Ankaranın aktivliyi Moskvanı hiddətləndirə bilər, amma başa düşür ki, başqa yol yoxdur Ekspert

Müsahibələr 09:30 07.07.2021

Son zamanlar Türkiyə və Ukrayna arasında münasibətlər həm siyasi, həm də hərbi sahədə daha da inkişaf etməyə başlayıb. Bu fəallıq xüsusilə də  Ukrayna prezidenti Vladimir Zelenskinin də qeyd etdiyi kimi, “türk dostların” Ukraynanın hərbi donanmasını müasir standartlara uyğun yeniləməsi ilə özünü göstərməyə başlayıb. 

Qeyd edək ki, Ankara və Kiyev arasında Ukrayna ordusu üçün hərbi gəmi hazırlanması barədə razılıq əldə edilib. Türkiyə tərəfi bildirir ki, korvet tipli gəminin bir hissəsi artıq demək olar ki, hazırdır. Gəminin tam inşasının isə 2023-cü ildə bitəcəyi bildirilir.  

Bundan əlavə Zelenski Ukrayna əsgərlərinin Türkiyədə hərbi təlimləri, eləcə də mümkün hərbi əməliyyatlar zamanı istifadə etmək üçün pilotsuz “Bayraktar TB-2” hərbi dronlarının alınması barədə də söz açıb. 

Ümumiyyətlə, son dönəmlərə nəzər saldıqda Türkiyənin Ukrayna ilə yanaşı, Orta və Yaxın Şərq, eləcə də Qafqazda əlaqələrinin genişləndiyini görmək olar. Türkiyənin Liviya, Suriya və ən son günlərdə Əfqanıstanda hərbi aktivliyi aparıcı dövlətlərin nəzərini cəlb etməkdədir. Bu, həmin əraziləri özünün tarixi maraq dairəsi hesab edən Moskvanın qıcıqlanmasına səbəb olur. Türkiyənin Ukrayna ilə münasibətləri isə hətta açıq qəzəb formasına keçib. Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyəni dost olmayan münasibət sərgiləməkdə ittiham etmişdi.

Yeri gəlmişkən onu qeyd etmək lazımdır ki, Rusiyadakı radikal millətçilər də hərəkətə gətirilib. Rəsmi Kreml açıq deyə bilmədiyi sözləri onların dili ilə dedirtmə üsulunu işə salıb. Qatı ermənipərəst, anti-Azərbaycan və anti-Türkiyə mövqeyi ilə tanınan teleaparıcı Vladimir Solovyovun Türkiyəyə qarşı təbliğat maşınını işə salması, qalmaqallı rusiyalı siyasətçi Vladimir Jirnovskinin “Türkiyə ilə müharibə hazırlığına başlamaq lazımdır”, “İstanbulu mühasirəyə alacayıq” kimi ifadələr işlətməsi bu əhval-ruhiyyənin göstəricisidir. 

Eurasia Diary yaranmış vəziyyətlə bağlı politoloq Tural İsmayılovdan açıqlama alıb.  

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yenicag.Az

- Türkiyənin Ukrayna ilə olan hərbi və siyasi bağlılığı Rusiyadakı bəzi dairələri bərk qəzəbləndirib. Hökumət səviyyəsində bu qıcıq özünü açıq şəkildə göstərməsə də, Jirinovski, Solovyov kimi bəzi şəxslər anti-Türkiyə təbliğatına start veriblər. Eyni zamanda, onu da unutmaq lazım deyil ki, Rusiya XİN başçısı Sergey Lavrov səviyyəsində də Türkiyəyə mesajlar ötürülür. İki ölkə arasında münasibətlərin gərginləşməsi baş verə bilərmi?  

- Əlbəttə Türkiyə ilə Ukrayna arasında münasibətlərin dərinləşməsi bir çox dövlətləri narahat edir. Xüsusən də Ukraynanın inkişafını istəməyən və Türkiyə ilə müəyyən nüansda ortaq maraqları olan ölkələr bu münasibətlərə bir qədər qısqanclıqla yanaşır. Buna baxmayaraq, mən düşünmürəm ki, Rusiya Türkiyə ilə Ukrayna arasında münasibətlərdən ciddi narahat olsun. Çünki Rusiya dövləti yaxşı başa düşür ki, Türkiyə son beş il ərzində regional güc rolunu dəyişərək, qlobal güc olmağa doğru gedir. Belə olan təqdirdə, hesab edirəm ki, özəlliklə bizim coğrafiyamızda Türkiyə ilə Rusiya münasibətləri sıx dostluq prinsiplərinə söykənməlidir. Baxmayaraq ki, iki ölkə arasında sərhəd yoxdur, lakin Rusiya bilir ki, onun yaxın qonşuları Türkiyə ilə həmsərhəddir və onunla yüksək səviyyədə münasibətlərə sahibdir. 

Əlavə olaraq qeyd edim ki, Türkiyə son illərdə Rusiya ilə həm Suriya, həm də Qarabağda yeni təsis olunan birgə monitorinqdə ortaq əməkdaşlıq etməkdədir. Bu isə hər iki ölkənin tarixdəki ən yüksək səviyyədə münasibətlər anlamına gəlir. Qaldı ki, Rusiyada Jirinovski, Solovyov və onlar kimi digərləri tərəfindən səslənən fikirlərə, əlbəttə ki, hər iki ölkə arasında müəyyən fikir ayrılıqlarının olması labüddür. Mən əminliklə deyə bilərəm ki, Jirinovski və Solovyov kimi ermənilərin əlində oyuncağa çevrilən hansısa dırnaqarası siyasət adamları Türkiyə ilə Rusiya arasında münasibətlərə xələl gətirə bilməz və onların bu cür qərəzli fikirlərinin heç bir rasional əsası ola bilməz.    

- Türkiyənin hərbi və geosiyasi fəallığının Orta və Yaxın Şərq, eləcə də Qafqazı əhatə etməklə artması əsasən regionda maraqları olan Rusiyanın nəzərini cəlb etməyə başlayıb. Bu irəliləmə Türkiyə ilə Rusiyanın hansısa nöqtədə toqquşmasına, o cümlədən iki ölkə arasında hərbi toqquşmaya səbəb ola bilərmi?

–Türkiyənin geosiyasi fəallığı Rusiyanın diqqət mərkəzində olsa da, bu, Rusiya tərəfindən hər hansı bir əks reaksiyanın baş verəcəyi demək deyil. Əksinə, Rusiya artıq bununla barışıb və Türkiyənin qlobal gücə çevrilməyə doğru irəlilədiyi bir zamanda atdığı addımı anlayışla qarşılayır. Bunu Rusiyanın siyasət adamları, o cümlədən beyin mərkəzləri də normal qəbul etməyə başlayır. Rusiya, bildiyimiz kimi, əhali sayı və hərbi gücünə görə regionda baş verən hadisələrlə bağlı müəyyən qədər söz sahibidir. Eyni zamanda, Rusiya Türkiyənin də bu proseslərdə söz haqqı olduğunu çox yaxşı bilir. O üzdən də hesab edirəm hər iki ölkə bir-birlərini istər regional, istərsə də siyasi sahədə anlayışla qarşılayacaqlar. 

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı