"İlham Əliyevi Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!".
Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko özünün Tvitter səhifəsində yazıb.
"Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənəcək. Səbirsizliklə Prezident Əliyevi Kiyevdə gözləyirəm", - Poroşenko bildirib.