"Azərbaycanla Pakistan qədim dövrlərdən bəri dostluq münasibətindədir".
Bu sözləri Pakistan Müsəlman İnstitunun analitiki Asif Məhəmməd Ednews - a özəl müsahibəsində söyləyib.
"Bakı ilə əlaqələrimiz keçmişə dayanır. Hətta deyərdim ki, bir çoxlarının bildiyi kimi yaxın 50-100 il ərzində deyil, 5 əsr öncəyə qədər uzanır. Həmin tarixdə Azərbaycan şahının indiki Pakistanın Multan şəhərində Multan Karvansarayı tikilib. Bu bizim dərin əlaqələrimizin uzun tarixinin bariz nümunəsidir. Hərçənd bu əlamətdar gündə Bakıda keçirilən tədbirdə iştirak etmək bizim üçün bir fəxr mənbəyidir".
Daha ətraflı video - müsahibədə:
Əkbər