“Vətən Müharibəsi bizim yeni müstəqillik hərəkatımız oldu” Zahid Orucla özəl MÜSAHİBƏ

Müsahibələr 10:00 14.01.2022

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşməklə yanaşı, Fondun qonağı olub.

Deputat Zahid Oruc BAMF-ın çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olub, həmçinin BAMF-ın nəzdində fəaliyyət göstərən EDNews.net analitik xəbər portalına müsahibə verib.

- Zahid müəllim, müqqəddəs olan Vətən müharibəsində sonra təşkilata ilk gəlişinizlə bizi dərindən sevindirdiniz. Bu münasibətlə də ilk olaraq işğaldan azad edilmiş Qarabağımızla bağlı sizə sual vermək istərdik.

Bilirsiniz ki, hazırda azad edilən ərazilərimizdə irimiqyaslı quruculuq və abadlıq işləri aparılır. Prezident hətta Qarabağı iqtisadi zonalardan biri elan edib. Ən gözəl məqam isə 2022-ci ilin Şuşa ili elan olunmasıdır. Bütün bunları yaxın gələcəkdə Qarabağ Azərbaycan iqtisadiyyatının daha geniş şəkildə inkişafı üçün nə dərəcə əhəmiyyətli hesab edirsiniz?      

- “Biz müstəqilliyimizi 1991-ci ildə əldə edəndə faktiki olaraq ərazi bütövlüyümüz pozulmuşdu. Bu özü-özlüyündə bizim siyasi, mənəvi, iqtisadi, eləcə də hərbi-təhlükısizlik baxımdan da işğal altında olmağımız demək idi. Biz həmişə o mənəvi natamamlığı yaşamışıq. Qarabağın işğaldan azad olunması Vətən Müharibəsi öz-özlüyündə bizim həm də yeni müstəqillik hərəkatımız oldu. Qarabağ SSR-nin dağılmasında rol oynadığı qədər, eyni ilə Azərbaycanın mövcud gerçəkliklərində də öz taleyini yenidən yazmağa da kömək etdi. Belə olan təqdirdə, bu qələbə bizim həyatımızın bütün sahəsində özünü göstərdi.

Əlbəttə ki, başa düşüləndir ki, qələbənin də, məğlubiyyətin də müəyyən bir eyfarik dövrü olur və zaman keçdikcə bu müəyyən transformasiyaya uğrayır. Lakin bununla bərabər, deməliyik ki, əgər Azərbaycan vətəndaşı 1992 və 93-cü ilə və ondan sonrakı on illər ərzində Ulu Öndərin liderliyi altında və hörmətli prezidentin qarşıya qoymuş strateji bir hədəfi əsasında apardığı mübarizə, vaxtilə müxtəlif müstəvilərdə əldə etdiyi nailiyyətləri son anda 2020-ci ilin 44 günlük müqəddəs savaşında hərbi meydanlara daşıdısa, bu o deməkdir ki, onun nəticələrini xalqımız həyatının bütün sahələrində də yaşamaq haqqını qazandı. Bu səbəbdən dünya üçün hərbi doktrinalar, təhlükəsizlik konsepsiyalarına deyil, Azərbaycanın apardığı hərbi savaşın həqiqətən də bir model kimi öyrənilməsinə bir keçid baş verdi. Biz on minlərlə müxtəlif təhlil yazıları, qiymətləndirmələr, açıqlamalar və şərhlərin şahidi oluruq. Onlar bizim lobbi maraqlarımıza bağlı olmayan qüvvələrin mövqeləridir.

Hazırda Qarabağa qayıdışımız yalnız bir coğrafiya hadisəsi deyil, bu region üçün yeni bir eranın başlanğıcı deməkdir. Çünki uzun zamandan bəri maliyyə dəstəkləri ilə təmin olunan Ermənistan separatizmi üzərində qazanılan qələbə, dünyanın istənilən müharibələrindən üstün mahiyyətə malikdir. Bu təkcə Ermənistan deyil, sanki 3, 4 və ya 5 dövlətlə müharibə aparmaq anlamına gəlir.

Bü gün Qarabağ təkcə bir milyona yaxın insanın həmin ərazilərdən köçkün düşməsi demək deyil. Həmin ərazi həm də bu təşkilatın rəhbəri olan hörmətli Umud Rəhimoğlunun da doğulduğu bir məkandır. Bu Azərbaycan xalqından qoparılan bir parçadır.

Bilirsiniz, vaxtilə işğal altında olan həmin yeddi rayon geri qaytarılıb bərpa olunmadan quruculuqdan bəhs etmək mümkün deyildi. Həmin ərazilər bu gün abadlaşdırılır, lakin sıfırdan deyil, sadəcə oradakı insanların vaxtilə buraxıb getdiyi şəkilə qaytarılaraq. Çünki oradakı mənzərələr, tikililər hələ də minlərlə insanın yaddaşında kök salıb və onlar həmin yerləri eynilə görmək arzusundadır.

Bu səbəbdən də mən çox arzu edirəm ki, dövlət başçımızın ki, ora böyük qayıdış planı başlanıb. Belə bir məqamda həm də insanlara da müəyyən imkanlar verilsin ki, oradakı evlər bərpa edilərkən onların da istəkləri nəzərə alınsın”.

- Azərbaycandakı proseslər barədə ətraflı söz açdınız. Eyni zamanda, regiondan kənarda, türkdilli qardaş ölkələrdən olan Qazaxıstandakı vəziyyətlə də bağlı fikrinizi bilmək istərdik. Sizcə, Azərbaycan hökumətinin baş verənlərə münasibəti necədir?

- “İlk öncə deməliyəm ki, Qazaxıstan-Azərbaycan münasibətləri bu illər ərzində normal dostluq və tərəfdaşlıq çərçivəsində olub. Biz həqiqətən 2022-ci ildən ölkədə başlanan böyük toqquşmaları bir qədər dövlətçilik, müəyyən qədər siyasi və iqtisadi, həm də artıq təhlükəsizlik mahiyyətli böhranın ağır fəsadlarını, həm region üçün, həm də bizim bölgəyə təsirlərini hesablayaraq, heç şübhəsiz ki, dost və qardaş ölkə kimi orada əminamanlıqda maraqlıyıq.

Şübhəsiz ki, Qazaxıstandakı hadisələr bir neçə komponentdən ibarətdir. Onun ilk növbədə sıxılmış qaz, amma həm də sıxılmış insanlar və əhali hissəsi var ki, idarəetmə sferasında uzun illər ərzində olanlar gerçək durumu hiss etməyiblər. Bunu nəhayət Tokayev özü ifadə etdi. Onlarla sektorda yaşanan korrupsiya, klançılıq, o cümlədən əhalinin son iki ildə daha ağır vəziyyətə düşməsi bütün bunların göstəricisi ola bilər. İlk mərhələdə dinc formada başlanan aksiyalar, sonradan heç şübhəsiz dünya tarixi də bunu sübut edir ki, ən azı 3 və ya 4 qüvvə bundan faydalanmağa çalışdı. Eləcə də siyasi elitada parçalanma da buna bir növ təkan vermiş oldu. Bu kimi hallar dövləti əldən salıb, hətta parçalaya biləcək bir hadisədir. Belə bir dönəm 90-cı illərdə Azərbacanda da baş verə bilərdi. Lakin Azərbaycanda xalqla hakimiyyət arasında olan vəhdət buna imkan və şərait yaratmadı.

Öz növbəmdə eyni bir kültürə və milli mənsubiyyətimizə əsaslanaraq Qazaxıstandakı hadisələrdən dolayı təəssüf edirik və orada bundan sonra əminamanlıq və rifahın yüksəlişini arzu edirik”.

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı