İran Prezidenti Məsud Pezeşkian İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı zamanı rəsmi Bağdadı İsrailin İraq hava məkanından istifadəsinin qarşısını almağa çağırıb.
“EDnews” xəbər verir ki, İran Prezident Administrasiyasının yaydığı rəsmi bəyanatda bildirilir ki, Pezeşkian bu məsələ ilə bağlı İraq rəhbərliyinin daha məsuliyyətli mövqe sərgiləməli olduğunu vurğulayıb:
“Biz vurğulayırıq ki, İraq hökuməti daha böyük məsuliyyət daşımalı və İraq ərazisinin İslam Respublikasına qarşı hücumlar üçün istifadə edilməməsi məqsədilə sərhədlərinin və hava məkanının mühafizəsini təmin etməlidir”.
Qeyd edək ki, İran tərəfi bölgədə təhlükəsizliyin qorunması naminə İraqın suverenliyinə hörmət prinsipinin təmin edilməsinin vacibliyini dəfələrlə gündəmə gətirib. Bu çağırış da rəsmi Tehranın regional gərginliklərin artmasından narahat olduğunu göstərir.