“İlham Əliyevin Türkiyə səfəri beynəlxalq cəmiyyətə xüsusi mesajlar ötürməsi cəhətdən vacibdir.
Türkiyədə də həmçinin seçkilərdən sonra ilk səfərlər Azərbaycana və Şimali Kipr Türk Respublikasına edilir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşü təhsil başda olmaqla bir sıra sahələrdə gələcəklə bağlı lahiyələri işıqlandırır”.
Bu sözləri türkiyəli politoloq İsmayıl Cingöz Ednews-a açıqlaması zamanı deyib. O, həmçinin vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesində birgə istehsal və xüsusi əməkdaşlıq ediləcək. “Türkiyə region ölkəsi kimi Azərbaycanla lazımi gədər sülhün təmin edilməsində əsaslı rol oynayır”.
Politoloq qeyd edib ki, həm regional həm də subregional olaraq iki ölkənin istər indi, istərsə də gələcəkdə birgə hərəkət etməyi daha məqbuldur:
“Bakı-Tiflis-Qars dəmiryolunun ticarət həcminin və Qars-Naxçıvan sərnişin yoluna inteqrasiyanın artıtılması planlaşdırılıb.
Həmçinin qaz və neft kimi təbii enerjilərdən əziyyət çəkən Avropa ölkələrinə Türkiyə üzərindən enerji ötürülməsi müzakirə olunub. Danışılan ən önəmli məsələrdən biri isə Türk Dövlətlərinin dünya sisteminə uyğunlaşması və inteqrasiyası olub. Bir daha iki ölkə prezidenti bəlli etdi ki Türk Dövlərləri Təşkilatının əsas və güclü təməli məhz Türkiyə və Azərbaycandır”.
Xəyal Ramiz