"Azərbaycan heç bir ərazini bizə verməyəcək,bunu gözləmək də yersizdir"

Müsahibələr 12:42 02.12.2024

Qlobal proseslərin Cənubi Qafqaza təsiri bütün zamanlarda olub və regiondakı siyasi proseslərin gedişində özünü biruzə verib. Siyasi hadisələrdən bəhrələnməyə çalışan ermənilər isə öz absiyalarını həyata keçirmək üçün daim münbit şəraitdən istifadə etməyə çalışıblar. Bakıda keçirilən COP29-dan əvvəl beynəlxalq tədbirin baykotuna çalışan erməni siyasi qüvvələri və onların havadarları indi də başqa müstəvidə kampaniya aparırlar. Yenə hədəf Azrəbaycandır və onlar elə güman edirlər ki, dünyada apardıqları anti-Azərbaycan təbliğatıyla hansısa dvident qazana biləcəklər. Bu baxımdan erməni siyasi ekspertlər xüsusi rol oynayır. Onlar təhlillərində Azərbaycanla münasibətlərə müxtəlif aspektlərdən yanaşır və bütün hallarda revanşist təbliğatla məşğul olurlar. Erməni politoloq Aleksandr İskəndəryan da bütün yanaşmalarında eyni mövqedən çıxış edib. COP29  başa çatdıqdan sonra Ermənistan-Azərbaycan münasibətlərinin perspektivlərini təhlil edən İskəndəriyan Ermənistandakı  vəziyyəti müzakirə edib. Eyni zamanda  qlobal proseslərin Cənubi Qafqaza təsirini qiymətləndirib. Ekspert bildirib ki, yaxın gələcəkdə İrəvan-Bakı danışıqlarında ciddi irəliləyişlərin olacağını gözləməyə dəyməz.

"EDnews" Aleksandr İskəndəryanın Ermənistan mətbuatına verdiyi müsahibəni təqdim edir.

– Azərbaycanda COP29 konfransı başa çatıb. Bununla bağlı Ermənistanda əks gözləntilər var. Bəziləri hesab edir ki, Azərbaycan hakimiyyəti Ermənistanla substantiv danışıqlara başlayacaq və heç olmasa sərhədlərin delimitasiyası və demarkasiyası prosesini davam etdirmək mümkün olacaq. Digərləri isə əksinə, Azərbaycanın Ermənistana münasibətdə ritorikasının sərtləşdirilməsini gözləyirlər. Siz nə gözləyirsiniz?

– Ritorika güclənəcək və Azərbaycan tərəfdən Ermənistana bu təzyiq prosesi davam edəcək.  Delimitasiya prosesində hansısa ciddi hərəkətlərə gəlincə, mən bunu düşünmürəm. Çünki baş verənləri real delimitasiya adlandırmaq çətindir. Sadəcə olaraq Ermənistanın Azərbaycana verdiyi, Ermənistanın nəzarətində olduğu ərazilər var idi. İndi onlar Azərbaycanın nəzarətindədir. Azərbaycan heç bir ərazisini bizə verməyəcək. Məncə, bunu gözləmək də yersizdir.

-Ümumi regional vəziyyət necədir? Trampın ABŞ-də hakimiyyətə gəlməsi nəyi dəyişəcək. Suriyada, Gürcüstanda hansı proseslər baş verir. Bu proseslər  Ermənistan-Azərbaycan danışıqlarına necə təsir edir?

-Birbaşa təsir etdiyini demək çətindir. Azərbaycanın strategiyas bəllidir və olduğu kimi qalır. Güman etmirəm ki, hər hansı qəfil dəyişiklik baş versin. İran-İsrail istiqamətində qəfil hansısa fəlakət baş versə, bu, halda hansısa təsir ola  bilər. Amma indi buna elə də ciddi yanaşmıram. Heç kim regionda böyük müharibə istəmir. Trampın hakimiyyətə gəlişinə gəlincə, Amerika Birləşmiş Ştatlarının regionumuzla bağlı siyasətinin necə olacağını proqnozlaşdırmaq çox çətindir. Əvvəla, indi hakimiyyətə gələn Tramp  ilk dəfə hakimiyyətə gələn Trampa oxşamır.  İkincisi, o zaman bu problem ətrafında Ukrayna müharibəsi yox idi. Üçüncüsü, Amerikanın İranla bağlı siyasətinin yeni Tramp administrasiyası üçün nə dərəcədə əhəmiyyətli olacağını bilmirəm. Əgər birdən vəziyyət hansısa gözlənilməz şəkildə inkişaf etsə, təbii ki, bu, Ermənistana da təsir edəcək, amma indi proqnoz vermək tezdir.

– Ermənistan-Azərbaycan sərhədində yeni eskalasiyaların  olacağını gözləyirsinizmi? Bunun baş verəcəyi tərqdirdə  Azərbaycan məqsədlərinə çata bilərmi?

– Geniş miqyaslı hərbi əməliyyatların baş verəcəyini düşünmürəm. Hər hansı eskalasiyaya gəlincə, ola bilər. Uzun müddətdir ki, ciddi eskalasiya müşahidə edilmir. Amma təzyiq üsullarından biri kimi onlardan istifadə etmək olar.

-Bəs Avropa İttifaqının və Moskvanın  Ermənistan-Azərbaycan danışıqlarında  ümumi iştirakını necə dəyərləndirirsiniz?

-Bu, Ukraynadan asılıdır. Görək  Ukrayna ətrafında vəziyyət necə inkişaf edəcək? Ümumiyyətlə, regiondakı hadisələr Ukrayna ətrafında vəziyyətin necə bitib-bitməyəcəyindən kifayət qədər asılı olacaq. Düşünmürəm ki, Bayden administrasiyası Cənubi Qafqaza böyük diqqət ayırıb. Mən ümumilikdə düşünürəm ki, Cənubi Qafqazın ABŞ üçün əhəmiyyəti azalır. İndi biz bəzi Qərb təşkilatlarının atdığı addımların Gürcüstanın Rusiya ilə münasibətlərində necə mövqe tutması ilə birbaşa əlaqəli olduğunu görürük. Bu, kifayət qədər universaldır və o, Cənubi Qafqazın deyil, əlbəttə ki, Qərbin və xüsusilə Amerikanın diqqət mərkəzindədir. Təbii ki, burada heç kim müharibə istəmir. Yəni diqqətin artdığını, bunun müəyyən müstəqil əhəmiyyət kəsb edəcəyini söyləmək mənim üçün çətindir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı