Qazaxıstan Senatı ABŞ hərbçilərinin Xəzər dənizindəki Kurık və Aktau limanlarından Əfqanıstana tranzit kimi istifadə etməsi haqqında razılaşmanı təsdiqləyib.
Bu barədə informasiyanı Qazaxıstan Senatının Beynəlxalq Əlaqələr Komitəsi yayıb.
“Pakistanla hərbi-siyasi qeyri-stabillik və fikir ayrılığı ucbatından ABŞ alternativ marşrut xətti hazırlayır. Bu marşrut xətti Azərbaycan ərazisindən Qazaxıstana və daha sonra dəmiryol xətti ilə Özbəkistana və Əfqanıstana qədər uzanır”, – deyə komitənin məlumatında bildirilib.
Qeyd edək ki, tərəflər arasında razılaşma 2017-ci ilin 21 sentyabrında Nyu Yorkda imzalanıb. Bu istiqamətdə danışıqlar isə 2013-cü ildən aparılırdı.(axar.az)