ABŞ Prezidenti Donald Tramp bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.
“EDnews ” xəbər verir ki, Səudiyyə Ərəbistanının hava məkanında Trampın təyyarəsini üç “F-15” qırıcısı müşayiət edib. Onun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud ilə görüşəcəyi gözlənilir.
Tramp Yaxın Şərq turnesi çərçivəsində çərşənbə günü Qətərə, cümə axşamı isə BƏƏ-yə gedəcək.
ABŞ mətbuatı xatırladır ki, bu, Trampın ikinci prezidentlik müddətində ilk böyük xarici səfəridir.
Fatimə Mərdanlı //EDnews