“Biz Xocalını fevraldan fevrala xatırlamamalıyıq. Biz bu faciəni hər gün, hər saat xatırlamaylıyıq.
Nə qədər ki, Holocaust xatırlanır, Xocalı da xatırlanacaq. Holocaust zamanı yəhudilərin bir hissəsi Bakıya gəlsə də, burada rus faşistlər tərəfindən öldürüldü.
Sağ qalan insanların övladı olaraq mən dünyaya gəldim. Mən hər dəfə deyirəm, Xocalı təkcə Azərbaycanın ağrısı yox, bütün dünyanın ağrısıdır.”
“Eurasia Diary” xəbər verir ki, bunu beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qut “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.
Arye Qut Moldovanın Milli Azlıqlar Nazirliyinin binasında “Justice for Khojaly” adlı yüksək səviyyəli tədbir keçirildiyini də diqqətə çatdırıb.
“Mən uzun müddətdir Xocalı faciəsi haqqında kitab da yazmağa qərar vemişdim, bunu rus dilinə tərcümə olunmasının vacibliyini də düşünürəm.
Həmçinin, düşünürəm ki, Xocalı barədə faktlar BMT-nin 5 əsas dilində də tərcümə olunması üçün cəhdlər göstərilməlidir" deyə o bildirib.