II Qarabağ savaşı qazisi: "Ermənilərə əsir düşməmək üçün özümü öldürməyə bir güllə saxlamışdım" - MÜSAHİBƏ

Müsahibələr 16:15 08.11.2023

"Başımızın üstündən güllələr yağış kimi yağırdı. Allah qorudu, güllə bədənimi yox dizimi deşib çıxdı. Həmin an kolluğun arasında gizləndim. Qanaxmanın qarşısını almaq üçün şalvarımı kəsib ayağımı sarıdım. Səkkiz saatlıq mühasirədə qaldıq".

Bu sözləri Ednews-a İkinci Qarabağ müharibəsində iştirak etmiş, qazi Nahid Abdullayev müsahibəsi zamanı deyib. Onunla geniş müsahibəni təqdim edirik:

- Nahid bəy, özünüz haqda məlumat verərsiniz...

- 2000-ci il, yanvarın 1-də Xaçmaz rayonu Soyuqqışlaq kəndində anadan olmuşam. Məktəbi bitirdikdən sonra əsgərliyə getmişəm. Hazırda Qərb kollecində sonuncu kursda oxuyuram.

- Döyüşlərə nə vaxt qatıldınız?

- Yürüşlər olan ərəfədə mən onlayn qeydiyyatdan keçsəm də çağırmamışdılar. Sonradan elə oldu ki, könüllü yazıldım. Ardınca səfərbərliyə çağırdılar. Sentyabrın 21-dən evdən çıxdım. Birinci Qusarın hərbi hissəsinə getdim. Ayın 27-dən, elə ilk günlərdən isə döyüşlərdə iştirak etdim.

- Yeniyetmə yaşlarında müharibə iştirkaçısı olmaq necə bir hiss idi?

- Açığı mənim ağlıma da gəlməzdi ki, bu yaşımda Qarabağda döyüşlər gedər, mən də döyüşlərdə iştirak edərəm, qələbə sevincini mən də yaşayaram. Döyüşə gedəndə artıq biz bilirdik ki, Qarabağ alınacaq. Çünki hamımızın içində o inam vardı. Biz mövqeyimizi bərkitmək üçün meşə tərəfə gedirdik.

- Sonra nə baş verdi?

- Səssizlik idi. Ermənilərin orada olduqlarını hiss eləmədik. Ermənilər təpədən, 150 metrlik məsafəmizdən görünürdülər. Onlar yuxarıda biz aşağıda idik. Ancaq müdafiə olunurduq.

- Səssizlik qəfil güllə səsinə çevirlidi və siz yaralandınız. O anları necə xatırlayırsınız?

- Bəli, biz Cəbrayılda mühasirəyə düşdük. Başımızın üstündən güllələr yağış kimi yağırdı. Allah qorudu, güllə bədənimi yox dizimi deşib çıxdı. Həmin an kolluğun arasında gizləndim. Qanaxmanın qarşısını almaq üçün şalvarımı kəsib ayağımı sarıdım. Səkkiz saatlıq mühasirədə qaldıq. Mən də həmin an, oktyabrın 14-ü yaralandım. Yanımda üç-dörd nəfər yaralı var idi. Səkkiz saatdan sonra sürünə-sürünə, birtəhər mühasirədən çıxdıq. Oradan çıxmağım möcüzə idi. İnana bilmirdim ki, o mühasirədən çıxa bilərəm. Hətta özümdə bir güllə də saxlamışdım ki, alnıma çaxım, əsir düşməyim. Kəlmeyi şəhadətimi belə oxumuşdum.

- Yaralanandan sonra da atışma davam elədi?

- Bəli davam edirdi, amma biz ordan çıxmalı idik artıq. Şükür ki, başqa yaralanan olsa da, şəhidimiz olmadı. Özümü, dərə kimi bir yer var idi, ora atdım. Ayağım gizildəyirdi. Ordan da keçdik meşə kimi yerə. Sürünə-sürünə gəlib təhlükəsiz bir əraziyə çıxdıq. Yəni, oranı elə bilirdik. Ayağımı rezinlə sıxıb, qanı saxladım. Bir də 8 saatdan sonra təxliyə olunduq. O vaxta qədər orda qaldıq, elə yaralı-yaralı.

Əsgər yoldaşlarımla pərən-pərən düşmüşdük. Yarımız bir tərəfdə, yarımız digər tərəfdə idi. Biz səkkiz saat ərzində yolumuzu azmışdıq. Sonra qarşımıza avtomobil çıxdı. Bizi Füzuli xəstəxanasına apardılar. Orada əməliyyat olundum. Daha sonra Şirvan şəhərində, Mərkəzi xəstəxanaya yerləşdirildim.

- Doğurdan da sizi və yoldaşlarınızı Allah qoruyub...

- Həyatda elə situasiyalar, anlar olur ki, sözlər aciz qalır deməyə. O an Allahı bütün varlığımla hiss elədim. Sözlə ifadə edə biləcək bir şey deyil, gərək ki, yaşayasan. Bizim əsgərlər döyüşə gülər üzlə gedirdi, üzlərində nurla şəhid olurdu. Şəhidlik zirvəsinə ucalmaq hər adama nəsib olmur. Mən də yaralanmaqla kifayətləndim. Allah necə bildisə elə də oldu.

- Müharibədə olmaq sizi qorxutmurdu?

 - Müharibə görməmişdim mən. İnsanda təbii ki, qorxu, həyəcan olur. Ancaq o həyəcan bircə dəqiqəlik olur. Elə ki, döyüşə girirsən, o qorxunu, həyəcanı içində boğmağı bacarmalısan. Boğursan da. Bir müddət sonra da top səsinə öyrəşirsən. Ölümlə üz-üzə qalmaq başqa necə ola bilər ki? Bu gün bir yerdə olduğunuz adam sabah şəhid olur, qazi olur. Yuxusuz və ac günlər. Elə gün olub, bir peçenyeni üç nəfərə yemişik, elə sonuncu yeməymiz də o olub.

- Ermənilərin hiyləgərlikləri ilə qarşılaşdınız?

- Füzulidə ermənilər öz əsgər yoldaşlarının əllərini zəncirlə bağlamışdılar. Leşlərinə də bomba qoyurdular ki, biz leşləri çevirəndə partlasın. Hətta bir dəfə yaralı gətirəndə komandirimiz ermənilərə toxunmağa qoymurdu. Erməni hiyləgər olsa da qorxaq millətdi. Onlar Azərbaycan əsgərindən, Azərbaycan ordusundan qorxduqları üçün bir-birilərini zəncirləyirdilər.

- Son döyüş yeriniz Cəbrayıl oldu?

- Biz Cəbrayılda dağların arasında, dağılmış kəndlərdə idik. Evlər darmadağın edilmişdi. Böyük bir əkin sahəsi gördüm. Ancaq o böyük əkin sahəsi külə dönmüşdü. Bizim ilk gəldiyimiz yer Ağcabədi oldu, daha sonra Füzulidə və Xocavənddə döyüşdük. Mövqeyimizi dəyişdikdən sonra Cəbrayıla getdik. Cəbrayılda yaralandım. Bir şeyə heyfsilənirəm ki, Şuşa döyüşlərində iştirak edə bilmədim. Ora gedib çata bilmədim.

- Allah şəhidlərimizə rəhmət eləsin. İndi özünüzü necə hiss edirsiniz?

- Müharibədən sonra mülkü həyata adaptasiya olmaq çətin oldu. Elə bilirəm, yatmışam, bu dəqiqə döyüş əmri veriləcək. Hələ də gəldiyimə inana bilmirəm. 80 gün hərbi abu-havada oldum. O günlər yaddaşımda silinməz bir iz kimi qalacaq. Qarabağda aldığımız nəfəs belə unudulmaz idi. Silah yoldaşlarımın yaralanmağı, səhər görüb günorta şəhid olduğunu görmək çox ağır idi. Gələcəklə bağlı planlarım çoxdur. Normal bir ailə həyatı və iş qurmaq istəyirəm. Gücüm çatan qədər kasıblara və şəhid ailələrnə yardım etmək istəyirəm.

- Nahid bəy, sizə və bütün qazilərə təşəkkür edirəm. Sağ olun ki, belə igidlik göstərdiniz, canınız bahasına o torpaqları aldınız. Sizin üçün nə etsək də, azdır.

- Çox sağ ol. Hər şey yaxşıdır. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!

Söhbətləşdi: Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı