“Günəşli” yatağını kəşf edən, Heydər Əliyevlə dost olan məşhur neftçinin qızı ilə MÜSAHİBƏ

Müsahibələr 20:08 04.12.2021
“Cəsur, işinin bilicisi olan biri idi. Heç bir çətinlik onu qorxuda bilməzdi, yeri gələndə riskə getməyi bacarırdı. Əmək fəaliyyətinə adi bir nefçi kimi başlasa da, qısa müddətdə bacarıqlı buruq ustası kimi adı dünyaya səs salmışdı. Əməksevər insan olub. Onun kəşf etdiyi “Günəşli” yatağından çıxarılan neft respublikamızda çıxarılan neftin 65%-ni təşkil edir”. 
 
EDNews.net xəbər verir ki, bu sözləri məşhur neft mühəndisi İsrafil Hüseynovun qızı Gülnarə Hüseynova atası haqqında Modern.az-a danışarkən söyləyib.
 
4 dekabr tarixi görkəmli neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan Dövlət mükafatı laureatı (1972) İsrafil Hüseynovun 90 illik yubileyidir.
 
Əməkdaşımızın Gülnarə xanımla söhbətini təqdim edirik:
 
- Gülnarə xanım, İsrafil Hüseynov xasiyətcə necə insan olub? Sizin dilinizdən onu tanımaq istərdik.
 
- Atam İsrafil Hüseynov çox sadə və mehriban insan idi.  Onun gözəl danışmaq və dinləmək qabiliyəti var idi.  Daim nəsə axtarırdı, kəşf etmək istəyirdi. Sanki dünyaya hünər və fədakarlıq üçün gəlmişdi. Ermənistandakı Nüvədi kəndində anadan olub. Bəzi məlumatlarda doğulduğu yer kimi Gəncə yazılıb, ancaq o yanlışdır. Atam fədakar insan idi, bütün qohumlarına atalıq edib.  Evi olmayana ev, maşını olmayana maşın alıb. Bütün tanışlarına əl tutub. Bir nəfər deyə bilməz ki, “İsrafil məni darda qoyub”. Gördüyü bu işlərin heç birini dilə gətirməzdi. Bilirdi ki, təvazökarlıq insanın yaraşığıdır. Ona heyfisilənirəm ki, İsrafil Hüseynov Azərbaycan neftinin necə şöhrətli zirvəyə çatdığını, ikinci evi adlandırdığı “Neft Daşları”nın necə sürətlə inkişaf etdiyini görə bilmədi.
 
 
- Nefçi kimi haqında nələr deyə bilərsiniz?
 
- Cəsur, işinin bilicisi olan biri idi. Heç bir çətinlik onu qorxuda bilməzdi, yeri gələndə riskə getməyi bacarırdı. Əmək fəaliyyətinə adi bir nefçi kimi başlasa da,  qısa müddətdə bacarıqlı buruq ustas kimi adı dünyaya səs salıb. Əməksevər insan olub. Onun kəşf etdiyi “Günəşli” yatağından çıxarılan neft Respublikamızda çıxarılan neftin 65%-ni təşkil edir. Atamın gördüyü işlərin səsi-sorağı bütün keçmiş Sovet İttifaqına yayılmışdı. SSRİ rəhbəri Leonid İliç Brejnev atamı, briqadasını təbrik etmiş, Moskvadan açıqca yollamışdı.  Dalğalarla çətinliyə sinə gərərək, alnını təri ilə yüksə mərtəbəyə qalxmışdı.
 
- İsrafil müəllim, dənizdə üzləşdiyi çətinliklər, ekstremal situasiyalar barədə sizə nələrsə danışırdımı?
 
- Əlbəttə, danışırdı. Əhvalatları elə həyəcanla danışırdı ki, sonu necə bitəcək deyə səbirsizlənirdik. 1977-ci ildə dənizdə bir burulğan qopub. Vəziyət o həddə çatıb ki, 19 neftçi özünü trosla istakadaya bağlayıb ki, dənizdə batsalar cəsədləri bir yerdən çıxsın.  
Atamın üzləşdiyi təlatümlər çox olub. Bir əhvalatı da danışım: bir gün möhkəm fırtına qopur. Buruqlara gəmi ilə boru aparmaq mümkün olmur. Belə olan halda bütün məsuliyəti üzərinə götürərək təkidlə tələb edir ki, qazmaçıları boru ilə təmin etmək üçün vertolyot ayrılsın. Onun inadından dönməyəcəyini görən rəhbərlik məcbur olaraq vertolyot verir. Boruları vertolyota bağlayıb fəhlələrə çatdırırlar. Bununla da hava nə qədər çətin olsa da atam işi dayandırmır. Belə bir cəsur neftçi yaşasaydı zəngin təcrübəsindən faydalanmaq olardı. Amma nə etmək olar, bəzən talenin acı küləkləri vaxtsız gəlir.
 
- Yaşlı neftçilərin dediyinə görə, İsrafil Hüseynovun Heydər Əliyevlə çox isti münasibətləri olub. Bu barədə nələr bilirsiniz?
 
- Bizim evdə hər zaman ulu öndər və  Zərifə Əliyeva haqqında söhbətlər olub.  Onlar bizim ailə ilə daima maraqlanıblar. Qurultaylarda, tədbirlərdə həmişə bir yerdə olublar. Zərifə xanım bizim ali məkətəbə daxil olmağımızla belə maraqlanıb, diqqəti həmişə bizim ailənin üzərində olub. Hökümət evinin arxasında ulu öndər bizə ev hədiyyə etmişdi. Heydər Əliyevlə görüşdüyüm bir tədbirdə mənə dedi ki, “sizə Hökümət evinin arxasında verdiyim ev dururmu?”  Dedim ki, xeyr. Atam rəhmətə gedəndən sonra anam o evi satdı, pulu  övladlarının arasında böldü. Heydər Əliyev atam üçün hər şey etmişdi. Maşın bağışlamışdı. Böyük bacım o vaxt ayağından əməliyyat olunmuşdu.  Bundan xəbər tutan Heydər Əliyev bizə Mərdəkanda bir bağı evi bağışladı ki, o uşağa qum lazımdır,əməliyyat olunub. Yəni atamı Heydər Əliyev kimi düşünən, sevən ikinci bir dostu olmayıb.   
 
- Övladlarına nələri məsləhət görürdü? Ailədə İsrafil Hüseynovun davamçısı var?
 
- Ailədə 4 övlad olmuşuq, 3 bacı, 1 qardaş. Qardaşım hazırda “Neft daşları”nda çalışır, atamın tam olmasa da, davamçısı kimidir. Çünki  Rövşən sosial şöbədə çalışır. Mən isə 33 yaşımdan Milli Məclisdə çalışıram. Mən bura gəlməklə atamı yaşatmışam, onu hər yerdə tərənnüm etmişəm. Bu dəqiqə də atamın soyadı ilə gedirəm, mənim atama olan sevgim heç nədən böyük deyil.   
Erkən yaşlarda ailə qurmuşuq, atamın istəyi ilə. Çünki xəstə olduğu üçün bizi vaxtında yerbəyer etmək istəyirdi. Rəhmətə getməzdən 2 gün əvvəl bizi çağırdı yanına, vəssiyyət etdi ki, “mən bu dünyada yaxşı işlər görmüşəm, ölkədə gördüyüm işlər sizin üçün yaşıl işıqdır, çalışın adımdan yaxşı məqsədlər üçün istifadə edin”. 
 
4 övladdan əsasən mən onu hər yerdə tərənnüm etmişəm. Uşağ olarkən o hansı tədbirə gedib-gəlirdisə, sual verirdim ki, “hardan gəlirsən papa? Tədbirdə nə danışdın?”. Həmişə anama deyərdi ki, “Sona, mən hiss edirəm, bu uşağın qabiliyyəti var”.
Atam 1986-cı il yanvarın 31-də dünyasını dəyişdi, vəfat etdiyi gün həftəsonuna düşdüyünə görə fevralın 2-də dəfn olunub. Onun hərəkətləri, sözləri hamısı yaddaşıma yazılıb. Biləndə ki, o səfərə gedir. səhər tezdən durub arxasınca su atardım...
 
- 54 yaşında həyatdan köçüb. Bu yaşda dünyasını dəyişmək erkən hesab olunmalıdır. Ölümünə səbəb nə idi, ömrünün son günləri necə xatırlayırsınız?
 
- Asma xəstəsi idi atam. Ömrünün son günlərində canı ilə əlləşirdi. 23 il dənizdə çalışmışdı, 5 il isə vəzifədə oldu. Kabinet işi ilə dəniz işi alınmırdı, nəfəsi çatmırdı. Yadımdadır, o vaxt katibə demişdi ki, “mənim belimi verin əlimə, gedim fəhləliyimi edim, burda nəfəs ala bilmirəm”.
 
Xəstəliyinin 6-cı ilində dünyadan köçdü. Xəstə olmağına baxmayaraq, işə gedirdi. Amma ondan əvvəl infarkt olmuşdu. Atam vəfat edəndə anamın 42 yaşı olub. O öləndən sonra anam bizə həm atalıq, həm analıq edib. Hətta mənim burda çalışmağıma anam səbəb olub.
 
Anamı da 57 yaşında itirdik. Allah bizə qismət etmədi uzunömürlü valideyn görək.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı