Ukrayna Ermənistan;n işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq.
"Eurasia Diary" xəbər verir ki, bu söləri Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə Ukrayna prezidenti Pyotr Poroşenko deyib:
"Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək. Biz, həmçinin, Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq".