İraqda 1800-dən çox insan ölkə ərazisində yaşanan qum fırtınası səbəbindən nəfəs almaqda çətinliklər yaşayıb.
“EDnews” xəbər verir ki , "İraqın səhiyyə orqanları ölkənin mərkəzi və cənub hissələrini vuran qum fırtınası nəticəsində 1800-dən çox boğulma halı qeydə alınıb".
Təbii fəlakət nəticəsində Nəcəf və Bəsrədəki iki beynəlxalq hava limanının fəaliyyətində problemlər yaranıb.
"Mütəxəssislər iddia edirlər ki, BMT-nin iqlim dəyişikliyinin bəzi aspektlərindən ən çox təsirlənən beş ölkədən biri hesab etdiyi İraqda toz fırtınaları güclənə bilər", - deyə materialda qeyd edilib.
Fatimə Mərdanlı // EDnews