Taliban öhdəlik götürdü əgər xilaf çıxarsa NATO Rusiya və İranla birgə ona qarşı hərəkətə keçə bilər

Müsahibələr 20:11 10.07.2021

Son həftə ərzində Əfqanıstanın təxminən 85%-ni nəzarətə götürən Taliban qüvvələri artıq əllərinin hakimiyyətə uzandığını hiss etdirməyə başlayıb. Ötən gün rəsmi Moskva və Tehranla danışıqlar aparmaq üçün Rusiyaya səfər edən Taliban qüvvələri hətta təhlükəsizlik barədə öhdəliklər götürdüklərini bildirib. 

Taliban əslində Rusiya və İran üçün sərhəd ölkələri ilə bağlı ciddi təhdidə çevrilməyə başlayıdrı. Lakin soyuq qanla ölkəni öz təsir qüvvəsi altına ala bilən Taliban, hətta vaxtilə onu terrorçu təşkilat adlandıran ölkələrin gözündə Əfqanıstanın hazırki hakimiyyətinə alternativ ola biləcək siyasi qüvvə kimi görünməyə başlayıb. 

Taliban delegation meets with special envoy in Moscow - Axios

Öncə ABŞ, daha sonra Rusiya və İran tərəfindən tanınmağa başlayan Taliban artıq sərhəd dövlətləri olan Tacikistan, Özbəkistan, Pakistan, habelə Çinlə aralarında heç bir problem olmayacağına dair öhdəlik götürdüyünü Rusiya və İran qarşısında açıq bəyan edib. Proseslər onu göstərir ki, son günlərdə ciddi insan tələfatları vermdən, ölkədə strateji məntəqələri nəzarətə götürən Taliban özünü doğrultmağa can atır. Lakin burada daha bir nüans vardır. Əgər Taliban götürdüyü öhdəliyi yerinə yetirməzsə NATO-ya üzv olan ölkələr Talibana qarşı nə kimi dəbir görə bilərlər? 

Məsələ ilə bağlı politoloq Sədrəddin Soltan Eurasia Diary-yə müsahibə verib.   

İran seçim qarşısında: Təkcə prezidentliyə yox, Xamneyinin yerinə də  namizəd tapılmalıdır

- Taliban hərəkatının siyasi qanadının nümayəndələri gözlənilmədən Moskvaya səfər ediblər. Nəzərə alsaq ki, Taliban Rusiyada terror təşkilatı kimi tanınır və fəaliyyəti qadağan edilib, bu səfər ciddi sual doğurur. Bunu Moskvanın Əfqanıstanın təqribən 85 faizini ələ keçirən Talibanı tanımağa hazırlığı kimi qəbul etmək olarmı?

- Talibanın son illər populyar olma prosesi yeni hadisə deyil. Talibanla ABŞ arasında danışıq olub və bu danışıqlar bir daha onu göstərir ki, ABŞ Talibanı rəsmi olaraq tanıyıb. Hətta Donald Tramp dönəmində başlanan danışıqlar və razılaşmalar Cozef Bayden dönəmində də davam etdirilir. Bu danışıqların bir nəticəsi də odur ki, ABŞ Taliban qarşısında öhdəlik yerinə yetirərək öz qoşunlarının bir hissəsini Əfqanıstandan çıxarır. Bu həmçinin digər NATO üzvü olan ölkələrə də şamil edilir. 

Bundan sonrakı proseslərdə regionda aktiv olan Rusiyanın Tlibanla münasibətləri normallaşmağa doğru gedir. Bu isə ABŞ-la olan danışıqların davamı kimi rəsmi Tehran və Moskva ilə Taliban tərəfindən həyata keçirilməkdədir və həmin dövlətlər öz növbəsində Talibanla əməkdaşlıq etməyə hazır olduqlarını göstərdilər. 

Ümumiyyətlə proseslərdən aydın olur ki, vaxtilə Talibanı terrorçu təşkilat kimi tanıyan  Rusiya və İran, bu gün onu siyasi bir qüvvə kimi tanımağa başlayır.  Bu həm də İranla Rusiyanın Talibanın Əfqanıstanda gələcək hakim gücə malik olacağını indidən qəbul etdiklərini göstərir. Taliban da eyni zamanda, özünü gələcək hakim kürsüdə gördüyü üçün ABŞ-la olduğu kimi, Rusiya və İran qarşısında da müəyyən öhdəliklərlə çıxış edir. Belə ki, Taliban özünü doğrultmaq üçün öncədən qonşu ölkələrin toxunulmazlığına, habelə İŞİD kimi terrorçu təşkilatın ölkəyə daxil olmasına izin verilməyəcəyinə dair vədlər verir.  Əks halda ABŞ və NATO-ya daxil olan koalisiya dövlətlər, eləcə də Rusiya və İran Talibana qarşı aksiyaya qoşula bilər.    

