Xınalıqdan olan 13 yaşlı İbrahim: “Cəlil Məmmədquluzadənin bütün əsərlərini oxumuşam” MÜSAHİBƏ

Müsahibələr 17:01 10.03.2023

Sosial şəbəkələrdə Xınalıqdan olan 13 yaşlı İbrahim Zeynalovun turistlərlə ingils dilində danışmağı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. 

Bu dəfə İbrahim Zeynalov Ednews-a danışıb. 

- İbrahim, neçə yaşın var?

- 13.

- Neçənci sinifdə oxuyursan?

- Altıncı sinifdə.

- Turistlərlə necə qarşılaşırsan? Onlarla nə söhbətlər edirsən?

- Atam 12 ildi muzeydə işləyir. Orada tez-tez xarici qonaqlar gəlir. Atama kömək eləmək məqsədilə ora gedirəm, turistlərə Xınalıq haqqında məlumatlar verirəm. Muzeydə atamla bərabər oluruq, o, turistlərə eksponatlar haqqında danışır. Onları digər muzeylərə aparıram. Azərbaycanın tarixindən də danışıram. 

- İngilis dilini məktəbdən öyrənmisən?

- İngilis dilini müəllimlərdən və özüm evdən çalışaraq öyrənmişəm. Daha çox atamın təşəbbüsü ilə müəllim yanına da getmişəm. 

- Tədris almağın üçün MÜASİD səni İngiltərəyə aparır. Bu haqda danışarsan...

- İki həftəlik praktikaya göndərəcəklər. Maarifləndirmək üçün. Londona gedəcəm.

- Böyüyəndə kim olacaqsan? 

- Hüquqşünas olmaq istəyirəm.

- Londona gedəndən sonra bəlkə elə xarici ölkədə təhsilini davam etdirmək istəyəcəksən?

- Vallah, qərar verməmişəm hələ. Başqa ölkə də ola bilər. 

- Sosial şəbəkələrdə, mediada bir anda hər kəs səndən danışdı. Bu barədə məktəbdə necə qarşılandın?

- Məqsədim əslində məşhur olmaq deyildi. Sadəcə ingilis dilimi təkmilləşdirmək üçün turizmlə məşğul olurdum. Məktəbdə uşaqlar danışır məndən, tərifləyirlər, deyirlər ki, qürurmuz, fəxrimizsən. Amma bu mənə o qədər maraqlı gəlmir. Yenə də sağ olsunlar. 

- Xınalığı çox sevirsən?

- Burada doğulub böyümüşəm. Kəndimi sevirəm. Amma bir gün burdan ayrılacam və təhsilimi daha yuxarı səviyyələrə qaldıracam. Çalışacağam ki, özümü və ingilis dilimi daha da inkişaf etdirim. 

- Ucqar kənddə yaşayırsan. Kənd məktəbindəki təhsil barəsində nələr deyərdin? Uşaqlar oxumaq istəyirmi?

- Məktəbdə tədris çox yaxşı gedir. Yoxlama dərslərimiz olur, sinif yoldaşlarım dərslərini yaxşı oxuyurlar. Dövlət bizi kitabla təmin edir, pulsuz verir kitabları. Məktəb kitabxanasından da əlavə kitablar götürüb mütaliə edə bilirik. 

- Sinifdən xaric kitablar oxuyursan?

- Bədii kitablar oxuyuram. Nağıllar, hekayələr. Cəlil Məmmədquluzadənin bütün əsərlərini oxumuşam. 

- Ən sevdiyin əsər hansıdır?

- “Dəli kür” əsəri. Nizami Gəncəvinin, Səməd Vurğunun da şeirlərini oxumuşam. Azərbaycanın demək olar bütün dramatuqlarını sevirəm. 

- Arzularını, gələcəklə bağlı planlarını bilmək olarmı?

- İstəyirəm ki, Azərbaycana layiqli hüquqşünas olam. Arzularım çoxdur. Xarici ölkələrdə Azərbaycanı təmsil etmək arzum var. 

- Gələcək təhsilində sənə uğurlar diləyirik.

- Çox sağ olun, şad oldum. 

Qeyd edək ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və MÜSİAD İbrahimi Londona oxumağa göndərəcək. 

Söhbətləşdi: Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı