Möcüzə baş versə, Azərbaycan əlverişli fürsət əldə edəcək Ermənistandan yeni məhkəmə oyunu

Müsahibələr 14:58 17.09.2021

Atalar belə günlər üçün deyib ki, “Oğru elə bağırdı ki, doğrunun bağrı çartladı”.

Ermənistan Azərbaycanı məhkəməyə verib. Gülməli görünsə də, hazırda siyasi gerçəkliyə çevrilən bu hadisə ondan ibarətdir ki, Ermənistan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı əsas gətirərək, Azərbaycandan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib. Erməni tərəfinin qaldırdığı iddiada qeyd olunur ki, "Ermənistan Azərbaycan tərəfindən onilliklər ərzində irqi ayrı-seçkiliyə məruz qalırdı" və bu "qırğınlar, işgəncələr və digər qanun pozuntularında" öz əksini tapıb.

Rəsmi Bakının reaksiyası gecikməyib. Azərbaycan Xarici İşlər nazirinin müavini Elnur Məmmədov "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanın məsuliyyətə cəlb ediləcəyini bildirib. "Önümüzdəki günlərdə "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir", - o Twitter-dəki hesabında  yazıb.

Bəs illərdir Azərbaycan torpaqlarının işğalına göz yuman, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırım hallarına qarşı bir dəfə belə olsun Ermənistanı ittiham etməyən Beynəlxalq Məhkəmə rəsmi İrəvanın və Azərbaycanın müraciətlərinə necə reaksiya verəcək?

Bu və mövzu ilə bağlı digər aktual sualları beynəlxalq münasibətlər üzrə ekspert, Koreya universitetinin professoru Rövşən İbrahimova yönəltdik. EDNews Rövşən İbrahimovla müsahibəni təqdim edir:

Rövşən İbrahimov: “Vəziyyətin nəzarətdə saxlanması üçün işlər aparılır”

- Rövşən müəllim, əvvəlcə oradan başlayaq ki, Ermənistanın Azərbaycana qarşı şikayət etdiyi Beynəlxalq Məhkəmə nə qədər səlahiyyətli qurumdur? Yəni, bu qurumun mövzuyla bağlı verə biləcəyi istənilən qərar tərəflər üçün məcburedici xarakterə sahib olacaqmı?

- Qeyd edim ki, Beynəlxalq Məhkəmə BMT-nin əsas orqanlarından biridir. Çox əhəmiyyətli funksiyaları var. Bu qurum həm beynəlxalq məsələlər üzrə hüquq formalaşdırıcı qərarlar qəbul edir, həm də beynəlxalq hüquqla bağlı boşluqlara, mübahisəli məqamlara görə rəsmi mövqe ifadə edir. Və qurum sadəcə BMT üçün deyil, bir sıra beynəlxalq təşkilatlar üçün də eyni funksiyanı icra edir. Sizin sualınıza gəldikdə isə deyə bilərəm ki, Beynəlxalq Məhkəmə dövlətlər arasındakı hüquqi uzlaşmazlıqları həll edir və onun qərarları məcburedici yox, sadəcə məsləhətçi xarakterli olur.

- Bəs Ermənistanın bu müraciətinə Beynəlxalq Məhkəmə necə reaksiya verə bilər? Məhkəmə Azərbaycanın əleyhinə hansısa bir qərar qəbul edə bilərmi?

- Mən belə hesab edirəm ki, Ermənistanın Beynəlxalq Məhkəməyə müraciət sənədi heç məhkəmə mərhələsinə gəlməyəcək, prosedural mərhələdə geri çevriləcək. Çünki beynəlxalq məhkəmənin hansısa müraciətə baxması üçün müraciət edən və ittiham edilən dövlətlərin hər ikisinin onun yurisdiksiyasını, funksiyalarını tanıması lazımdır. Lakın nə Ermənistan, nə də Azərbaycan beynəlxalq məhkəmənin yurisdiksiyasını qəbul etmir.

- Elə isə Ermənistan yurisdiksiyasını tanımadığı bir məhkəməyə niyə müraciət edib?

- Fikrimcə, bu sadəcə Paşinyan hakimiyyətinin öz elektoratının, öz xalqının şüurunda “biz xaricdə “Artsax” uğrunda diplomatik mübarizə aparırıq” təsəvvürünü yaratmaq üçün atdığı bir addımdır. Həmçinin unutmaq olmaz ki, nə Ermənistanın baş naziri Nikol Paşinyanın, nə də Xarici İşlər naziri Ararat Mirzoyanın beynəlxalq hüquq və diplomatiyadan ümumiyyətlə anlayışları yoxdur. Ona görə də hətta ola bilər ki, hansısa gənc “işgüzar” ekspert və ya diplomat onları aldadıb ki, bəs Beynəlxalq Məhkəməyə müraciət etsək bu işdə uğur əldə edə bilərik.

- Azərbaycan Xarici İşlər nazirinin müavini Elnur Məmmədov eyni şəkildə Azərbaycanın Beynəlxalq Məhkəməyə müraciət edəcəyini bildirib. Bəs rəsmi Bakının Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətini ifşa edən sənədlər əsasında hazırlanmış müraciətinə müsbət reaksiya verilə bilərmi?

- Xeyr, Azərbaycanın da müraciətinə baxılmayacağını düşünürəm.

- Nə üçün?

- Çünki Azərbaycan da Beynəlxalq Məhkəmənin yurisdiksiyasını rəsmi şəkildə tanımır. Ona görə də nə Ermənistan, nə də Azərbaycan bu quruma etdikləri müraciətdən müsbət bir cavab ala bilməz. Lakin əgər bir möcüzə baş verərsə və Ermənistan Beynəlxalq Məhkəmənin yurisdiksiyasını tanısa, bu, Azərbaycan üçün olduqca əlverişli fürsətlər yaradacaq. Çünki bu halda Azərbaycan da adekvat reaksiya verərək özünə qarşı törədilmiş cinayətləri məhkəmədə qaldıra və Ermənistanın əleyhinə yeni qətnamələrin qəbul edilməsinə imkan yarada bilər.

- Madam ki, Azərbaycanın müraciətinə baxılmayacağı bu qədər aşkar şəkildə görünür, bəs rəsmi Bakı nə üçün Xarici İşlər nazirinin müavini səviyyəsində belə bir müraciətlə çıxış edəcəyini açıqlayır?

- Düşünürəm ki, bu sadəcə Ermənistana qarşı verilmiş adekvat reaksiya və sadəcə diplomatik olaraq susmamaqdır.

Nicat İsmayılov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı