“Bu vəziyyətdə məni kim sevəcək?" deyən qaziyə ərə gedən Milli Qəhrəman qızı ilə MÜSAHİBƏ

Müsahibələr 13:01 15.01.2022

Birinci Qarabağ Müharibəsinin şəhidi - Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova İkinci Qarabağ Müharibəsinin qazisi Denis Quzlayevlə ailə həyatı qurub. 

Denis Quzlayev Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 

O, Xocavənd istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb, bir neçə çətin əməliyyat keçirib.

Şəhid qızı Regina Kovalyova isə həm də Azərbaycanın Rus İcmasının fəal üzvü olaraq qurumun Nizami rayon təşkilatının gənclər qrupunun rəhbəridir. 

Cütlük arasında bir müddət əvvəl rəsmi nikah bağlansa da, hələlik toy olmayıb.

Milli Qəhrəmanın qızı Regina Kovalyova Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Regina xanım, sizi Milli Qəhrəmanın qızı olaraq tanıyırıq. “Milli Qəhrəman övladı” anlayışı sizin üçün nə ifadə edir? 

- Azərbaycanın Milli Qəhrəmanının qızı olmaq qürurverici olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. 

- Vətən Müharibəsinin qazisi Denis Quzlayevlə necə tanış olmusunuz? 

- Denislə xəstəxanada tanış oldum. Əmim - Azərbaycanda tanınmış futbolçu-qapıçı Vitaliy Kovalyov mənə zəng etdi ki, xəstəxanada rus veteran var və biz ora getməliyik. Pasxa bayramı idi və biz qazilərimizi təbrik etmək istəyirdik. Təbii ki, dərhal razılaşdım. Denis əməliyyata hazırlaşırdı və başına gələnləri bizə danışdı. Təbii ki, mən dərhal necə cəsarətli oğlan olduğunu düşündüm. Mən müharibənin nə olduğunu əvvəldən bilirəm və onun törətdiyi faciəni yaşamışam. Denis əməliyyatdan öncə mənə müharibədən əvvəl çəkdirdiyi fotoşəkilləri göstərdi və “görəsən, məni kim belə sevəcək?" ifadəsini söylədi. Dərhal cavab verdim ki, "narahat olma, mütləq yaxşı bir qızla tanış olacaqsan və o səni sevəcək. Axı siz Azərbaycanın fəxrisiniz".

Mən ona söz verdim ki, mütləq yenə gələcəm. Ünsiyyətimiz dostluqdan başladı. İlk növbədə Denisə psixoloji dəstək verməyə çalışdım. Onun həqiqətən dəstəyə ehtiyacı var idi. Beləliklə, dost olmağa başladıq. 

- Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanın qızı və İkinci Qarabağ müharibəsində qazi olan əsgərin həyat yoldaşı... Nə deyə bilərsiniz?

- Bu haqda danışmaq çox qürurverici, həm də çox çətindir...

- Atanızı sizdən alan müharibə 30 ildən sonra eyni alovun içərisindən keçən oğlanı sizinlə qarşılaşdırdı. Bunlar necə hisslərdir? 

- Çox maraqlı sualdır. Amma təbii ki, bu suala cavab vermək çətindir, çünki bunlar qeyri-adi hisslərdir. Atam Xocavənd rayonunda öldürülüb, Denis isə həmin ərazidə yaralanıb...

- Bir çox xanımlar qazilərin travmalarına görə onlarla ailə qurmağa ehtiyat edirlər. Sizdə belə bir tərəddüd var idimi? 

- Veteranlarımız bizim fəxrimizdir. Doğrudan da, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə igid oğullarımızın sayəsində torpaqlarımızı azad etdik. Ona görə də bizim qəhrəmanlarımız, veteranlarımız üçün ən vacibi onlara hörmət və qürur duyulmasıdır. Denisə heç vaxt yazığım gəlməyib, əksinə, mən həmişə onunla fəxr edirəm.

- Ağır əməliyyatlar keçirmiş Denisin səhhətində artıq hər şey yaxşıdı, yoxsa qarşıda yenə əməliyyat gözlənilir? 

- Denis ağır yaralanıb və sağalması heç də asan deyil. O, 10 gün komada qaldı və artıq 6 çətin əməliyyatdan keçib. Qarşıda bizi daha 2 əməliyyat gözləyir. Təbii ki, beyin sarsıntısı var, parçalanır, nəfəs ala bilmir, gözünün biri 20% görür, dişlərinin yarısı yoxdur və çənəsi yenidən bərpa olunacaq. Ancaq buna baxmayaraq, o səbr edir və bütün bu əməliyyatların uğurlu alınacağına inanırıq. 

- Nikah masasına oturmusuz, bəs toy günü təyin edilibmi? Tanınmış simalardan kimləri dəvət etməyi düşünürsünüz? 

- Toyumuzu bu il ərzində reallaşdırmağı planlaşdırırıq. Hələ dəqiq tarixlə bağlı qərar verməmişik. Çünki Denisin əməliyyatları mənim üçün çox önəmlidir. Yalnız bundan sonra tarixi təyin edəcəyik. Toyumzda iştirak etmək istəyənlər çoxdur. Pandemiya şəraiti ilə bağlı hələ necə edəcəyimizi bilmirik. Ona görə bu haqda hələ dəqiq nəsə deyə bilmirəm. 

- Atanız cəbhənin Xocavənd istiqamətində şəhid olub. Denis də Xocavənd istiqamətində ağır yaralanıb. Xocavənd haqqında fikirlərinizi bilmək maraqlı olardı, bu ərazi sizin üçün nə ifadə edir?

- Qarabağ mənim bir hissəmdir, amma eyni zamanda, dərdimdir. Atamı orada itirmişəm. Təəssüf ki, ailəmiz hələ Qarabağa getməyib. Ümid edirəm ki, biz də azad Qarabağa gedə biləcəyik. Atamın vəfat etdiyi yeri, Xocavəndi ziyarət edə biləcəyəm. Ən əsası Şuşa şəhərində atamın arzusunu yerinə yetirməliyəm. Bunu səbirsizliklə gözləyirəm. 

- Nə idi atanızın arzusu? 

- Atam Qarabağın bütün bölgələrində və həmçinin də Şuşada olub. Onun ən böyük arzusu Azərbaycan bayrağını Şuşada dalğalandırmaq idi. Təəssüf ki, o, bu arzusunu həyata keçirə bilmədi. Atamın ruhunu şad etmək və onun bu arzusunu gerçəkləşdirmək istəyirəm. Gözləyirəm ki, ailəmizi, anamı, bacımı, əmimi, məni və Denisi Şuşaya dəvət etsinlər. Ümid edirəm ki, bu arzumuz tezliklə reallaşar. Düşünürəm ki, bizim ailəmiz də Şuşaya getməyə layiqdir. Çünki atam Milli Qəhrəmandır və biz onu Qarabağ müharibəsində itirmişik. Tezliklə atamın əvəzinə Şuşada bayrağımızı mən qaldıracam və bunu atama həsr eləmək istəyirəm. 

Denislə birgə Qarabağa getməyi çox istəyirik. Çünki Qarabağımızın azad olunmasını çoxdan gözləyirdim.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Hamısı