk dəfə Avropaya təşrif buyuraraq, aparıcı dövlətlərin toplantısında lider kimi iştirak edəcək. 

Qərbin əsas hədəfi olan Rusiya daha çox Ukrayna məsələsi və əvvəllər Avropa və Amerikada casusların əli ilə törətdiyi təbliğat və təxribatlarda təqsirli bilinərək sanksiyalara məruz qala bilər. Burada daha çox Rusiyanın dövlət sistemində yer alan şəxslər, o cümlədən onlara çalışan media və digər qurumlar qara siyahıya alınaraq Avropa məkanından təcrid edilməsi barədə qərar qəbul edilə bilər. 

Çin isə dünyaya XXI əsrin ən böyük böhranını yaşadan koronavirus pandemiyasının yayılma səbəbkarı olaraq və Ümumdünya Səhiyyə Təşkilatını bu məsəldə vaxtında və yetərli şəkildə məlumatlandırmamaqda ittiham edilərək ağır təzminat tələb edilə bilər. 

Siyasi analitik Engin Özer Eurasia Diary-yə müsahibəsində G7 toplantısından gözlənilənləri şərh edib.  

Engin ÖZER:Ankara,Afrikadaki güvenlik konseptini tamamen değiştirmeli –  KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

- Bu həftə Britaniyada G7 ölkələrinin xarici işlər nazirləri arasında üzbəüz görüşü keçiriləcək. Gələn ay üçün nəzərdə tutulan Zirvə toplantısı öncəsi bu görüşdən nələr gözləmək olar?

- Qeyd edə bilərəm ki, bu toplantı nəticəsində bir daha Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müşahidə edəcəyik. Məlum olduğu kimi, Avropa artıq Rusiyanın Ukrayna ərazilərinə basqın edəcəyi təqdirdə Rusiyanı beynəlxalq bank sistemi olan SWIFT-dən çıxaracağı barədə qərar qəbul edib. Bu barədə G7 toplantısında da yeni təkliflər irəli sürülə bilər. 

Ümumiyyətlə G7 toplantısının iki əsas mövzusu gündəmdə müzakirə olunacaq. Bunlardan ən birincisi Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təcavüzüdür. İkincisi isə dünyada iqlim dəyişikliyi məsələsidir. 

- Zirvə toplantısında ABŞ Prezidentinin andiçmə mərasimi də ayrıca olaraq qeyd ediləcək. Hələ 2014-cü ildə Krımı ilhaq etməsi səbəbindən G8-dən xaric edilən Rusiya yenə də toplantıda yer almayacaq. Görüşdə həmçinin, Rusiya və Çin məsələsi müzakirə olunacaq. Bu iki dövlətlə bağlı hansı qərarlar qəbul edilə bilər? 

- İlk növbədə Avropa Birliyi Qərbin canını boğaza yığan Rusiyanı ciddi şəkildə hədəfə alıb və əsasən də, onu bütün beynəlxalq tədbirlərdən izolə etməyə başlayıb. Bəhs etdiyiniz kimi, Rusiya G8-dən hələ 2014-cü ildə Krımın ilhaqı ilə əlaqədar xaric edilmişdi. Bu dəfə Rusiyanın, az öncə qeyd etdiyim kimi SWIFT sistemindən məhrum edilməsi müzakirəyə qoyula bilər. Bundan əlavə, G7-də iştirak edən dövlətlər tərəfindən Rusiyanın “Rosatom” şirkətinin nüvə fəaliyyətinə sanksiyanın tətbiqi, həmin ölkələrdə rus oliqarxlarının yaxın qohumlarının, eləcə də rus hökumətinə çalışan şəxslərin oturum vizalarının ləğv edilməsi, həmçinin Rusiya dövlət televiziyasında təbliğat fəaliyyəti ilə məşğul olan Vladimir Solovyov kimi insanların Avropada yaşaması, hətta mülklərinin müsadirə edilməsi barədə qərarlar qəbul edilə bilər. 

Çinə gəldikdə isə bundan çox zərər görən Avropa ona qarşı Covid-19-un yayılma mənbəsi olması ilə bağlı ittiham irəli sürə bilər. Çünki artıq pandemiya bitmək üzrədir və bundan yaxasını güclə qurtaran Avropa bu mövzuya yenidən qayıda bilər. 

- Britaniyanın xarici işlər naziri Raab Dominik Rusiya və Çinin region dövlətləri və Qərb üçün bir təhdid olduğunu vurğulayıb. O, həmçinin, Covid-19 pandemiyasının yaranma səbəbi və bunun yayılmasında ilkin mənbə olaraq Çinin dayandığını müzakirə edəcəyini vurğulayıb.

- Çin Covid-in mərkəz nöqtəsi olsa da, bu böhrandan ən asanlıqla yaxa qurtaran ölkə oldu. Hətta Çin İtaliya və onun kimi digər ölkələri yayılma səbəbi ilə ittiham etməyə başladı. Lakin Çin burada xəstəliyin ilk yayılan mərkəz ölkəsi olduğu üçün onu yoluxma statistikasının və laboratoriya test nəticələrinin vaxtında yayımlamamaqda ittiham edə bilər, hətta ondan bütün dəyən ziyanın təzminatını ödəməsini tələb edə bilərlər. Ola bilər ki, Çin bunun Qərbdən ona qarşı bir təxribat olduğunu iddia edə bilər. Lakin Çinin bu virusun yayılmasını bilə-bilə, açıq bazarlarda nəzarətdən kənar ət məhsullarının satılmasına göz yumması və dünyanı baş verən təhlükə barədə xəbərdar etməməsi onun bir daha günahkar olduğunu göstərir. 

Öz təcrübəmdən çıxış edərək bildirmək istərdim ki, mən Konqo Demokratik Respublikasında yaşayarkən insanların orada yarasa əti yediklərinə şahid idim və bunun nəticəsi olaraq orada Ebola virusu yayılmağa başladı. Bu elmdə də sübut olunub ki, bir çox yeyilməsi məsləhətli olmayan heyvanların əti insan orqanizmində əks reaksiya nəticəsində təhlükəli virusların formalaşmasına gətirib çıxara bilir. Eyni situasiya Çində də mövcud olub və bu zamanında qarşısı alınmayıb. O üzdən də Avropa və G7-ə qatılan digər ölkələr indi olmasa da, 2022-ci il ərzində Çindən məsuliyyətsizlik ucbatından onlara dəyən bütün zərərin ödəməsini tələb edə bilərlər.  

Elnur Ənvəroğlu
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı