Birinin qələbəsi o birinin güclənməsi ola bilər Şotlandiya seçkiləri ilə İranı nə birləşdirir

Şotlandiya parlament seçkilərindəki qələbədən sonra tam müstəqil ola bilər. Bu isə Britaniyanın nüvə bazasının gələcəyinə kölgə salır, İran və digər rəqiblərə isə böyük şans verir.

Müsahibələr 17:05 05.05.2021

Cümə axşamı Şotlandiyada parlament seçkilərinin keçirilməsi gözlənilir. Uzun zamandır müstəqillik uğrunda mübarizə aparan Şotland Milli Partiyası bu dəfə şansın onların üzünə güləcəyindən arxayındır. 

Partiya lideri və Şotlandiyanın tarixində ilk xanım nazir olan feminist ruhlu Nokola Stargin qarşıdan gələn seçkidə 129 deputat kreslosundan ən azı 67-nə partiya təmsilçilərinin sahib olacağını bildirib. Beləliklə, Şotlandiyanın müstəqillik tərəfdarları ümidvardırlar ki, bu dəfə Birləşmiş Krallığın qanadından qoparaq tam müstəqilliyi elan edə biləcəklər. 

Lakin Şotlandiya Milli Partiyasının qələbəsi təkcə Britaniyanın tərkib hissəsindən ayrılması demək deyil. Bu ayrılıq həm də Şotlandiyanın Birləşmiş Krallığın qarşısına ağır tələblər qoyması ehtimalı yaradır və rəsmi London üçün bir o qədər də ürək açan deyil. 

Britaniyalı siyasi analitiklərin fikrincə, Şotlandiyanın müstəqillik tərəfdarları  seçkilərdəki qələbədən sonra Qlazqo şəhərinin 42-ci kilometrliyində yerləşən, Britaniyanın Foslan hərbi dəniz bazasındakı sualtı nüvə daşıyıcı gəmisinin çıxarılmasını tələb edə bilər. 

Məlumat üçün qeyd edək ki, Foslan hərbi dəniz bazası 1960-cı illərdə meydana çıxan soyuq müharibə səbəbindən Böyük Britaniya tərəfindən inşa edilib. Bazada hazırda müdafiə məqsədi üçün iyirmi ədəd aviadaşıyıcı və hücum gəmisi, “Hanter Killer” adlanan 7 sualtı gəmi ilə yanaşı, 180 nüvə raketinin saxlanıldığı bildirilir. Digər mənbələrin məlumatına görə, Baş nazir Boris Conson həmin raketlərin sayının 260-a çatdırılacağını qeyd edib. 

Britaniyanın hərbi rəsmiləri iddia edir ki, nüvə raketlərinin məqsədi birbaşa İran, Rusiya, Çin və Şimali Koreyadan gələ biləcək təhlükələrin qarşısını almaq üçündür. Əgər Şotlandiya inadından dönməzsə, bu, xüsusilə İranın nüvə cəbhəsində qol-qanad açmasına zəmin yaradacaq. Lakin sülh və barışı əsas tutan Şotlandiya rəhbərliyi hərbi bazanın onun ərazisində olmasını qəti olaraq qəbul etmir. 

İngiltərədən olan beynəlxalq jurnalist, siyasi ekspert Neyl Uatson Eurasia Diary-yə mövzu barədə müsahibə verib.

The loss of the four young men is extremely sad and we share grief of their  families – British journalist | Eurasia Diary

- Cümə axşamı Şotlandiyada parlament seçkiləri keçirilir. Ötən gün verilən xəbərə görə, Şotland Milli Partiyası 129 kreslo uğrunda gedən mübarizədə 67-nə sahib çıxacağı  ilə bağlı ilkin proqnoz verilib. Şotlandiyanın Baş naziri və partiya lideri Nikola Starginin Şotlandiyanın tam müstəqil olmasını təmin edə biləcək bu seçkilərdə qalib gəlmək şansı nə qədərdir?

- Düşünürəm ki, Nikola Starginin bu seçkilərdə qalib gəlməsi ehtimalı azdır. Bunun bir neçə səbəbi var və bunlardan biri son bir neçə həftə ərzində Starginin Şotland Milli Partiyasının keçmiş liderini dövlət əmlakının mənimsənilməsində əsassız təqsirli bilərək onu uğursuz formada ittiham etməsidir. Nə üçün məhz uğursuz, çünki məhz bu haqsız ittihamlardan sonra çox sayda dəstəkçisini itirdi. 

Bundan əlavə, Böyük Britaniyanın Baş naziri Boris Conson bundan sonra müstəqillik referendumu olmayacağını söyləyib. O üzdən də Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılaraq müstəqil dövlət olması qeyri realdır.  

- Bu seçkidən sonra Şotlandiya müstəqilliyini qazanarsa, onun dəniz sərhədi ərazisində olan İngiltərənin Foslan hərbi bazasındakı “Trident” sualtı tipli nüvə əleyhinə sisteminin gələcək taleyi barədə məsələ qaldırmaq hüququ əldə edə bilər.

- Şotland Milli Partiyası “Trident” sualtı tipli nüvə əleyhinə qurğunun fəaliyyətinin qarşısının alması barədə hər zaman çıxış edib. Qeyd edim ki, bu yaxınlarda Baş nazir Boris Conson şəxsən özü Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nüvə arsenalının 40 faiz artımını təklif etdiyini açıqladı. 

Onu da əlavə edim ki, 2016-cı ildə Britaniya parlamentindəki 59 şotland millət vəkilindən 58-i “Trident” sualtı sisteminin yenilənməsinin əleyhinə səs verdi. Hazırda Şotlandiya əhalisinin yüzdə 56-sı bunun Soyuq Müharibədən sonra yersiz olduğunu və külli miqdarda vəsait tələb etdiyini bildirərək etiraz edir. Onların iddiası sadəcə Şotlandiyanı nüvə silahından xilas etməkdir.

Əlbəttə ki, bütün bunlar nüvə hücumundan müdafiə bazasının gələcəyini şübhə altına alacaq, lakin inanıram ki, burada sağlam düşüncə mütləq olaraq üstünlük qazanacaq. Burada sırf müdafiə məqsədi üçün nəzərdə tutulan həm nüvə, həm də adi silahların sayı barədə Britaniya Donanması ilə Şotlandiya arasında uzun sürən danışıqların aparılacağı gözlənilir.

- 1960-cı illərdəki Soyuq Müharibə təhlükəsinə qarşı ingilis donanması “Foslan” hərbi bazanı təsis etdi. Bu gün də İngiltərə Rusiya, Çin, İran və Şimali Koreyanı hərbi sahədə təhdid kimi görür, bunu onlara qarşı bir müdafiə sistemi kimi hesab edir. Bəs müstəqil olduqdan sonra həmin bazanın fəaliyyətinə qarşı çıxacağını deyən Şotlandiya bazanın bundan sonrakı fəaliyyəti ilə bağlı Britaniya ilə hansı formada razılığa gələ biləcək?

- İlk öncə qeyd edim ki, fikrimcə, Şotlandiyanın müstəqilliyi ilə bağlı heç bir referendum olmayacaq. Bundan əvvəl keçirilmiş iki referendum Şotlandiyanın Böyük Britaniyanın bir hissəsi olaraq qalmasının lehinə olub. Şotlandiyanın müstəqillik qazanması hipotetik olsa da, Şotlandiya rəhbərliyinin Britaniya adalarının təhlükəsizliyi üçün Rusiyaya və bizi təhdid edən bəzi digər ölkələrə qarşı heç bir tədbir görməyəcəyinə əminəm.

- Bir çox britaniyalı ekspertin fikrincə, Şotlandiya öz müstəqillik statusundan faydalanaraq İngiltərəyə aid nüvə əleyhinə hərbi bazanın fəaliyyətini dayandırmaqla rəqib ölkələrin, eləcə də İranın xeyrinə işləmiş olar. Sizcə bu, xüsusilə Tehrana nüvə sahəsində hansısa qələbə qazandıracaqmı?

- Əlbəttə ki, İngiltərə kimi güc dövlətlərinin hər hansı bir sahədə zəifləməsi İran və Rusiya kimi nəhəng ölkələrin əlinə fürsət kimi düşəcək. Belə olan təqdirdə onlar bu fürsətdən hərtərəfli yararlanmağa çalışacaqlar. Belə ki, hər iki dövlət kiçik dövlətlərin əli ilə öz planlarını həyata keçirməyə çalışacaq. Məsələn, Şotlandiyanın hazırki durumu buna misal ola bilər. 

Bütün bunlara baxmayaraq, mən İngiltərənin zəifləməyəcəyi və silahlı qüvvələrində hər hansı bir çatışmazlığın olmayacağı qənaətindəyəm. Əminliklə deyə bilərəm ki, təhlükəsizlik xidmətimiz düşmən ölkələri daim izləyir və İngiltərə hərbi müdafiə rəhbərliyi ümumi hərbi güc və silah arsenalının təhlükəli səviyyədə azalmasına imkan verməyəcək. 

Elnur Ənvəroğlu
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı