"Sülhün Kökləri" ilə birgə layihənin icrası "Böyük Qayıdış"a dəstək olacaq Umud Mirzəyev - MÜSAHİBƏ

Müsahibələr 10:00 17.03.2022
“1-5 mart tarixlərində “Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi Heidi Kühnün Azərbaycana səfərinin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini 30 illik işğal zamanı Qarabağ və ətraf rayonların minalanmış ərazilərinə çəkməkdir”.
 
Bu sözləri Ednews-a müsahibəsi zamanı xanım Kühnün Azərbaycana səfərini təşkil edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib. 
 
Beləliklə, bu xeyirxah missiyanı öz üzərinə götürən və bu yolda hər zaman çətin də olsa bütün acılara sinə gərib öz müqəddəs borcunu layiqincə yerinə yetirən Umud Mirzəyevlə maraqlı söhbətimiz başlayır.
 
- “Sülhün Kökləri” humanitar təşkilatının təsisiçisi Heidi Kühnü Azərbaycana dəvət etmək ideyası haradan yarandı və bu missiyada məqsəd nə idi?
 
- Beynəlxalq Avrasiya Mətbuat Fondu uzun illərdir ki, Azərbaycanda həyata keçirirlən mina təhlükəsi ilə mübarizə proqramı üzrə fəaliyyət göstərir. Qarabağ işğaldan azad olunandan sonra əsas problem məhz ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi olub. Azərbaycan hazırda dünyada minalarla çirklənmə dərəcəsi ən yüksək olan ölkələrin sırasındadır.
 
“Sülhün Kökləri” təşkilatı 25 illik fəaliyyəti ərzində indiyədək 8 ölkədə vaxtilə müharibə gedən ərazilərdə 100 mindən çox minanın çıxarılmasına nail olub, eyni zamanda həmin ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək verib. Onun minalarla çirklənmiş əraziləri üzüm bağlarına çevirən “Minalardan Üzümlüyə” (“Mines to Vines”) adlı təşəbbüsü dünyada böyük hərəkata çevrilib. Bu təşəbbüs, Əfqanıstandan kənd təsərrüfatı məhsulları ixracının 2014-cü ildə əldə edilən 250 milyon dollardan 2020-ci ildə 1,4 milyard dollara yüksəlməsinə böyük töhvə verib.
 
Biz düşündük ki, belə bir təşkilatla əməkdaşlığımız Qarabağ regionu üçün faydalı ola bilər. Bu niyyətlə onlarla yazışmalara başladıq və Heidi xanım da öz növbəsində təşkilatımızı araşdırdıqdan sonra müraciətimizə müsbət cavab verdi. 
 
 
- Bizdə olan məlumata görə, Heidi Kühn ilə əlaqələrin yaranmasında dünyanın nüfuzlu media şəbəkələrindən sayılan “Əl-Cəzirə” kanalında çalışan, qızınız Aysəba Umutlunun da böyük qatqıları olub. İstərdim, bu barədə də məlumat verəsiniz.
 
- Bəli, Aysəba Umutlu bu təşəbbüsü həyata keçirməkdə bizə çox böyük yardımçı oldu. Aysəba uzun illərdir BAMF-ın fəaliyyətini izləyir və onun həyata keçirdiyi bütün layihələri bilir. Onun “Əl-Cəzirə” kanalında çalışmasına baxmayaraq o, həm də uzun illərdir ki, bizim təşkilatla əməkdaşlıq edir. Bu məsələdə, əlaqələrin yaradılmasında onun da bizə müəyyən dəstəyi oldu və Heidi Kühnün Azərbaycana səfəri baş tutdu. Xanım Kühn Bakıya səfər edərkən Aysəba da səfərin daha da uğurlu olması üçün Qətərdən Azərbaycana gəldi. Onun Heidi xanımla aralarında yaranan dostluq münasibətləri indi də davam edir. 
 
 
- Bu təşəbbüs həm də uzun illərdir Azərbaycanın qaldırdığı problemə – minalarla çirklənən torpaqları və onların təmizlənməsinə bir növ diqqət cəlb etmək məqsədi də güdür. Sizcə, xanım Kühnün Azərbaycana səfəri bu işdə hansı töhvələri verəcək? 
 
- Əsas məqamlardan biri də elə budur. Heidi Kühnün Qarabağa səfəri, mətbuat konfransının keçirilməsi, BAMF-la “Sülhün Kökləri” təşkilatı arasında anlaşma memorandumunun imzalanması, ADA Universitetində görüş və s. kimi bir sıra tədbirlər onun çevrəsində olan media qurumları tərəfindən bu gün də işıqlandırılır. 
 
H. Kühn Azərbaycan səfərindən sonra bu gün də Əbu-Dabidə, eləcə də dünyanın bir sıra yerlərində keçirdiyi görüşlərdə Azərbaycanla bağlı problemin nə qədər ciddi olduğunu qabartmağa çalışır.

- Bildiyimiz qədər ilk olaraq Heidi Kühn Azərbaycanın üzümçülük şəhərlərindən olan və şərabçılıq ənənələrini yaşadan Şamaxı rayonuna səfər edib. Bu səfər hansı məqsəd daşıyırdı?
 
- Heidi xanımın üzümçülük və şərabçılıq kompleksi ilə yaxından tanış olmaq üçün Şamaxının Meysəri kəndinə səfəri oldu. O, orada şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixi barədə məlumatların geniş ictimaiyyətin diqqətinə çatdırılmasının əhəmiyyəti barədə müzakirələr apardı. Səfərin sonunda isə biz Heidi Kühnün də iştirakı ilə rəmzi olaraq üzüm tənəyi əkərək dünyaya sülh mesajı ötürdük.
 
 
- Heidi Kühnlə Qarabağa da səfəriniz oldu. O, ilk olaraq, minalanmış əraziləri, erməni vandalları tərəfindən xarabalıqlara çevrilən ərazilərimizi görəndə hansı hisslər keçirdi? Ümumiyyətlə, xanım Kühn bu ərazilərdə nələrə şahid oldu və bunu necə qəbul etdi?
 
- Biz Heidi xanımla Tərtər və Ağdam rayonlarında olduq. Onun Ağdama gedən yolda nə qədər sarsıntı keçirdiyinin, göz yaşlarını boğaraq orada dəhşətli görüntüləri necə müşahidə etdiyinin şahidi oldum. Biz orada Şəhidlər Xiyabanını ziyarət edərkən Heidi Kühn 12 yaşlı Xocalı şəhidi Səxavətin məzarı önündə diz çöküb bu torpağın əvvəlki halına qayıtması üçün əlindən gələn hər şeyi edəcəyini dilə gətirdi. 
 
Bu gün Qarabağ haqda müxtəlif mənbələrə sığınıb qərarlar qəbul edə bilərlər, ancaq insan vəziyyəti öz gözü ilə gördükdə artıq bütün təsəvvürü dəyişir, irqindən və cinsindən asılı olmayaraq burada törədilən vəhşilik qarşısında aciz qalır.
 
 
 
- Heidi Kühn həmçinin Qarabağ torpağında gördüyü vandal izlərini dünyaya yaymaqla, bu barədə təbliğat aparmaqla da Azərbaycana böyük dəstək göstərə bilər.
 
- Tamamilə haqlısınız. Artıq Heidi Kühn bu istiqamətdə çox müsbət addımlar atıb. O, dünya insanı olaraq gördüklərini yorulmadan ətrafa yayıb və yaymaqda da davam edir. Əbu-Dabidə BMT-nin təşkil etdiyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə Qarabağla bağlı məsələni Heidi xanım dostları arasında müzakirə mövzusuna çevirib.  
 
- İki qurum arasında imzalanan anlaşma memorandumu nə məqsəd daşıyır və hansı işləri həyata keçirmək nəzərdə tutulub? Əsasən minalanmış ərazilərdə hansı layihələr həyata keçiriləcək?
 
- Bu memoranduma eyni zamanda ANAMA da qoşulub. Bu prosesdə bizimlə birlikdə digər təşkilatların da iştirak edəcəyi gözlənilir. Həmçinin bizim tərəfdaşlarımızdan biri ADA Universiteti olduğu üçün bu layihəyə tələbələr də qoşula biləcək. 
 
Qeyd edim ki, Heidi Kühnün fəaliyyətinin əhəmiyyəti çirklənmiş ərazilərin minalardan təmizlənməsi üçün mümkün vəsaitin toplanması və beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyini təmin etməyə çalışmasıdır. Bu həm dünyada Azərbaycanla bağlı təsəvvürün formalaşması, həm də regionun minalardan təmizlənməsi və sonradan insanların istifadəsinə verilməsi baxımından son dərəcə önəmlidir. 30 ildir insanlar didərgin düşdüyü yurd-yuvasına qayıdıb öz iş yerlərini yaratmaq istəyirlər. Bu layihənin icrası həm iş yerlərinin açılmasına, həm də insanların geri dönməsinə dəstək olacaq.
 
 
- Səfərin son günündə “Sülhün Kökləri” təşkilatının 25-ci ildönümü və Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Alfred Nobelin adı ilə tanınan Bakı Nobel Sülh Muzeyində Qala Şam yeməyi təşkil edildi. Təsadüfi deyil ki, bu yubiley tədbiri məhz Alfred Nobelin sülh muzeyində baş tutdu.  
 
- Bəli, bu tədbirin məhz bu məkanda keçirilməsi özü simvolik bir məna daşıyırdı. Bir tərəfdən Heidi Kühnün özü 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatında ona təqdim edilən Alfred Nobelin qardaşı oğlu Markus Nobeldən ilk Yer Etikası Mükafatına (Earth Ethics Award) mükafatına layiq görülüb, digər tərəfdən Alfred Nobelin özü dinamit ixtiraçısı olaraq qazandığı bütün vəsaitini barışa, sülhə sərf edib. Bu səbəbdən Heidi xanımın burada olması xüsusi məna daşıyırdı.
 
O, muzeydə olarkən Nobel varisləri ilə telefon bağlantısı yaratdı və onlara Azərbaycan torpaqlarının mina problemi haqqında məlumat verdi. Heidi xanım gələcəkdə Nobel ailəsini də Azərbaycanın mina problemlərinin aradan qaldırılması təşəbbüsündə iştirak etməyə dəvət etdi. Düşünürəm ki, onlar da bu problemin həll olunmasına öz töhvələrini verəcəklər.
 
 
- Xanım Kühn Azərbaycandan hansı təəssüratla ayrıldı? Azərbaycana bir daha nə zaman səfər edəcək?
 
- Heidi Kühn Azərbaycana dost kimi gəlib burdan doğma bir insan tək ayrıldı. O dünya insanıdır. Xanım Kühn uzun illərdir həyatını barışa sərf etmiş insanların rifahı üçün fəaliyyət göstərir. O, səfəri zamanı Azərbaycanın necə böyük bir fəlakətlə üz-üzə olduğunu öz gözlərilə gördü və buna canlı şahid oldu. Bizim təşkilat onunla mütəmadi təmasdadır və müştərək proqramımız var. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sentyabrda keçiriləcək 30 illik yubileyində Heidi Kühnün Azərbaycana növbəti səfəri gözlənilir. Bundan başqa biz həm Azərbaycanda, həm də ölkəmizdən kənarda bir sıra tədbirlər həyata  keçirməyi planlaşdırırıq.
 
 
- Maraqlı söhbətinizə görə təşəkkür edirəm.
 
- Sağ olun!
 
Qeyd edək ki, bu günə qədər “Sülhün kökləri” səkkiz ölkəni - Əfqanıstan, Anqola, Bosniya-Herseqovina, Kamboca, Xorvatiya, İraq, İsrail, Fələstin və Vyetnamı əhatə edən 1 milyondan çox fermer və ailənin həyatına təsir edib. Heidi Kühnün təşkilatı indiyə qədər bu ölkələrin keçmiş döyüş meydanlarından 100.000-dən çox minanın çıxarılmasına birbaşa olaraq öz töhvəsini verib. Təşkilat PHS-nin təmizlənməsini asanlaşdırıb və onların əvəzinə yerli fermerlərə yüksək qiymətli ixrac məhsullarının əkilməsi üçün dəstək olub. Bununla da minlərlə ailəni yoxsulluqdan xilas edib.
 
Ötən ilin əvvəlində Forbes jurnalının “Forbes’ 50 Over 50 Women” siyahısına daxil edilən yaşı 50-dən çox 50 qadından biri adlandırılan Kühn, son iyirmi ildə Əfqanıstanda missiya və fəaliyyətinə görə daha çox tanınıb. 
 
Heidi və “Sülhün kökləri” 2006-cı ildə Sosial Sahibkarlıq üzrə Skoll Mükafatı (Skoll Award for Social Entrepreneurship), İctimai Xidmətə görə Jaklin Kennedi Onassis Mükafatı da daxil olmaqla çoxsaylı mükafatların laureatı olub. 2018-ci ildə o, Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatında ona təqdim edilən Alfred Nobelin qardaşı oğlu Markus Nobeldən ilk Yer Etikası Mükafatına (Earth Ethics Award) layiq görülüb. 2019-cu ildə Heidi Yeni Dehlidə Mahatma Qandinin 150 illik yubileyi münasibətilə Qandi Qlobal Ailə Mükafatını alan ilk amerikalı olub.  
 
Onun 2020-ci ilin aprelində nəşr edilən “Ground Breaking Ground” adlı kitabı həm xatirə, həm də fəaliyyətə çağırış mesajını ötürür. Nəşr Heidinin yer üzündən minaları məhv etmək və sülhün köklərini möhkəmlətmək axtarışının cəlbedici təsviridir.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Hamısı