Bakıda yaşayan fransız müəllim: “Azərbaycanlılardan çox təsirləndim” MÜSAHİBƏ

Müsahibələr 10:00 28.03.2023

Ednews Bakıda yaşayan, fransız dilini tədris edən, müəllim, məşqçi Lu Maçeprinlə müsahibəni təqdim edir. 

- Əvvəla, özünüzü təqdim edin. Oxucular sizi tanısınlar...

- 28 yaşım var, fransızam. Uşaqlığım Hind Okeanındakı Mauritiusda, gəncliyim isə Fransadakı Savoya qəsəbəsində keçib. Peşəkar karyerama üç il yaşadığım Hindistanda başlamışam. Covid pandemiyasından istifadə edərək, FLE (Fransız Xarici Dili) magistrində təhsil almaq üçün Fransaya qayıtdım və daha sonra 2022-ci ilin sentyabrında məzun oldum. Hazırda Bakıda müxtəlif akademik və məktəb müəssisələrində FLE (FXD) müəllim və məşqçi kimi çalışıram.

 - Azərbaycana gəlişiniz haqqında danışaq. Bunu planlaşdırmışdınız, yoxsa birdən-birə baş verdi? Bu ölkə haqqında əvvəllər eşitmişdinizmi?

- “Campus France, FLE” magistratura proqramının bir hissəsi olaraq tələbələrin xaricdəki tapşırıqlara getmələrini təklif edir. Mən Azərbaycanı seçdim, çünki bu, mənim üçün heç vaxt ziyarət edəcəyimi düşünmədiyim bir ölkəni kəşf etmək üçün bir fürsəti idi. Doğrudan da, Azərbaycan Fransada yaxşı tanınmır. Bu, çox təəssüf doğurur. Bir az araşdırma apardıqdan sonra mürəkkəb və hər şeydən əvvəl uzun müddət davam edən Fransa-Azərbaycan dostluğunu kəşf etdiyim vaxt təəccübləndim. Asiya və Avropanın kəsişməsində yerləşən, eyni anda, Türkiyə, Gürcüstan, Rusiya və hətta İran kimi qonşu ölkələrin mədəniyyəti ilə bəhrələnən ölkə mənə çox maraqlı idi. Bundan başqa, burada Novruzun qeyd olunması perspektivi məni xüsusilə sevindirir. Həqiqətən, baharı qeyd etməkdən daha yaxşı nə ola bilər?

- Sizi Bakıda və Azərbaycanın digər şəhərlərində necə qarşıladılar? Uyğunlaşmaq çətin idi? Dil ilə bağlı hansı çətinliklərlə üzləşdiniz?

- İlk günlər, həmişə olduğu kimi, yeni bir ölkəyə gəldiyiniz zaman bir az çətin idi, çünki şəhərdə gəzməli, yeni şeylər öyrənməli, bir çox yeni insanlarla tanış olmalı, işdə öz yerinizi tapmalı olursunuz, ancaq öyrəşdikdən sonra həqiqətən bu yeni təcrübədən zövq almağa başlaya bildim. İş yoldaşlarım məni tez bir zamanda komandalarına inteqrasiya edə bildilər və tələbələrim biliklərimi genişləndirməyə kömək oldular. Dilə gəldikdə, həmkarlarım və tələbələrim kimi fransızca danışan insanlarla olduğum zaman mənim dilimdə danışdıqları üçün heç bir çətinlik çəkmirəm və bunun üçün onlara minnətdaram. Şəhərdə tək olanda işlər çətinləşir. Gələndən dərhal sonra başa düşdüm ki, ingilis dili mənə çox az kömək edəcək və bir neçə kəlmə Azərbaycan dilində öyrənmək üçün səy göstərməli olacağam. Artıq bir neçə aydır ki, Azərbaycan dili kurslarına gedirəm, amma bu, sərbəst danışmaq üçün kifayət deyil. Paralel olaraq, burada kəşf etdiyim tətbiqdə rus dilini öyrənməyə çalışıram. Bir fransız qadını olaraq, azərbaycanlıların eyni anda bir neçə dildə danışmaq və anlamaq və bu dil mürəkkəbliyinin öhdəsindən gəlmək qabiliyyətindən çox təsirləndim. Həm də ingilis dilinin universal olmadığını və bir çox başqa dildə danışmağa dəyər olduğunu da başa düşdüm.

- Sizcə, mübadilə təlimi sahəsində təyinatlar Azərbaycan və Fransa xalqları arasında dostluğun möhkəmlənməsinə kömək edə bilərmi?

- Əlbəttə, mənim fikrimcə, bu mübadilələr dialoqun inkişafına kömək edir ki, bu da bizim iki ölkənin bir-birini həqiqətən tanıması və möhkəm və uzunmüddətli əlaqələr qurması üçün çox vacibdir. Bu da detallarda özünü göstərir. Məsələn, burada öz dilimi öyrətməyə gəlsəm, bəlkə də bu, tələbələrimdən birini Fransızca danışan ölkədə təhsilini davam etdirməyə təşviq edəcək. Orada olduqdan sonra bəlkə də həmin adam bir və ya bir neçə fransızla dostluq edəcək, onlar da öz növbəsində Azərbaycana gəlmək istəyəcəklər və s. Bu, mədəni və siyasi, iqtisadi, dil mübadiləsini təşviq edir... Hamı qazanclıdır!

- Bildiyiniz kimi, iki ölkə arasındakı siyasi münasibətlər çox dəyişkəndir, bu, mədəni və təhsil sahəsinə mane ola bilərmi?

- Münaqişə və ya fikir ayrılığı olan iki ölkə arasındakı siyasi münasibətlər istər-istəməz onların mədəni və təhsil mübadiləsinə təsir göstərir. Ancaq bu, həmişə mənfi olmur, bütün təmasları dayandırmaq və ya medianın açıqlamalarına sadiq qalmaqdansa, nə olursa olsun dialoqu təşviq etmək lazımdır. Bunun sübutu budur ki, mən özüm burada işə götürülmüşəm və Fransa səfirliyi, xüsusilə Campus France, azərbaycanlı tələbələrin Fransada təhsillərini davam etdirmək layihəsində dəstək olmaq üçün hər cür səy göstərir.

- Və nəhayət, Azərbaycanla bağlı ən yadda qalan xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?

- Məni ailələrində, evlərində qəbul edəcək qədər mehriban olan və onların ənənələri ilə tanış olmağa imkan verən fransızdilli azərbaycanlılarla çox tez tanış olmağa imkan verən şəbəkədə işləmək şansım oldu. Xüsusilə Goranboy, Oğuz və Gəncə şəhərlərini ziyarət edə bildim, burada məni çox isti qarşıladılar. Ümid edirəm ki, aprelin sonunda Fransaya qayıtmazdan əvvəl Azərbaycanın daha çox rayonlarını ziyarət edə biləcəyəm. Novruz üçün Zaqatala və Şəkiyə getməyi planlaşdırıram. Mənə Qubaya və Lənkərana da səyahət etmək məsləhət görülür. Beləliklə, hazırda ən yaxşı xatirələrim azərbaycanlıların isti qarşılaması və mətbəxidir, bu da heyrətamizdir! Manqal salatı, şirin plov və göy qutabları çox sevirəm. Əlbəttə ki, dolma varsa, dərhal götürürəm, hətta bəzən dayana bilmirəm deyə narahat oluram.(gülür) Onu da deməliyəm ki, mən Bakı şəhərini çox sevirəm. Xüsusi bir xatirəni deyil, şəhərin ümumi təəssüratını sevirəm. Memarlığını, xüsusən də taxta balkonlarını. Xüsusilə İçərişəhərdə parklarda və gözəl məhəllələrdə gəzmək də çox xoşdur. Mədəni baxımdan da çox maraqlı bir şəhərdir. Mən artıq bir neçə dəfə teatra, muğam və klassik musiqi konsertlərinə getmişəm. Üzeyir Hacıbəyovun, Vaqif Mustafazadənin evlərini və bir neçə muzeyi ziyarət etmişəm. Bir neçə gün ərzində açılan və təkrarlanan səhnələri seyr etməyi də sevirəm: bizimlə avtobus gözləyən pişiklər, pəncərəaltında çay dəstləri, metronun yanında şəkərbura satıcısı, səhər tezdən açılan rus və Azərbaycan qəzetlərinin olduğu qəzet köşkü, çay satan dükanlar, gec bağlanan dönərçilər, günün sonunda Alov Qüllələrində əks olunan göyün çəhrayı rəngi... 

Söhbətləşdi: Leyla

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı