Heratda yaşayan 70 azərbaycanlı hər an öldürülə bilər Qızılbaşların Talibana qarşı həyat mübarizəsi

Müsahibələr 17:35 14.09.2021

Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra vəziyyət köklü şəkildə dəyişib. Özləri ilə bərabər insanların həyatına xeyli qadağalar və dəyişikliklər gətirən taliblər ölkəni fərqli şəkildə idarə edəcəklərini bildirilər.

Amma ölkəni İslama uyğun, şəriətlə idarə edəcəklərini deyən taliblərin sözləri ilə əməlləri uyğun gəlmir. Bütün din qardaşlarına eyni gözlə baxmalı, ayrı-seçkilik etməməli olan taliblər etnik azlıqları sıxışdırmaqla məşğuldurlar. Daha çox etnik puştunlardan ibarət olan Talibanın ölkədə yaşayan azlıqlara ciddi problemlər yaratdığı barədə xəbərlər gəlməkdədir. Bu mənada tarixən Əfqanıstana köçərək orada özlərinə ikinci vətən quran etnik türk (azərbaycanlı) tayfaları olan qızılbaş, əfşar və digərlərinin vəziyyəti ciddi narahatlıq doğurur.

EDNews.net taliblərin hakimiyyəti ələ keçirməsindən sonra onların vəziyyəti, ümumiyyətlə əfşar və qızılbaş tayfaları barədə bir neçə məqalə dərc edib. Bu günlərdə isə Əfqanıstanda yaşayan etnik türk, qızılbaş tayfasının nümayəndəsi Fərid Şabanpur saytımıza müsahibə verib.

- Taliblərin etnik azərbaycanlılara (qızılbaşlara) münasibətləri necədir?

- Onların münasibəti tamamilə mənfidir. Azərbaycanlı sözündə azəri şəkilçisi var. Taliban hesab edir ki, ölkə onlara məxsusdur, buna görə taciklər Tacikistana, özbəklər Özbəkistana, türkmənlər Türkmənistana, azərbaycanlılar Azərbaycana getməlidir. 

Hələ hakimiyyətə gəlməzdən əvvəl taliblər çox sayda etnik azərbaycanlını evlərindən çıxararaq qətlə yetiriblər. Bu azərbaycanlılar həkim, hüquqşünas və ya başqa vəzifələrlə çalışırdılar. Onlar çox böyük təhlükə altındadırlar, əminəm ki, bir neçə ay sonra qalan azərbaycanlıları da öldürəcəklər.

- Milli müqavimət cəbhəsinin lideri Əhməd Məsud rəsmi bəyanatında Əfqanıstan xalqını Talibana qarşı üsyan etməyə çağırıb. Qızılbaşlar bu üsyanda iştirak edəcəklərmi?

- Qızılbaşlar dövlət idarələrində lider mövqeyə sahib deyillər, ancaq aşağı səviyyələrdə iştirak edirlər. Etnik azlıq olduqlarından heç kim onlara lider mövqe tutmağa imkan vermir.

- Əfqanıstanda hakimiyyətin taliblər tərəfindən ələ keçirilməsi ölkədə qaçqın dalğasına səbəb olub. Etnik azərbaycanlılar arasında qaçqınlar olubmu? Və onlar hansı ölkələrə üz tutublar?

- Bu dalğada Tacikistan təhlükə altında olan tacikləri Əfqanıstandan çıxarmağa çalışdı. Əfqanıstanı tərk edənlər arasında daha əvvəl İran, ABŞ, İngiltərə və Almaniya kimi ölkələrdə işlədikləri üçün bu ölkələrə gedənlər vardı.

Etnik azərbaycanlılar meydanda tək qaldılar, dəfələrlə müxtəlif orqanlardan kömək istədik. Səsimizi müxtəlif KİV-lərə çatdırmaq istədik, amma indiyə qədər heç kim bizə müsbət cavab verməyib. Herat-Əfqanıstan-Məşhəd-İran əyalətlərində təqribən 16 min azərbaycanlı var. Azərbaycan Diaspora Komitəsinin Əfqanıstandakı nümayəndəsi olaraq Kabil hava limanında yerləşən sülhməramlı qüvvələr vasitəsi ilə 70 nəfərin müvəqqəti olaraq təxliyə edilməsini istədim. Amma təəssüf ki, bu mümkün olmadı. Heratda yaşayan 70 intellektual, mədəni insanın, azərbaycanlı yazıçı və şairin həyatı hələ də təhlükə altındadır və hazırda ağır iqtisadi, psixoloji mühasirədədirlər. Taliban onları əvvəlki hakimiyyətin agentləri hesab edir.

Azərbaycanın pis günlərində, Şəkiban Mərvi kəndində yaşayan insanlar taliblərin birbaşa təhdidinə baxmayaraq, Azərbaycan Respublikasının dəstəyi ilə bir proqram həyata keçirdilər. Azərbaycanın dövlət himnini səsləndirərək eyni zamanda geyimlərinə Azərbaycan bayrağını tikmişdilər. Yüzlərlə insan öz Facebook profilini dəyişərək “Qarabağ Azərbaycandır” şüarı ilə Azərbaycana dəstək verdi. Qardaşlarının bu pis günlərdə istəklərinə müsbət cavab veriləcəyini gözləyirlər.

- Taliblər sıravi bir vətəndaşı hansı səbəbdən edam edə bilər?

- Etnik və ya dil cəhətdən azlıq hesab edilən biri olarsa, ona görə. Daha yumşaq dini ideologiyaya sahib olmağa görə öldürə bilərlər. Musiqi dinlədiyinə, üzünü təraş etdiyi üçün, uzun şalvar geyindiyinə və onları tənqid etdiyinə görə. Taliban çox kiçik bəhanə ilə insanları edam edir. Bir neçə gün əvvəl azərbaycanlıların yaşadığı Herat şəhərində Taliban əleyhinə etiraz keçirdik. 

- Əfqanıstanda yaşayan azərbaycanlıların sayı nə qədərdir?

- Problemlər ilə əlaqədar Əfqanıstanın əhalisinin dəqiq sayı ümumiyyətlə məlum deyil. Azərbaycanlıların da eynilə. Herat və Məşhəddəki azərbaycanlılar haqqında bilirəm ki, onların sayı təxminən 16 min nəfərdir. Amma əfşar, bayat, qaraili kimi başqa tayfalar da var.

- Əvvəlki hakimiyyət dövründə azərbaycanlılar necə yaşayırdılar?

- Əfqanıstan, müxtəlif etnik qrupların birgə yaşadığı ölkədir. Hakimiyyətdə olan etnik qrup başqalarına hökmranlıq edir. Təəssüf ki, azərbaycanlıların əvvəlki hakimiyyətdə də yer tutmurdu və həmişə onlar barədə qərəzli fikirlər irəli sürülürdü, daim təhdid edilir, lağa qoyulurdular. Azərbaycanlıları qacarlar, əcnəbilər, türklər adlandırırlar və bu titulları ələ salmaq üçün istifadə edirlər. Əslində isə türk olmaq bizim üçün böyük şərəfdir.

- Azərbaycanda yaşamaq istərdinizmi?

- Təbii ki. Bizim qanımızda azərbaycanlı qanı axır. Bizim atalarımız və analarımız Qarabağ müharibəsi zamanı ağlayır, Azərbaycan əsgərlərinin uğur qazanması üçün dua edirdilər. İlk dəfə 2019-cu ildə Bakıya girəndə dayanmadan göz yaşı axıdırdım. Özümü mənşəyinə qovuşmuş okeanda bir damla kimi hiss etdim. Orada atalarımızın ruhları mənimlə birləşdi. Bu bizim tarixi vətənimizdir. Dilimiz, qürurumuzdur. Bu 70 nəfər arasında ömrünün 40 ildən çoxunu təhsilə həsr etmiş həkimlər və mühəndislər var idi, onlar ölkənin ən yaxşıları arasındadır və Azərbaycan qəbul edərsə tarixi vətənimizə xidmət etməyə gedəcəyimizi vurğulayırlar.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı