Xəritədə Qarabağ əraziləri niyə ermənicə verilir?

Siyasət 11:15 30.11.2017

Xəritə xidməti təklif edən qlobal şirkətlərlə işləyən, daim onları izləyən monitorinq qrupları fəaliyyət göstərməlidir. Bunlar həmin şirkətlərə mənbə rolunu oynamalıdır. Hazırda Azərbaycanda mənbə rolunu oynamaqla bağlı problemlər aktualdır.

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz onlayn xəritələrdə Dağlıq Qarabağ ərazisindəki adların ermənicə verilməsinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, Qarabağla bağlı Azərbaycan və ingilisdilli informasiyaları formalaşdırmağımız çox vacibdir:

“Digər məsələ isə Quqlda axtarış verən zaman Azərbaycanın maraqlarına uyğun olan informasiyaların ilkin göstərilməsinə nail olmaqla bağlıdır. Virtual mühitdə informasiyanın formalaşması, doldurulması, toplanması da hazırda problem olan sahələrdəndir. Nəzərə alsaq ki, Azərbaycanın Qarabağ kimi problemi var. Bu informasiyaları toplayıb formalaşdırarkən ingilis dilində istifadə etdiyimiz terminlərin düzgünlüyündən maksimum dərəcədə əmin olmalıyıq. Bunlar kifayət qədər əhəmiyyət kəsb edən məsələdir. Axtarış zamanı bu sadaladığımız məsələlər xüsusi rol oynayır. Daha sonra burada transliterasiya məsələləri də var. Məsələn, ingilis hərflərindən istifadə edərək, Azərbaycan dilində olan sözləri, yəni yazıda “ə”, “ö”, “ğ” və s. kimi hərflərdən istifadə etmədən sözlərin yazılışını həyata keçirməkdən söhbət gedir”.

O.Gündüz qeyd edib ki, bu sahədə monitorinqlərin aparılması yaxşı olar:

“Çünki hansısa əhəmiyyətli sözü yazarkən səhvlərə yol verilibsə, o səhvlərin aşkarlanması və aradan qaldırılması lazımdır. Qarabağla bağlı ilk beşliyə bizim üçün arzuolunmayan, mənfi imic gətirən, yalan, həqiqəti əks etdirməyən informasiyalar çıxırsa, bu monitorinqlər sayəsində onlara qarşı tədbirlər görmək mümkün olar”.

O.Gündüz eyni zamanda hər kəs tərəfindən istifadə olunan Quql məpdə (Google map) Qarabağ bölgəsində olan ərazilərin adının həm erməni, həm də Azərbaycan dilində verilməsinə də münasibət bildirib:

“Xəritə xidməti təklif edən Yandex, Quql 2, Əpl 3, Samsunq 4 və s. şirkətlər var. Maraqlı burasıdır ki, bu şirkətlər bu xidməti göstərmək üçün informasiyanı hardan alır. Yəni xəritədə bu bölgələrdəki ərazilərə yazdıqları adı onlar hardan əldə edirlər. Maraqlı məsələ məhz budur. Azərbaycanda da bu şirkətlərlə əməkdaşlıq edən xüsusi qurumlar olmalıdır. Yəni qloballaşma genişləndikcə bütün bunlar nəzərə alınmalıdır. Bu şirkətlərdə Azərbaycanda olan yer adları səhv verilərsə, bizim şirkətlər tərəfindən tez müdaxilə edilməlidir. Eyni zamanda elə xidmətlər var ki, burada hər hansı şirkət yox, adi istifadəçilər də ad təklif edə bilir. Qlobal mühitdə hansısa şirkətin təklif etdiyi xəritədə gedən səhv məlumatları düzəltmək də istifadəçilərin fəallığından asılı olmalıdır”. (Axar.az)

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Avropa Şurasının baş katibi Bakı və İrəvanla sülh sazişinin imzalanması məsələsini müzakirə etməyi planlaşdırır
13:30 16.05.2025
Ukrayna etibarsız silah təchizatçılarına görə yüzmilyonlarla dollar itirib
13:25 16.05.2025
Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı
13:09 16.05.2025
Türkiyə Prezidenti Albaniyaya yola düşüb
12:48 16.05.2025
Sabah 27 dərəcə isti olacaq
12:27 16.05.2025
ABŞ Dövlət katibi İstanbula gedib
12:20 16.05.2025
Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
12:13 16.05.2025
Postmodernizm Ədəbiyyatı Necə Dəyişdi?
11:57 16.05.2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
11:54 16.05.2025
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib
11:54 16.05.2025
İspaniya Türkiyənin “Hürjet” təlim-məşq təyyarəsini satın alır
11:45 16.05.2025
“Xəzər” jurnalının yeni nömrəsi çap olunub
11:45 16.05.2025
Milli Qəhrəman İqor Kşnyakinin qızlarının oxuduğu “Səma qəhrəmanları” mahnısına klip çəkilib
11:39 16.05.2025
Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var
11:32 16.05.2025
Bakıda yeni ticarət mərkəzinin tikintisinə icazə verilib
11:30 16.05.2025
ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib
11:25 16.05.2025
Fransa İranı məhkəməyə verəcək
10:39 16.05.2025
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
10:39 16.05.2025
Bəzi dağ çaylarından sel keçəcək
10:37 16.05.2025
Azərbaycan gəncləri Türkiyədə bayram tədbirlərində iştirak edəcəklər
10:33 16.05.2025
Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı
10:26 16.05.2025
Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
10:26 16.05.2025
Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
10:21 16.05.2025
Lamiyə Vəliyeva beynəlxalq turnirdə bürünc medal qazanıb
10:19 16.05.2025
Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
10:11 16.05.2025
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib
10:02 16.05.2025
Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
09:32 16.05.2025
Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
09:21 16.05.2025
Bu gün hava küləkli olacaq
09:12 16.05.2025
Azərbaycanda ilk dəfə fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
09:12 16.05.2025
Belçika nüvə enerjisindən imtina planından geri çəkilib
09:03 16.05.2025
31 il əvvəl şəhid olmuş əsgərin nəşi Naxçıvana gətirilib
08:28 16.05.2025
Azərbaycanı təmsil edən atçı: Britaniyada Azərbaycan bayrağını dalğalandırmaq böyük qürurdur
08:11 16.05.2025
Annalena Berbok BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi ilk çıxışını edib
07:32 16.05.2025
Biləsuvar sakinini ildırım vurub
07:12 16.05.2025
COVID-19-un yeni dalğası Asiyada yayılır
05:24 16.05.2025
Kosmos necə "səslənir"? - NASA ölən ulduzun və qara dəliyin səslərindən "musiqi" yaratdı
05:19 16.05.2025
ABŞ-nin iri kriptovalyuta birjasına haker hücumu olub
04:22 16.05.2025
Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək - Qərbi Azərbaycan Xronikası
04:16 16.05.2025
Mərakeşdə Azərbaycanın tanıdılması tədbiri keçirilib
00:29 16.05.2025
Hamısı