Myanmada baş verən güclü zəlzələdə həlak olanların sayı 1 700 nəfəri keçib.
EDnews-un Çin Mərkəzi Televiziyasına istinadən xəbərinə görə, bu məlumat respublika hökuməti tərəfindən təsdiq edilib.
Rəsmi məlumatlara görə, 3 400 nəfər xəsarət alıb, təxminən 300 nəfər itkin düşüb.
Xatırladaq ki, martın 28-də Myanmada maqnitudası 7,7-ə çatan bir neçə güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda hiss edilib.
Fatimə Şükürova // EDnews