- Taliban nümayəndələri Əfqanıstanla qonşu ölkələrə, o cümlədən Orta Asiya respublikaları ilə sərhədə hücum etməyəcəkləri ilə bağlı təminat veriblər. Nəzərə alsaq ki, Rusiya bu əraziləri özünün maraq dairəsi olaraq göstərir, bunu tərəflər arasında anlaşma saya bilərikmi?

- Bildiyiniz kimi Əfqanıstanla Tacikistan arasında təxminən 9-10km sərhəd mövcuddur. Bu həm də dolayısı yolla desək Rusiya ilə sərhəd deməkdir. Çünki hazırda həmin sərhəd zolağını Rusiya 201 saylı hərbi bazasının vasitəsilə mühafizə edir. Bu hərbi baza eyni zamanda, Tacikistanın ərazi bütövlüyünə təhdid zamanı fəaliyyətə keçə bilər. Odur ki, Taliban Rusiya qarşısında Tacikistan, eləcə də, Türkmənistan, Özbəkistan, İran və Pakistanın sərhəd toxunulmazlığına dair Rusiya qarşısında öhdəlik götrdüyünü açıq bəyan etdi. Hesab edirəm bu hazırki şəraitdə anlaşmaya daxil olan ən vacib elementlərdən biridir.  

- Moskva səfərindən öncə Taliban nümayəndələri İranda olublar, Xarici İşlər naziri Cavad Zəriflə görüşüblər. Tehrandakı görüşdə də oxşar bəyanatlar verilib. Bu görüşlər, Rusiya və İranın Əfqanıstanı tərk edən ABŞ-ın yerini tutmağa hazırlaşması deməkdirmi?

Regionda Rusiya və İran ABŞ-ın yerini tutmağa cəhd belə edə bilməz. Çünki Əfqanıstan sübut etdi ki, onun ölkəsində üçüncü qüvvənin yer tutması mükünsüzdür. Bunu Əfqanıstan bir neçə yüz il öncə ingilislərə də sübut edib və yenə Rusiya və digər güc dövlətlərinə sübut etməkdədir. Hətta buna ərəb dövlətləri belə müxtəlif yollarla cəhd ediblər, amma bu cəhdlər uğursuz alınıb. Odur ki, hesab edirəm Rusiya və İran ölkədə güc sahibi olmaqdan çöx sabitliyin təmin olunmasına səy göstərirlər. Bu həm də Rusiyanın Talibanla əlaqələrinin leqallaşmasında da özünü büruzə verir. Çünki bundan əvvəl xəbərlərdə Rusiyanın Talibana silah satdığı, eləcə də İranın Taliban və Əl-Qaidə ilə gizli əlaqələri manşet xəbərlərində gurultu salırdı. Lakin ABŞ-ın Talibanı tanımasından sonra, digər region ölkələrindən olan Rusiya və İran da, Talibanla münasibətlərə meyilli olduqlarını hiss etdirməyə başladı. Bütün bunlara baxmayaraq, bu Rusiya ilə İranın Əfqanıstanda ABŞ-ın yerini tutmaq anlamına gələ bilməz. Bir də ABŞ Əfqanıstandan qoşunlarını tamamilə çıxarmır. ABŞ-ın Əfqanıstanda bundan sonra da minə yaxın kontingenti qalacaq.   

- Sülhməramlı missiyada iştirak etmiş ABŞ, Almaniya və digər dövlətlər öz hərbi kontingentini Əfqanıstandan çıxarırlar. Artıq Azərbaycan parlamentində də bu məsələ səsləndirilib. Deputat Qüdrət Həsənquliyev təklif edib ki, Azərbaycan sülhməramlıları da təcili Əfqanıstandan çıxarılmalıdır...

- Azərbaycan Əfqanıstan və digər ölkələrdə sülhməramlı missiyasını daha çox Türkiyə ilə uzlaşdırır. Odur ki, Azərbaycan Əfqanıstandakı hərbi qüvvələri barədə məsələni Türkiyə ilə birgə məsləhətləşmələrdən sonra həll edəcək. Əlbəttə Türkiyə Azərbaycanın Əfqanıstandakı hərbi qüvvələrinin təhlükəyə məruz qalmasına göz yummayacaq. O üzdən də hesab edirəm burada həyəcanlanacaq ciddi bir əsas yoxdur. Həm də Taliban qarşı tərəflə açıq müharibə elan edərək insanların həyatına təhlükə törətmir, əksinə sülh və razılaşmalara daha çox meyl göstərir.  

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı