Bayden və Tsinpin görüşü qlobal iqtisadiyyata təkan verəcək - Pakistanlı ekspertin analizində

Müsahibələr 15:45 21.11.2023

San-Fransiskoda Tsipin-Bayden görüşünün keçirilməsi beynəlxalq medianın ana mövzusuna çevrilərək bütün dünyada sosial medianın müzakirə məsələsi oldu. Baş tutan görüş çərçivəsində mühüm siyasi, hərbi və iqtisadi məsələlər müzakirə edildi. Maraqlıdır ki, baş tutan görüş həmçinin iki liderin keçən il İndoneziyanın Bali şəhərində keçirilən G20 sammiti zamanı şəxsi görüşündən təxminən bir il sonraya təsadüf edir. San-Fransisko görüşü özünü siyasi proseslərə necə təsir edəcək? 

Pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSAIS) icraçı direktoru Dr.Mahmud Ül Həsən Xan, Ednews – a açıqlamasında baş tutan görüşü olduqca pozitiv adlandıraraq, təməl rolu oynayacağını söyləyib.

2edd1560-7bca-3f0c-a421-105df0fd900e_850.jpg

“Görüş gələcək danışıqlar üçün təməl rolunu oynayacaq. Xatırlayıram, ABŞ və Çin mediasında çoxsaylı fərziyyələr, hətta sui-qəsd nəzəriyyələrinin olduğunu görürdüm. Bununla belə, hər iki lider, iki ölkə arasında eskalasiyanın qarşısını almaq üçün ABŞ-Çin hərbi qaynar xəttinin bərpası kimi tamamilə mühüm məsələ müzakirə edildi. ABŞ-Çin ikitərəfli münasibətləri, makroiqtisadi sabitlik, iqlim dəyişikliyi, süni intellekt, açıq kommunikasiya xətlərinin saxlanmasının strateji əhəmiyyəti və qlobal fikir ayrılığı yaşadığı hamımıza aydındır. Hərçənd hər iki ölkənin qlobal sabitlik və sabit qlobal iqtisadiyyatda ortaq marağı var. Bundan əlavə, Çinlə açıq dialoqun davam etdirilməsi ABŞ ictimaiyyətindən Baydenin dəstəyini artıracaq”. 

Ekspert hesab edir ki, görüş qlobal iqtisadiyyata çox böyük təkan verəcək:

“Aydındır ki, bu görüşün vaxtı həlledici rol oynayır. Hər iki ölkə, görünür, getdikcə daha təhlükəli olan dünyada strateji rəqabət şəraitində tarazlıq yaratmaq üçün qarşılıqlı razılaşmalar axtarır. ABŞ və bütövlükdə Qərb üçün Çinin münasibətlərin və qlobal sabitliyin gedişatının müəyyən edilməsində mühüm rol oynadığını etiraf etmək və məqsədəuyğun bir nəticə əldə etmək zəruridir. Ələxsus böyük texnologiya şirkətləri üçün münasibətlərin inkişafı, Çin bazarından əldə olunan gəlirə də öz töhfəsini verəcək. Beləliklə, bu görüşün uğuru transmilli şirkətlərin üçün stimul olacaq.  

Düzdür, heç kim istəməzdi ki, ABŞ Çin təcavüzü qarşısında zəif mövqe tutsun və ya Si-nin tələblərinə boyun əysin. Lakin Çin iqtisadiyyatının böyümənin yavaşlaması, gənclər arasında artan işsizliyi görən Si, yəqin ki, ABŞ-la yavaş-yavaş Soyuq Müharibənin ona lazım olmadığı qərarına gəlib. Ələxsus qeyd etdiyim kimi bu, qlobal iqtisadiyyata çox lazım olan təkan verəcək”.

Əkbər Novruz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı