"Azərbaycan adında dövlət e.ə VII əsrdə yaranıb, onda ermənilərin izi-tozu belə yox idi"

Siyasət 15:29 18.05.2018
"Kitabımda sübut etmişəm ki, Azərbaycan Qafqazın ən qədim dövlətidir"
 
Mayın 17-də Moskvada M.İ. Rudomino adına Ümumrusiya Xarici ədəbiyyat Kitabxanasında Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabının təqdimat mərasimi keçirilib.
 
APA-nın Moskva müxbiri Həsən Həsənovla kitabın yaranması, mahiyyəti və Rusiya elmi cameəsinin münasibəti barədə söhbət edib. 
 
Strabonun dediyi kimi, Atropatena e.ə IV əsrdə deyil, VII əsrdə yaranıb
 
Müəllif bildirib ki, kitab təkcə Makedoniyalı İsgəndərin dövrü ilə məhdudlaşmır: "Əsər iki dövrü əhatə edir. İsgəndərə qədərki dövr və İsgəndərin hakimiyyətdə olduğu dövr. Hazırda dünya tarixində belə bir konsepsiya mövcuddur ki, Azərbaycan bir dövlət kimi bizim eradan əvvəl (b.e.ə) 321-ci ildə, Makedoniyalı İsgəndərin imperiyasının süquta uğraması nəticəsində yaranıb. Bu barədə tarixçi Strabon yazıb. Əksər tarixçilərdə bu, şübhə oyatmayıb. Mənim tədqiqatım isə deməyə imkan verir ki, dəqiqləşmə aparaq. Əslində, Strabonun dedikləri düzdür. Lakin burada bir məqam var. Onun qeyd etdiyi kimi e.ə 321-c ildə Azərbaycan adlı ölkə yaranmayıb, məhz bərpa olunub. Bu, Azərbaycan dövlətçiliyinin yaranmasının ikinci mərhələsi olub. Ona görə də mənim kitabımın ilk hissəsi məhz ilk Azərbaycan dövlətinin nə vaxt yaranması haqqındadır. Özlərini tarixçi kimi qələmə verən bir sıra diletantlar Azərbaycan adlı dövlətin tarixdə mövcud olmadığını bildirirlər. Guya bu dövlət 1918-ci ildə yaradılıb. Bu fikirlər məişət səviyyəsində olan fikirlər olduğuna görə əslində heç tənqidə də yaramır".
 
 
SSRİ dövründə tarixçilərə Atropatenanın e.ə VII əsrdə yarandığını sübut edən mənbələrə istinad etmək qadağan edilib
 
H. Həsənovun fikrincə, Azərbaycan adı Atropatena dövlətinin adının ərəb dilində olan versiyasıdır: "Kitabımın birinci hissəsində e.ə VII əsrdə yaranan Atropatena dövlətindən bəhs olunur. E.ə IX-VII ərslərdə Azərbaycanın yerləşdiyi regionda, ön Asiyada, Cənubi Qafqaz, İran, Suriya və Anadolu yarımadasında dəyişikliklər baş vermişdi. Həmin dövrdə bu ərazilərə indiki Krım yarımadasında kimerlər, müasir Qazaxıstanın şimal ərazisində yaşamış skiflər və cənub hissəsində yaşamış saklar axın etməyə başlayıblar. Bu dövrdə yuxarıda qeyd olunan ərazilərdə Assuriya imperiyası hegemonluq edirdi. 673-cü ildə babillər, skiflər və midiyalılar üsyan qaldırırlar. Onlar Assuriya imperiyasının hegemonluğuna son qoymağa nail ola bilməsələr də, həmin ərazidə iki dövlətin yaranmasına nail ola bilirlər. Assuriya qaynaqlarında qeyd olunur ki, indiki Azərbaycan ərazisində, Araz çayının şimal hissəsində yeni yaradılan dövlət Aşruz adlanırdı. Müasir Azərbaycan Respublikası ərazisində skiflər tərəfindən yaradılan birinci dövlətin adı Aşruz olub. Digər dövlət isə Midiya idi. E.ə 673-cü ildə bu dövlətlər yaranan zaman tarixdə nə Persiya, nə də Ermənistan adında dövlət olub.
 
Assuriya dövləti getdikcə zəifləməyə, Midiya və Aşruz dövlətiləri isə güclənməyə başlayır. Midiya təklikdə Assuriyaya hücum edir. Bu zaman Aşruz dövlətinin rəhbəri Midiyanın başçısının ölkədə olmamasından istifadə edərək ölkəni ələ keçirir. Assuriya çarı Midiyaya canişin təyin edir və həmin canişinə Assuriya titulu verilir. Tarixi qaynaqlarda bu titul Arbat və ya Orbay adlanır. Herodotun yazdığına görə, həmin gündən etibarən skiflərin regionda 28 illik hökmranlığı başlayır. 615-ci ildə Babil canişini həmin Arbata Assuriya asılılığından çıxmağı təklif edir. Arbat razılaşır. Skif-Babil ittifaqı 3 il Assuriya ilə müharibə edir. E.ə 612-c ildə bu ittifaq Assuriyaya qalib gəlir, süquta uğradır və Arbat regionda bir nömrəli şəxsə çevrilir. İndi görün nə baş verir? Deməli, Assuriya imperiyasının parçalanması nəticəsində Atropatena adında dövlətin yaranmasını iki mənbə xəbər verir. Birinci mənbə Suriya xronikasıdır ki, "Karxi de Bet Selox" adlanır. Bu mənbədə yazılır ki, Arbat Azərbaycan adında dövlət yaradıb. İkinci mənbə isə IV əsr Roma tarixçisi Ammian Martsellindir. O isə yazır ki, Atropatena adında dövlət məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaranıb. Maraqlısı və heç cür izan olunmayanı odur ki, Sovetlər İttifaqı dövründə Ammian Martsellin tərcümə olunanda onun dedikləri bu sözlər tərcümə olunmayıb. Martsellini Piqulevskaya soyadlı tarixçi tərcümə edib, lakin onun məqaləsi tirajlanmayıb. Elm adamlarına, tarixçilərə bu iki mənbənin - Suriya xronikası "Karxi de Bet Selox" və Ammian Martsellinin dediklərinə istinad etməyə Sovetlər İttifaqı dövründə qadağa qoyulub. Kim bu qadağanı qoyub, bilmərəm. Fakt odur ki, bütün tarixçilər Strabona istinad ediblər. "Karxi de Bet Selox"-da deyilir ki, həmin dövrdə yaranan dövlətin adı məhz Adorbayqan olub. Beləliklə, biz iki mühüm tarixi mənbəyə istinad edərək deyə bilirik ki, Azərbaycan Makedoniyalı İsgəndərin imperiyasından sonra deyil, daha 250 il əvvəl, Assuriya imperiyasının süquta uğraması nəticəsində yaranıb. Bu iki mənbədən başqa, daha dörd avropalı tədqiqatçı da bu haqda deyir. Ammian Martsellin ölkənin adının necə yaranmasını izah etmir. "Karxi de Bet Selox"-da isə Adorbayqan adının necə yarandığı izah olunur. Deyilir ki, ölkəni Arbatın şərəfinə adlandırıblar. Ad-arbat-ena (yer məkan bildirən), ad-orbay-qan.  Linqvistikada buna metateza deyilir. Yunan qaynaqlarında "Atropatena" kimi gedib deyə, əksər tarixçilər belə yazırlar".
 
Atropatenanın əhalisi atropatilər, azərbaycanlılar adlanırdı
 
H. Həsənov ermənilərin Azərbaycanın heç vaxt müstəqil dövlət kimi mövcud olmadığı barədə dediklərinə diqqət çəkib: "Ermənilər deyir ki, Azərbaycan heç vaxt müstəqil dövlət kimi mövcud olmayıb, Fars imperiyasının tərkibində əyalət olub. Lakin mənim kitabımda sübut olunub ki, Azərbaycan müstəqil dövlət kimi "Adorbayqan" adı ilə e.ə 612-ci ildə yarananda ermənilərin izi-tozu belə yox idi. Azərbaycan adlı dövlətin yaranışından 90 il sonra Ermənistanın adı fars mənbələrində Fars imperiyasının əyaləti kimi keçir. Onların bizi ittiham etdiyi məqam, əslində onların özünə aiddir. Bu kitabda Azərbaycanın Qafqazın ən qədim dövləti olduğu sübut olunub. Azərbaycan adında dövlətin ömrü cəmi 27 il olub. Bu müddətdən sonra isə Midiya imperiyasının, Fars imperiyasının tərkibində olmuşuq.
 
Deyirlər ki, Azərbaycan coğrafi məkanın adıdır. Bu adda xalq olmayıb. Xatırladım ki, bütün dövlətlərin adı coğrafi anlayış kimi meydana gəlir. Persiya sözü də coğrafi anlayış kimi meydana gəlib. Polibiy e.ə II əsrdə yazır ki, Atropatena dövlətinin xalqı "atropati" adlanırdı. Bizim eranın I əsrində məşhur Plutarx deyirdi ki, Atropatena dövlətinin xalqı atropatenalı adlanır. Strabon da, bizim eranın IV əsrində yaşamış Rufi Fest Avien də Atropatena dövlətinin xalqının atropaten adlandığını deyib. İndi fikir verin, 600 il ərzində Atropatena dövlətinin xalqı azərbaycanlı adlanıb. Bütün bunlar tarixi sənədlərdə, mənbələrdə öz əksini tapıb. Mən, bunların heç birini özümdən demirəm. Bu kitabda bir cümlə belə öz fikrim yoxdu, bütün faktlar tarixi mənbələrə əsaslanır". 
 
Rusiya Şərqşünaslıq İnstitutu Azərbaycan dövlətinin Ermənistan və Fars dövlətlərindən əvvəl yarandığını etiraf etmək istəmir
 
H. Həsənov Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun kitabın təqdimatı mərasiminə nümayəndə göndərməməsinə də aydınlıq gətirib: "Səfirlikdən İnstituta zəng olunub, onları kitab təqdimatına dəvət ediblər. Onlar isə bildiriblər ki, Həsən Həsənovun mövqeyi dünya elminə ziddir. Dünya elmi notarial məntəqə deyil ki?! Hər hansı alimin fikri dünya elminin tərkib hissəsidir. Dava əslində Atropatena tarixində deyil. Kitabda sübut olunur ki, Atropatena dövlətini türkdilli skiflər yaradıblar. Dava bunun davasıdır. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ələkbərov soyadlı (Ələkbər Ələkbərov - red.) direktor müavini var. Baxın, o, Atropatenanın türkdilli skiflər tərəfindən yaradıldığını etiraf eləmir. Belə düşünürəm ki, Şərqşünaslıq İnstitutunun əməkdaşları həm də Azərbaycan dövlətinin Ermənistan və Fars dövlətlərindən əvvəl yarandığını etiraf etmək istəmirlər". 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı